"Ulu öndər Heydər Əliyevin hər sahədə əsasını qoyduğu uğurlu siyasət nəticəsində bu gün Azərbaycan güclü dövlətlər sırasındadır" - DEPUTAT

"Ulu öndər Heydər Əliyevin hər sahədə əsasını qoyduğu uğurlu siyasət nəticəsində bu gün Azərbaycan güclü dövlətlər sırasındadır" - DEPUTAT"Bu gün cənab prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirərək ölkəmizi güclü və regionda söz sahibi olan dövlət səviyyəsinə çatdırıb".

Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, çox yox, 90-cı illərin əvvəllərinə nəzər salsaq görərik ki, dövlət və xalq olaraq necə ağır sınaqlardan keçmişik:

"Əgər ulu öndər Heydər Əliyev zamanında ölkəmizə qayıtmasaydı bəlkə də yenə də hansısa ölkənin müstəmləkəsi olacaqdıq. Dahi şəxsiyyət Heydər Əliyevin xalqına və dövlətinə olan sevgisi ölkəmizin yenidən parçalanmasına və müstəqiliyini itirməsinə qoymadı. Vətəninə və xalqına olan sevgisini öz canından üstün tutan ulu öndər Heydər Əliyev əsasını qoyduğu daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan güclü dövlətlər sırasındadır. Təbii ki, cənab prezident İlham Əliyevin zəhmətləri sayəsində. Atasının siyasətini uğurla davam etdirən cənab prezident İlham Əliyev ölkə müstəqilliyimizi gücləndirdi. Bu gün onun hər sahədə apardığı düşünülmüş, uzaqgörən daxili və xarici siyasət qarşıya qoyulan bütün məqsədlərin uğurla reallaşdırmağımıza imkan yaradır".

Deputat vurğulayıb ki, xüsusilə də ordu quruculuğu sahəsində görülən işlər və aparılan islahatlar sayəsində Azərbaycan öz gücünə ərazi bütövlüyünü bərpa etdi:

"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycanın Müzəffər Ordusu 44 günlük Vətən müharibəsində düşməni döyüş meydanında məhv edərək 30 illik işğala son qoydu. Bu gün soydaşlarımız öz doğma torpaqlarına geri qayıdır.Məncə xalqımız üçün bundan böyük sevinc ola bilməz. Əminəm ki, bundan sonra da cənab prezident İlham Əliyevlə ölkəmizi uğurlu gələcək və qələbələr gözləyir"

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 842   Tarix: 02 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind

9 oktyabr
.

Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi

"Təhsil yalnız bilik və bacarıqların öyrədilməsi ilə məhdudlaşmır. Məktəb həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, milli-mənəvi dəyərləri mənimsədiyi, intizam, məsuliyyət və qarşılıqlı hörmət kimi keyfiyyətlər qazandığı mühüm ictimai mühitdir. Bu baxımdan məktəblilərin vahid məktəb formasınd

9 oktyabr
.

"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi

"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təhsilalanların, eyni zamanda təhsil verənlərin vahid geyim forması təsdiq olunub. Bu geyim forması sağlam təhsil mühitinin formalaşmasına, təhsilə yanaşmanın dəyişməsinə, həm təhsil verənlərin, həm də təhsilalanların geyim qaydalarına düzgün riayə

9 oktyabr
.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"nun məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş. Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaş

8 oktyabr
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib və çıxış edib. Sammitdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi

8 oktyabr
.

Cəbrayılda mina partlayışı: Xəsarət alan var

İşğaldan azad edilmiş Cəbrayıl rayonu, Dağmaşanlı kəndi ərazisində 2026-cı il oktyabrın 8-də mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. 200-ci il təvəllüdlü Cəbrayı

8 oktyabr
.

Son istifadə tarixinə 2-3 ay qalan məhsulları almaq olarmı? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Supermarketlərdə alıcıların diqqətini cəlb edən endirimlər arasında son istifadə tarixinə iki-üç ay qalmış ərzaq məhsulları da var. Qiymətlərin aşağı salınması istehlakçılara daha sərfəli alış-veriş imkanı yaratsa da, belə məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı suallar ortaya çıxır. Xüsusil

9 oktyabr
.

Xəzərdə yeni ada yarandı - Dəniz sürətlə geri çəkilir

Xəzər dənizinin şimal hissəsinin bəzi əraziləri Aral dənizində baş verənlərə bənzər vəziyyətlə üzləşə bilər. Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi və insanların su ehtiyatlarından istifadəsi regiona təzyiqi artırır. Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews" yazıb. Xəzər dəniz

9 oktyabr
.

Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək

Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi

9 oktyabr