Rayonlara güclü yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ESTN) Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində müşahidə olunan faktiki hava haqqında məlumat açıqlayıb.
Xidmətdən Sonxeber.az-a verilən məlumata görə, mayın 1-də ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə yağıntılar intensiv və güclü olub, dolu düşüb, şimal-qərb küləyi bəzi rayonlarda arabir güclənib.
Dolu: Aprelin 30-da saat 13:10-13:14 radələrində Gəncə şəhərinə diametri 12 mm, Goranboy rayonu Aşağı Ağcakənd ərazisinə, saat 14:30-14:45 radələrində Goranboy rayonunun Muzdurlar, Borsunlu və Dəliməmmədli qəsəbəsinə 12-13 mm, 15:07 radələrində Goranboy rayonunun Erkeç mənəşli, Gürzallar, Rus Borisi kəndlərinə və Böylü qəsəbəsinə 4-5 mm, saat 15:38-15:51 radələrində Zaqatala rayonu və rayonun Muxax, Çobankol, Car kəndlərinə 22-25 mm, 15:13 radələrində Lənkəran rayonunda 1 mm, 16:28-16:30 radələrində Naftalanda 0.6 mm, 19:11 radələrində Tərtərdə 6 mm, 19:30 radələrində Tərtər rayonunun Səhləbad, Əskipara, Evoğlu, Qarağacı, Qaradağlı, Qapanlı kəndlərinə 14-15 mm, 19:40-19:42 radələrində Tərtər rayonunun İsmayılbəyli kəndinə 12 mm, mayın 1-i saat 00:50-00:52 radələrində Gədəbəy rayonuna 10 mm, saat 08:48-08:51 radələrində isə Naftalan rayonuna 0.7 mm olan dolu düşüb.
Düşən yağıntının miqdarı: Ağcakənd məntəqəsi (Goranboy) 120.0 mm (3 aylıq normaya yaxın), Qax 28.0 mm, Şəkidə 19.0 mm, Mingəçevirdə 17.0 mm (aylıq normanın 50%-i), Zaqatalada 13.0 mm, Naftalan, Sabirabadda 10.0 mm, Şahdağda 9.0 mm, Göygöldə 8.0 mm, Balakəndə 7.0 mm, Cəfərxanda 6.0 mm, Lerikdə 5.0 mm, Lənkəran, Qırızda 4.0 mm, Şamaxı, Ağstafa, Altıağac, Xaltanda 3.0 mm, Gəncə, Tovuz, Qobustan, Tərtər, Astarada 2.0 mm, Daşkəsən, Gədəbəy, Ceyrançöl, İsmayıllı, Qusar, Yevlax, Göyçay, İmişli, Kürdəmir, Neftçala, Biləsuvarda 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.
Aprelin 30-da Goranboy rayonu ərazisindən axan Gorançaydan və ona tökülən kiçik qollarından qısamüddətli sel keçib. Gecə saatlarında Samux rayonu ərazisindən axan Qabırrı-Kəsəmən avtomat hidroloji məntəqəsində suyun səviyyəsi kəskin artıb və çaydan sel keçib. Mayın 1-də saat 03:45-dən başlayaraq Qabırrı-Kəsəmən avtomat hidroloji məntəqəsində suyun səviyyəsi yenidən artmağa başlayıb və hazırda çaydan sel keçir.
Külək: Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Ağsuda 21 m/s, Şəkidə 20 m/s, Qax, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 18-23 m/s-dək güclənib, Neft Daşları Stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Gündə minimum addım sayı təyin edildi
Qızılın qiymətində yeni göstəricilər
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR