Qazinin çənəsini sındıran idmançı saxlanıldı - YENİLƏNİB + VİDEO - ANBAAN VİDEO
Nazirlik işçisini vuran R.Nəbizadə saxlanılıb.
Bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
O bildirib ki, R. Nəbizadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim olunub.
***
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb.
Sonxeber.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Tural Qurbanov paylaşıb.
Məlumatda qeyd edilib ki, döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı, sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün Komissiyaya gəlmiş Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib.
"Burada səs-küy salaraq iş ahəngini pozan, əməkdaşlara qarşı kobud hərəkətlər edən Rəvan Nəbizadə eyni zamanda vətəndaşlar üçün nəzərdə tutulan yerdə deyil, əməkdaşa məxsus oturacaqda əyləşib.
Qazi əməkdaşımız, 44 günlük Vətən müharibəsində yaralandığı üçün II dərəcə əlilliyi müəyyən olunmuş baş təlimatçı Namiq Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq müvafiq izahat verdiyi zaman Rəvan Nəbizadə qəfil hücum çəkərək ona yumruq zərbələri vuraraq, ağır bədən xəsarəti yetirib.
Nəticədə əməkdaşımız Namiq Babayevin çənə sümüyü 2 yerdən sınaraq, dişləri qırılıb və hazırda tibb müəssisəsində müalicə olunur, əməliyyat olunacaq.
Vətəndaş Rəvan Nəbizadənin qanunazidd əməllərinin qiymətləndirilməsi üçün hüquq mühafizə orqanına müraciət edilib", - deyə T.Qurbanov qeyd edib.

Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 5677 Tarix: 06 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir
Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər
13 sentyabr 2021Azərbaycanda QHT sədri vəfat edib
"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!
12 sentyabr 2021Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü
Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind
12 sentyabr 202119 yaşlı ana doğuş zamanı öldü
Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır
13 sentyabr 2021Nazir daha bir rəis təyin etdi
Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano
11 sentyabr 2021Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18 sentyabr 2021Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO
Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı
14 sentyabr 2021DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə
11 sentyabr 202152 yaşlı qadın intihar edib
Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır
14 sentyabr 2021