DYP-dən sürücülərə MÜRACİƏT - Bu gündən başladı

DYP-dən sürücülərə MÜRACİƏT - Bu gündən başladıBu gündən ölkədə "Təmiz hava" aylığı başlayıb, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarədən Sonxeber.az-a daxil olan müraciətdə deyilir:

"May ayının 1-dən iyun ayının 1-dək Azərbaycanın Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığına start verib. "Təmiz hava" aylığı tədbirinin keçirilməsində əsas məqsəd atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır.
Tədbirlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin bir daha diqqətinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilə bilər. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 961   Tarix: 01 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nəsli kəsilmək təhlükəsi altında olan oranqutana elektron siqaret verən məşhur boksçu tənqid atəşinə tutulub - VİDEO

Rusiyalı boksçu Anastasiya Luçkinanın Krımda yerləşən "Taigan Safari Park"da oranqutana elektron siqaret tüstüsü verdiyi görüntülər ictimaiyyətin sərt reaksiyasına səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, sosial media üçün çəkildiyi bildirilən videodan sonra idmançı həm klubunda

28 aprel
.

Kürdə suyun səviyyəsi artdı, Sabirabadda körpü sıradan çıxdı (FOTO)

Sabirabadın Ulacalı kəndində Kür çayında suyun səviyyəsinin artması fəsadlara səbəb olub. APA-nın məlumatına görə, son günlər yağan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsi artmaqdadır. Nəticədə Sabirabadın Ulacalı və Qruzma kəndlərini birləşdirən panton körpü sıradan çıxıb. Kəndlə

29 aprel
.

Zərifə Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 103 ili tamam olur. xatırladır ki, Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvanın Şərur rayonunda anadan olub. Alimi

28 aprel
.

1 yaşlı körpə pnevmaniyadan ölüb

Bakıda 1 yaşlı körpə ölüb. "Report"a istinadən xəbər verir ki, Binəqədi rayon ərazisində aprelin 26-da 2025-ci il təvəllüdlü Ağahüseyn Elşən oğlu Əliyev müayinəyə aparıldığı xəstəxanada ölüb. Körpənin pnevmaniyadan öldüyü bildirilir. Faktla bağlı araşdırmalar aparılır

28 aprel
.

Bakıda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR

Bakı şəhərində səkilər, həyətlər, park və bağların abadlaşdırılması və təmiri ilə bağlı işlər görüləcək. -in əldə etdiyi məlumata görə, layihəni "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC icra edəcək. Görüləcək işlərin ümumi dəyəri təxminən 65 milyon manata yaxındır. Layihə çərçivəsində səkiləri

29 aprel
.

Yüksək bal toplayan müəllimlər direktor ola biləcək

"Bu il direktorların işə qəbul imtahanında olan əsas dəyişiklik namizədlərin yüksək bal toplayan müəllimlər arasından seçilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirdiyi brifinqdə bildirib

28 aprel
.

Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq

"Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq". xəbər verir ki, bu fikirləri Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, ərazi planlaşdırılması istiqamətində həyat

29 aprel
.

Sabah hava yağıntılı olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, səhər və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəy

28 aprel
.

"Sahibkarlar sosial məsuliyyəti artırmalı, qadınlar üçün şərait genişləndirilməlidır" - Bahar Muradova

Qadınların müxtəlif sahələrdə, o cümlədən ənənəvi olaraq çətin hesab edilən istiqamətlərdə - metro tunelləri və ağır sənaye sahələrində çalışması onların hüququdur. xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Sahibkarlıq Günündə deyib

29 aprel