"Nemezis" qələti İrəvanın başında çatlayacaq! - Sülh istəməyən Ermənistan yenə müharibə alacaq

"Nemezis" qələti İrəvanın başında çatlayacaq! - Sülh istəməyən Ermənistan yenə müharibə alacaqKapitulyant tərəfin ağlını başına yığmaq zamanı çatıb; Bakı və Ankaradan daha heç bir güzəşt olmayacaq; Paşinyan isə hələ də "möcüzə"yə ümid edir...

Vaşinqtonda Azərbaycan-Ermənistan danışıqları fonunda baş nazir Nikol Paşinyan yenə "sülhpərvər çuxası" geyib "sülh göyərçini" kimi görünməyə uğursuz cəhdlər elədi. Real sülhə və barışığa faktiki dəxli olmayan açıqlamalar verdi, söz oynatdı, "nala-mıxa" vurdu.

"Ermənistan bəyan etməlidir ki, onun qonşu ölkələrə qarşı ərazi iddiası yoxdur və olmayacaq".

Bu barədə o, parlamentdəki son çıxışı zamanı bildirib.

"Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistan Respublikasının nəinki ərazi iddiası yoxdur, hətta olmayacaq da. Əks halda, dörd tərəfdən bizim dövlətçiliyimizə son qoymaq üçün hər şeyi edəcəklər", - deyə o bəyan edib və vurğulayıb ki, "yalnız Cənubi Qafqazda hərtərəfli sülh Ermənistanın təhlükəsizliyini təmin edə bilər".

Paşinyan ardınca hətta sülh müqaviləsinin çox da uzaqda olmadığı təsəvvürünü yaratmağa çalışaraq, "iyunun 1-də, Kişinyovda Azərbaycanla sülh müqaviləsi imzalansa, çox sevinərəm", - deyib.

Ermənistan qonşu dövlətlərin ərazisinə iddia etməməlidir" deyən Paşinyan, İrəvanın mərkəzində "Nemezis"ə həsr olunmuş abidənin açılışına şərait yaradır"- "Caliber"

O zaman İrəvan nəyi gözləyir, niyə buna səmimi şəkildə can atmır və Bakının təklif elədiyi, beynəlxalq hüquqa söykənən 5 baza prinsipi əsasında sülh sənədindən üç ildir yayınır? Nəhayət, nə üçün "A"dan sonra "B" - "Qarabağ Azərbaycan ərazisidir və nöqtə" söyləmir, əgər həqiqətən Ermənistan ərazi bütövlüyümüzü tanıyırsa?

Paşinyanla eyni fikri Ermənistan parlamentinin sədri Alen Simonyan mayın 4-də Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin sammitində söyləyib: "Bizim qonşularımıza heç bir ərazi tələbimiz yoxdur və qonşularımızın da bu prinsipə əməl etmələrini gözləyirik".

Yəni yenə həmənki oyunbazlıq və həyasızlıq. Guya hansısa qonşunun Ermənistana qarşı ərazi iddiası var. Halbuki konstitusiyasından tutmuş, gerbinədək torpaq iddiası məhz kapitulyant ölkədə mövcuddur və bu hətta rəsmiləşib!

Dünən heç bir sənəd imzalanmadan başa çatan Vaşinqton danışıqları da ("bəzi əsas məsələlər üzrə mövqelər fərqli olaraq qalır") bir daha göstərdi ki, İrəvan rəsmilərinin sözü ilə əməli həmişəki kimi ziddiyyət təşkil edir. Gerçək belədir ki, hər dəfə tərəflər sülh anlaşmasına yaxınlaşanda İrəvan bir bəhanə ilə ondan yayınır, "aradan çıxır". Ta ki, Ermənistana ABŞ və ya Rusiya tərəfdən ciddi təzyiqlər olmayınca. Əks halda, Azərbaycan məqbul bildiyi yolla gedəcək.

*****

Rusiyanın Güney Qafqazla bağlı hərbi-siyasi hədəfləri bəlli. Moskvanın Azərbaycana sərf edən sülh müqaviləsi naminə Ermənistana təzyiq edəcəyini gözləmək absurd olardı. Bəs ABŞ?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Vaşinqton danışıqlarının nəticə verib-verməməsindən asılı olmayaraq artıq bəllidir ki, ABŞ-ın Qarabağla bağlı strateji mövqeyi Azərbaycanın mövqeyinə yaxındır. Bunu o, belə əsaslandırır: "Bundan öncə, yəni Rusiyanın vasitəçiliyi ilə 10 noyabr bəyanatının imzalanmasında da "Dağlıq Qarabağ" danışıqlar tərəfi kimi tanınmırdı. Artıq ABŞ da Qarabağdakı erməniləri, sadəcə, "milli azlıq" adlandırmaqla öz tərəfindən belə bir konsepsiyaya dəstək verdi. Biz də eyni əsaslarla qeyd edirik ki, artıq "Dağlıq Qarabağ" deyilən bir anlayış, bir subyekt yoxdur, sadəcə, Azərbaycanın Qarabağ ərazisi və orada milli azlıq kimi yaşayan ermənilər var, biz də onlara vətəndaşlıq verməyə və digər vətəndaşlar kimi onlar üçün də eyni hüquqları təmin etməyə hazırıq. Əsas nəticə budur".

Bu səbəbə eks-nazir Rusiyanın danışıqlara mane olmaq cəhdlərini mənasız sayır: "Moskva ilə Vaşinqton arasında bu məsələdə də daim rəqabət olub və yenə olacaq. Onsuz da hələ Vaşinqtondakı danışıqlarla məsələ bitmir".

Ermənistandan Azərbaycana qarşı təxribat olacaq - T.Zülfüqarov AÇIQLADI

T.Zülfüqarov həmçinin vurğulayıb ki, Ermənistanda bəzi dairələrin Vaşinqton danışıqlarına etirazları məhz Moskva tərəfindən qızışdırılır və istifadə olunur.

Lakin bu da var ki, sülh ilk növbədə Ermənistan və onun xalqına lazımdır, Rusiyaya, ruslara yox. Məgər XXI əsrdə (!) İrəvanın mərkəzində "Nemezis" terror qruplaşmasının üzvlərinə abidə qoyub onları qəhrəmanlaşdıran Rusiyadır? Əlbəttə, yox.

Həmin üzdəniraq abidənin açılışında Paşinyan komandasının üzvləri (İrəvan meri və s.) radikal-revanşist müxalifətin nümayəndələri və daşnaklarla yanaşı durubsa, Nikoln sülh bayatlarının anlamı qalırmı? Ümumiyyətlə, abidə hökumətin izni olmadan mümkün idimi? Yenə yox. O zaman Azərbaycan və Türkiyə ilə yaxınlaşmaqdan dəm vurmaq hara, belə təxribata getmək hara?

Təsadüfi deyil ki, Türkiyə bu avantüraya cavab olaraq, dərhal öz hava məkanını Ermənistan mülki təyyarələri üçün bağladı - ilk addım kimi. Xarici işlər naziri Mövlud Çavuşoğlu sərt tonda bildirdi ki, İrəvan özünü yaxşı aparmasa, davamı da gələcək.

*****

"Ermənistan faktiki olaraq bu hərəkətlə öz dövlətinin varlığını təhlükəyə atır. Digər ölkələrdən fərqli olaraq Ermənistan Türkiyə və Azərbaycanla qonşudur, eyni zamanda kiçik bir dövlətdir, ordusu, iqtisadiyyatı zəifdir, imkanları məhduddur. Sadəcə, diaspora və xarici dövlətlərə güvənərək bölgədə yaşamaq olmaz, bunun üçün öz daxili, iqtisadi siyasətin olmalıdır".

Bunu Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl Musavat.com-a söyləyib.

"Amma gördüyümüz kimi, Ermənistan bütün məsələlərdə ancaq xaricə bağlıdır. Kənardan sərmayə gəlmədikdə ciddi şəkildə sıxıntı yaşayır. Bugünkü geosiyasi problemlər qarşısında Ermənistanın vəziyyəti getdikcə ağırlaşa bilər", - politoloq bildirib.

Onun sözlərinə görə, əlaqələrin normallaşmasına öncəliklə Ermənistanın ehtiyacı var: "Həm iqtisadi baxımdan, həm də qonşuluqda böyük güc olaraq Türkiyə hər zaman Ermənistan üzərində istəsə də, istəməsə də öz ağırlığını qoyacaq. Bunu erməni tərəfi yaxşı bilir. Ermənistan Azərbaycanla da sülh müqaviləsi məsələsini uzadır. Bu da onun əleyhinədir. Türkiyə hər dəfə bildirir ki, Azərbaycanla münasibətlər düzəlməsə, Türkiyə ilə də əlaqələr düzəlməyəcək. Hesab edirəm ki, Ermənistan ağlını başına yığaraq hər iki ölkə ilə əlaqələri düzəltsə, yaxşı olar. Bu, ən əvvəl onun özü üçün vacibdir".

Ermənistan isə əfsus ki, hələ də ağlını başına yığana oxşamır. Buna srağagün Praqada səfərdə olan Nikol Paşinyanın Azərbaycan əleyhinə səsləndirdiyi növbəti absurd ittihamlar və hədyanlar şübhə saxlamadı. Sual yaranır: Azərbaycanla sülh sənədi imzalamaq istəməyin nədir, bizim daxili işlərimizə qarışmağın, Avropadan Azərbaycanı etnik təmizləmədə suçlamağın nə?

"Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq".

Bu xəbərdarlığı isə İrəvana Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən dördüncü beynəlxalq konfransda çıxışında edib.

"Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, keçmiş Minsk Qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər", - deyə dövlət başçısı vurğulayıb.

Həmin taktikadan istifadənin erməni xalqına hansı bəlaları gətirdiyi isə 3 ildir ortada...

"Yeni Müsavat"


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 983   Tarix: 07 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Oman və İran Hörmüz boğazı ilə bağlı danışıqları davam etdirəcəklər

Maskatda Hörmüz boğazında gəmiçilik, onun təhlükəsizliyinin təminatı və Tehranla Vaşinqton arasında gərginlik fonunda naviqasiya azadlığının təmin olunması məsələlərini müzakirə etmək üçün Oman-İran danışıqları keçirilib. "Report"un məlumatına görə, bu barədə Omanın Xarici İşlər Nazirliyini

12 iyul
.

KİV: İranın nüvə obyektlərində bərpa işlərinə başlayıb

Ehtimal olunur ki, İran bir sıra nüvə obyektlərində infrastrukturun bərpası işlərinə başlayıb. xəbər verir ki, bu barədə CNN telekanalı peyk görüntülərinə əsaslanaraq məlumat yayıb. Telekanalın məlumatına əsasən, iyunun sonu və iyulun əvvəllərində ölkənin bir neçə nüvə və raket obyektində yeni fəallı

12 iyul
.

Estoniya Rusiya ilə sərhəddə hərbi şəhərcik inşa etmək niyyətindədir

Estoniya hakimiyyəti Rusiya ilə həmsərhəd Narvada ilk hərbi şəhərcik inşa etmək niyyətindədir və burada Müdafiə Qüvvələrinin təxminən 200 hərbi qulluqçusundan ibarət bölməsinin yerləşdirilməsi planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə ERR agentliyinə müsahibəsində Estoniya Müdafi

12 iyul
.

Pentaqon UNO-lar barədə arxiv materiallarının dördüncü paketini açıqlayıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) naməlum uçan obyektlərlə (UNO) bağlı arxiv materiallarının dördüncü paketini dərc edib. "Report" xəbər verir ki, bu barədə məlumat Pentaqonun rəsmi saytında yerləşdirilib. Bildirilib ki, əvvəllər məxfi saxlanılan materialların ictimaiyyətə açıqlanması layihəsind

12 iyul
.

"Çelsi"nin keçmiş sahibi vəfat etdi

İngiltərənin "Çelsi" futbol klubunun sabiq sahibi Ken Beyts 94 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Onun ölümünün səbəbi barədə məlumat verilmir. "Ken Beytsin vəfat etməsini dərin kədər hissi ilə bildiririk. Klub onun həyat yoldaşına

12 iyul
.

"Reuters" Ukraynada "Patriot" raketlərinin istehsalı ilə bağlı detalları açıqlayıb

"Patriot" kompleksləri üçün raketlər, çox güman ki, Ukraynada deyil, Almaniyada istehsal olunacaq. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi yazıb. Nəşrin həmsöhbətləri qeyd ediblər ki, ələkeçirici raketlər, Almaniyada və ya başqa bir Avrop

12 iyul
.

Türkiyədə vaxtilə 20 min nəfərin yaşaya bildiyi gizli yeraltı şəhər necə inşa edilib?

Kapadokiyadakı Derinkuyu yeraltı şəhəri insan zəkasının yerin altında yaratdığı nəhəng bir "kölgə səltənəti"ni xatırladır. Qaranlığın dərinliklərinə oyulmuş dəhlizlər, havalandırma şaxtaları və iri daş qapılar bu gün də öz incə mühəndislik həlli ilə dünyanın diqqətini cəlb edir. Qayanrinf

14 iyul
.

ABŞ Milli Kəşfiyyatında yeni ixtisarlar olacaq

ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin icraedici direktoru Bill Pulti rəhbəri olduğu qurumda yeni işçi ixtisarlarının həyata keçiriləcəyini açıqlayıb. xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb. "ABŞ Milli Kəşfiyyatı hər zamankından daha səmərəli, məhsuldar fəaliyyət göstəri

12 iyul
.

CNN: Oman Hörmüz boğazında gəmiçiliyin iki sahəyə bölünməsini təklif edib

Oman Maskatda keçirilən danışıqlar zamanı İrana Hörmüz boğazında gəmiçiliyin iki sahəyə bölünməsini təklif edib. "Report" xəbər verir ki, bu barədə CNN telekanalı mənbəyə istinadən məlumat yayıb. "Oman sularından keçən cənub marşrutu üzrə gəmilərin sərbəst hərəkəti təmin ediləcək. İra

12 iyul