Qazaxın 7, Naxçıvanın 1 kəndi ilə bağlı AÇIQLAMA

Qazaxın 7, Naxçıvanın 1 kəndi ilə bağlı AÇIQLAMA"Azərbaycan və Ermənistan arasında keçirilən diplomatik danışıqlarda ən problematik sahələrdən biri də anklavlar məsələsidir. Bununla bağlı müxtəlif müzakirələr keçirilir. Şübhəsiz ki, anklavların gələcəyi, onların ətrafında məsələlərin həll olunması həm də sülh müqaviləsində yer almalıdır".Bu sözləri politoloq İlyas Hüseynov deyib.

Politoloqun sözlərinə görə, əgər yekun sülh müqaviləsindən danışırıqsa, anklavların yerləşdiyi geostrateji bölgə, tarixi, siyasi, hüquqi, iqtisadi aspektlər ciddi araşdırılmalı və buna uyğun qərarlar qəbul olunmalıdır:

"Burada tarixilik aspektinə də nəzər salmağa ehtiyac var. Qazaxın 7, Naxçıvanın 1 kəndi hazırda Ermənistanın nəzarətindədir. Qazaxın 7 kəndinin mühüm geostrateji üstünlükləri var. Azərbaycanın karbohidrogen ehtiyatlarının Qərbə nəqlində bu kəndlər həm də bir təhdid elementinə çevrilir. Vətən müharibəsində də bu cür təhdidlər var idi, hazırda da davam edir. Həm Azərbaycanın Qərbə çıxışının vizual müşahidə altına götürülməsi, həm də neft və qaz layihələrinin Qərbə nəqlində bu cür təhlükəsizlik sisteminin möhkəmləndirilməsi baxımından həmin kəndlərin Azərbaycanın nəzarətinə götürülməsinə böyük ehtiyac var. Digər tərəfdən, qarşı tərəf də öz iddialarını irəli sürür.

Düşünürəm ki, delimitasiya komissiyası məsələnin miqyasını ciddi şəkildə araşdırmalıdır. Elə bir qərar qəbul etməliyik ki, sonra bizim mövqelərimizin geriləməsi müşahidə olunmasın. İlk növbədə təhlükəsizlik elementi ciddi tədqiq olunmalıdır. Hesab edirəm ki, anklavlar məsələsinə delimitasiya prosesinin tərkib hissəsi kimi baxılmalı və sonrakı mərhələdə demarkasiyada icra olunmalıdır. Bu, ikitərəfli münasibətlərin dövlətlərarası səviyyədə nizamlanması raundlarının da bir mühüm müstəvisidir. Azərbaycan dövləti siyasi-diplomatik danışıqlarda ilk növbədə milli maraqlarımızdan çıxış etməlidir".

Musavat.com


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3159   Tarix: 07 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr