Azərbaycanda polis avtomobili ilə iki məktəblini vurdu
Şabran rayonunda avtomobil iki məktəblini vurub.
Sonxeber.az report-a istinadən xəbər verir ki, hadisə bu gün şəhərin H.Əliyev prospektində yerləşən 1 nömrəli məktəbin qarşısında qeydə alınıb.
Belə ki, Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşı idarə etdiyi avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən məktəblilər - 2007-ci il təvəllüdlü E.Həsənovanı və onun qardaşı 2009-cu il təvəllüdlü M.Həsənovu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəblilər xəstəxanaya çatdırılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov bildirilib ki, mayın 8-i səhər saatlarında Şabran rayonu ərazisində iki məktəbli qəfil hərəkətdə olan "Toyota" markalı avtomobilin yoluna çıxıb.
Avtomobilin sürücüsü, polis nəfəri məktəbliləri xəstəxanaya çatdırıb. Onların müalicələri davam etdirilir, vəziyyətləri normaldır, həyati təhlükələri yoxdur.
Faktla bağlı Şabran RPŞ-də araşdırmalar davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1507 Tarix: 08 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayi
9 oktyabrCəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
Cəbrayılda Dağmaşanlı kəndi ərazisində ikinci mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonu ərazisində baş verən partlayış zamanı xəsarət alan 1966-c
9 oktyabrAzərbaycanda bəzi kolleclər ləğv olunacaq
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov geniş müsahibəsində maraqlı açıqlamalar verib. Qaynarinfo -a istinadla xəbər verir ki, o , Ali təhsil haqqında qanun layihəsindən danışarkən bu sahədə ediləcək yeniliklərə də toxunub. Bildirib ki, bəzi kolleclərin müəyyən universitetləri
8 oktyabrXəzərdə yeni ada yarandı - Dəniz sürətlə geri çəkilir
Xəzər dənizinin şimal hissəsinin bəzi əraziləri Aral dənizində baş verənlərə bənzər vəziyyətlə üzləşə bilər. Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi və insanların su ehtiyatlarından istifadəsi regiona təzyiqi artırır. Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews" yazıb. Xəzər dəniz
9 oktyabr