Azərbaycanda gənc qızları narkokuryerliyə cəlb edən şəxs saxlanılıb - VİDEO
Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini Ramilə Qurbanova saxlanılıb.
Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar edilib. Ramilə Qurbanova heroini Emil adlı tanışından aldığını və onun göstərişi ilə narkokuryerliyə cəlb olunduğunu deyib.
İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Ramilə Qurbanovaya narkotik vasitələr satan Salyan rayon sakini Emil Hacıyev də qısa zamanda Səbail rayonu ərazisində saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən və yaşadığı evdən 2 kiloqrama yaxın heroin, metamfetamin, 15 kiloqram marixuana, 56 ədəd psixotrop tərkibli metadon, həmçinin preqabalin həbi, narkotik vasitələrin satışı və istifadəsi üçün nəzərdə tutulan 3 ədəd elektron tərəzi, bank kartları, qeyd dəftərçələri, narkotiklərin onlayn satışı ilə məşğul olduğunu sübut edən qəbzlər və sair maddi sübutlar aşkar edilib. Emil Hacıyev paytaxt ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib. O, narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu "Əsgər" adlı İran vətəndaşından aldığını və həmin şəxsin göstərişi ilə paytaxtda narkotik vasitələrin satışını təşkil etdiyini bildirib.
Aşkar edilən faktlarla bağlı Səbail Rayon Polis İdarəsində araşdırmalar davam edirilir. Səbail rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də ifşa edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1140 Tarix: 01 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind
9 oktyabr"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təhsilalanların, eyni zamanda təhsil verənlərin vahid geyim forması təsdiq olunub. Bu geyim forması sağlam təhsil mühitinin formalaşmasına, təhsilə yanaşmanın dəyişməsinə, həm təhsil verənlərin, həm də təhsilalanların geyim qaydalarına düzgün riayə
9 oktyabrMəleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"nun məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş. Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaş
8 oktyabrCəbrayılda mina partlayışı: Xəsarət alan var
İşğaldan azad edilmiş Cəbrayıl rayonu, Dağmaşanlı kəndi ərazisində 2026-cı il oktyabrın 8-də mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. 200-ci il təvəllüdlü Cəbrayı
8 oktyabrXəzərdə yeni ada yarandı - Dəniz sürətlə geri çəkilir
Xəzər dənizinin şimal hissəsinin bəzi əraziləri Aral dənizində baş verənlərə bənzər vəziyyətlə üzləşə bilər. Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi və insanların su ehtiyatlarından istifadəsi regiona təzyiqi artırır. Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews" yazıb. Xəzər dəniz
9 oktyabr