"Tam həqiqəti göstərəcəyik": Stiven Siqal ukraynalıların "bizdə nasistlər yoxdur" sözlərindən şoka düşüb
"Tam həqiqəti göstərəcəyik": Stiven Siqal ukraynalıların "bizdə nasistlər yoxdur" sözlərindən şoka düşüb
"ABŞ və Avropada Rusiya barəsində güclü saxta təbliğat maşını işləyir, xarici KİV-lərdə Ukrayna haqqında yazanların 99 faizi heç vaxt orada olmayıb..."
"Mən NATO və ABŞ-ın dediyi kimi, Ukraynaya hərbi müdaxilə olmadığını sübut etmək istəyirəm..."
Məşhur Hollivud aktyoru, son zamanlardan isə həm də Rusiyanın "Amerika mənşəli" nümunəvi vətəndaşı Stiven Siqal Samarada "Gitaralar sıradadır" antifaşist mahnı festivalında" keçirdiyi mətbuat konfransında məlumat verib ki, Ukraynadakı müharibə haqqında sənədli film çəkir.
Bu barədə "Samara qəzeti" məlumat yayıb.
Məşhurun sözlərinə görə, bu film baş verənlər barədə tam həqiqəti göstərəcək.
"Hazırda xüsusi əməliyyat zonasında baş verən hadisələr barədə sənədli film çəkilir, çünki mən bunun böyük vəzifə olduğu qənaətindəyəm.
Mən bizə və bütün dünyaya orada baş verənlər barədə tam həqiqəti göstərmək və bunun NATO, ABŞ və digər ölkə nümayəndələrinin dediyi kimi, hərbi müdaxilə olmadığını sübut etmək istəyirəm", - aktyor bəyan edib.
"ABŞ və Avropada Rusiya və onun hərəkətlərinin saxtalaşdırılması üzrə güclü təbliğat maşını işləyir, - aktyor buna əmindir. - Xarici KİV-lərdə Ukrayna haqqında yazanların 99 faizi heç vaxt orada olmayanlardır".
Siqalın fikrincə, "bu informasiyanı həm də ABŞ-da olan analitik mərkəzlər ustalıqla onlara ötürür".
Stivenin özü isə qürurla bəyan edib ki, 2022-ci ilin yayında Donbasa səfər edib, ön cəbhədə olub və "orada baş verənlərin hamısını görüb".
"Mən şəxsən bir çox rusiyalı əsgər və zabitlərlə ünsiyyətdə olmuşam, - kinomatoqrafçı əmin edib.
Eyni zamanda, Ukrayna sakinləri ilə söhbət etmək imkanım olub. Ukraynalıların, yerli əhalinin onlarda nasistlərin olmadığını hesab etməsi mənim üçün şok olub".
Əvvəllər xəbər verildiyi kimi, fevralın 27-də Rusiya prezidenti Vladimir Putin amerikalı aktyor, "Ədalətli Rusiya-Həqiqət uğrunda" partiyasının üzvü və Rusiya XİN-in ABŞ və Yaponiya ilə humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi Stiven Friderik Siqalın "Dostluq Ordeni" ilə təltif edilməsi haqqında fərman imzalayıb.
Bu mükafata o, beynəlxalq mədəni-humanitar əməkdaşlığın inkişafına böyük tövhələr verdiyinə görə layiq görülüb, fərmanda deyilir.
Stiven Siqal 1952-ci ildə anadan olub.
1980-1990-cl illərdə döyüş filmlərinin əvəzedilməz qəhrəmanl kimi məşhurlaşıb. O cümlədən "Mühasirədə", "Ölümcül təhlükədə", "Ədalət naminə" filmləri böyük uğur qazanıb.
Siqal aykido ustasıdır, karate və digər döyüş məharətinə malikdir.
Ata xətti ilə yəhudi babası və nənəsi Natan Ziqelman və Dora Qoldşteyn Sankt-Peterburqdan ABŞ-a köçüb.
Aktyor özünü "monqol" hesab edir və deyir ki, onun əcdadları Buryatiyanın cənubunda yerləşən Kyaxta şəhərindəndir.
Stiven Siqal 2016-cı il noyabrın 3-də Rusiya vətəndaşlığı alıb. Ona pasportu şəxsən Vladimir Putin təqdim edib.
Moderator.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1387 Tarix: 07 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
FTB ABŞ-da ticarət mərkəzinə hücumun qarşısını alıb
ABŞ Federal Təhqiqat Bürosu, müstəntiqlərin fikrincə, hücumu hazırlayan 18 yaşlı bir kişini həbs etməklə Mall of America ticarət mərkəzinə edilən hücumun qarşısını alıb. xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat verib. Niyyətlərini sübut etmək üçün FTB agentləri ona tüfəng və sursa
8 oktyabrABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı
ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd
7 oktyabrRus ordusu bu ərazini tutdu
Rusiya ordusu Xarkov vilayətinin Kiyanitsa yaşayış məntəqəsini tutub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
9 oktyabrTramp İrana zərbələri təxirə salır: ABŞ bölgəyə əlavə qüvvələr göndərir
ABŞ ilə İran arasında gərginlik davam edir. Vaşinqtonun diplomatik danışıqlarla bağlı açıqlamalarına baxmayaraq, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi, neft daşımaları və bölgədəki hərbi mövcudluq əsas müzakirə mövzuları olaraq qalır. CNN-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranl
9 oktyabrRusiya Ukraynada sərnişin avtobusuna zərbə endirib: 33 nəfər ölüb
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində sərnişin avtobusuna zərbə endirib, nəticədə 33 nəfər ölüb və 18 nəfər yaralanıb. xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında bildirib. "Kramatorskda içərisində sərnişinləri
8 oktyabrVanuatuda 6,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib
Sakit okeanın cənub-qərb hissəsində yerləşən ada dövləti Vanuatunun sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilib. Sunami təhlükəsi elan edilib. Zəlzələnin episentri təxminən 13,
8 oktyabrABŞ İrana yenidən zərbə endirəcək? - Pentaqon hazırlıq əmrini verdi
ABŞ və İran arasında müharibə ilə bağlı gərginlik yenidən artır. Reuters-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Mərkəzi Komandanlığa İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyatların planlaşdırılmasını yekunlaşdırmaq barədə göstəriş verib. Bununla belə, ABŞ Prezidenti Donald Trampın yen
8 oktyabrCənubi Koreya Ukraynadan səfirini geri çağırır
Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq. "Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə so
8 oktyabrRubio: Rusiya və Ukrayna strateji dalandadır
ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, hazırda Rusiya-Ukrayna münaqişəsinin danışıqlar yolu ilə nizamlanması perspektivləri görünmür. "Report" xəbər verir ki, bu barədə Rubio "Kathimerini" nəşrinə bildirib. Onun sözlərinə görə, hazırda tərəflər təhlükələrlə dolu "stratej
8 oktyabr