Azərbaycanın qırmızı xətti: Ermənistan geri çəkildi... - Qarabağda yeni durum

Azərbaycanın qırmızı xətti: Ermənistan geri çəkildi... - Qarabağda yeni durumHazırda Azərbaycan-Ermənistan sərhədinin Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi qurması dünyaya, Ermənistana və başqalarına qarşı heç də əzələ nümayişi deyil. Azərbaycan öz suveren ərazisində haqqı olanı edir. Səbəb də artıq məlumdur. Ermənilər həmin yoldan indiyə kimi mina və silah-sursat daşımaq üçün istifadə edib. Ona görə də, bunun nə 10 noyabr 2020-ci ildə əldə olunmuş üçtərəfli razılaşmaya, nə də ki, digər beynəlxalq qanunlara aidiyyatı və ziddiyyəti yoxdur. Azərbaycan öz suveren ərazisində istədiyi addımı atmaq ixtiyarı var. Ölkəmiz də haqlı olaraq da bundan istifadə edir.

Bunu Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib.

Deputat Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında aparılmış danışıqlarda da sərhəd-keçid məntəqəsinin açılması və yaxud postun oradan götürülməsi kimi məsələlərin müzakirə olunmadığını söyləyib:

"Qarabağ və onun hansısa "statusu" məsələsi də burada heç bir tərzdə müzakirə predmeti olmayıb. Azərbaycan üçün bu məsələnin qırmız xətt olması ilk günlərdən vurğulanıb. Artıq beynəlxalq təşkilatlar tərəfindən də bu məsələdə heç bir israr yoxdur. Sadəcə olaraq Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi, sərhəd xəttinin haradan keçməsi ilə bağlı müəyyən məqamlar mövcuddur".

Razi Nurullayev hesab edir ki, əgər Ermənistan Qarabağda yaşayan ermənilərin hansısa bir formada "status" və hüquqları ilə bağlı müddəa ortaya atırsa, o zaman Azərbaycanın da buna qarşı adekvat arqumenti var: "Azərbaycan artıq bunu tarixi fakt kimi ortaya qoyub".

Partiya səsrinə görə, Qərbi Azərbaycan İcmasında cəmləşmiş və vaxtilə zorla Ermənistandan qovulmuş azərbaycanlıların ata-baba yurdlarına qayıtması şərt kimi irəli sürülüb:

"Əgər Qarabağda yaşayan ermənilərlə bağlı əldə olunacaq sülh sənədində nəsə bir müddəa yer alacaqsa, azərbaycanlılarla bağlı da eyni yanaşma burada öz əksini tapmalıdır. Bu məsələlərdə Azərbaycan tərəfi təşəbbüsü ələ alıb. Çünki biz haqlı tərəfik. Ona görə də, burada heç bir narazılıq ola bilməz".

Teleqraf.com


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 4031   Tarix: 07 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr