Ümumilli Lider Heydər Əliyev: "Hər bir insan üçün vətənə, torpağa sədaqət ən ülvi xüsusiyyətdir".

Ümumilli Lider Heydər Əliyev: "Hər bir insan üçün vətənə, torpağa sədaqət ən ülvi xüsusiyyətdir"."Zaman ötdükcə, illər keçdikcə bir çox meyarlar, prinsiplər dəyişir, ancaq obyektiv tarixi həqiqətlər dəyişməz olaraq qalır. Bu həqiqət keçdiyimiz tarixi yolun mənzərəsində özünü büruzə verir, bir millətin və dövlətin var olmasında, liderlik faktorunun önəm daşıdığını təsdiq edir. Azərbaycan xalqı da şəxsiyyət böyüklüyünün qüdrətini və müstəqil bir dövlətin vətəndaşı olmaq xoşbəxtliyini yaşadı, xalqın gələcəyi üçün çalışmağın aliliyini, vətəni canından artıq sevməyi məhz ondan öyrəndi. Tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memarı ümummilli liderimiz Heydər Əliyevin bütün fəaliyyətinin əsas və ali məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdı.

"Ulu öndərin ən başlıca keyfiyyətlərindən biri də öz xalqına ürəkdən bağlılığı, milli ideya və dəyərləri, dilimizi, dinimizi yaşadıb daha da inkişaf etdirmək idi. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Azərbaycan xalqının çoxəsirlik adət-ənənələrinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.Böyük qürur hissi və fəxrlə "Mən öz mənalı həyatımı xalqımın bu günü və sabahı ilə yaşamışam" söyləyən bu böyük şəxsiyyətin həyat amalı bütün varlığı qədər sevdiyi xalqına və dövlətçiliyimizə, ölkəmizin siyasi, iqtisadi, mənəvi inkişafına xidmət olub. Özünün dəfələrlə bəyan etdiyi kimi, bu yolda bütün gücünü və iradəsini müdrik və qədirbilən xalqından alıb.Bu dahi insanın fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görünür ki, Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiklərini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtçiliyi üçün çırpınmışdır.
Ulu Öndər 1993-cü ilin sentyabr ayında Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündə çıxışı zamanı "Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir" - deyə söyləmişdir. Ümummilli liderimiz Heydər Əliyevin də qeyd etdiyi kimi, biz dərk etməliyik, anlamalıyıq ki, xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə yaşayırıq. Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək, dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir. Ən əsas nailiyyət ondan ibarətdir ki, biz müstəqilliyimizi müdafiə etdik, qoruduq, möhkəmləndirdik, inkişaf etdirdik və müstəqilliyimizi əbədi etdik. Xalqımız Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərini heç zaman unutmayacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 949   Tarix: 08 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi

"Təhsil yalnız bilik və bacarıqların öyrədilməsi ilə məhdudlaşmır. Məktəb həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, milli-mənəvi dəyərləri mənimsədiyi, intizam, məsuliyyət və qarşılıqlı hörmət kimi keyfiyyətlər qazandığı mühüm ictimai mühitdir. Bu baxımdan məktəblilərin vahid məktəb formasınd

9 oktyabr
.

Məktəblərdə nizam-intizam və geyim qaydalarına nəzarət gücləndirilir - monitorinqlər keçiriləcək

Məktəb mühitində qaydalara əməl olunması yalnız geyimlə məhdudlaşmır. Dərsə vaxtında gəlmək, müəllim və sinif yoldaşlarına hörmətlə yanaşmaq, dərs prosesinə mane olmamaq və məktəbin daxili intizam qaydalarına riayət etmək də sağlam təhsil mühitinin əsas şərtlərindəndir. Bu baxımdan məktəb rəhbərliyini

9 oktyabr
.

98 saylı bağçada azyaşlı ilə bağlı ŞOK İDDİA - araşdırma başladı - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda 98 saylı uşaq bağçasında baş verdiyi bildirilən hadisə ciddi suallar yaradıb. Bağçaya gedən azyaşlının qanında psixotrop maddənin aşkarlanması ilə bağlı iddia araşdırmaya səbəb olub. Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılıb və bağçanın fəaliyyətində bir sıra nöqsanla

8 oktyabr
.

Şənbə günü yağış yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayi

9 oktyabr
.

Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı

Cəbrayılda Dağmaşanlı kəndi ərazisində ikinci mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonu ərazisində baş verən partlayış zamanı xəsarət alan 1966-c

9 oktyabr
.

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov geniş müsahibəsində maraqlı açıqlamalar verib. Qaynarinfo -a istinadla xəbər verir ki, o , Ali təhsil haqqında qanun layihəsindən danışarkən bu sahədə ediləcək yeniliklərə də toxunub. Bildirib ki, bəzi kolleclərin müəyyən universitetləri

8 oktyabr
.

Ramin Məmmədov: "Məqsədimiz tarixini anlayan və dövlətinin nailiyyətlərini dərk edən vətəndaş yetişdirməkdir"

"Milli-mənəvi dəyərlər yalnız keçmişdən miras qalan irs deyil, həm də dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdən biridir". BİG.AZ xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusund

9 oktyabr
.

Xəzərdə yeni ada yarandı - Dəniz sürətlə geri çəkilir

Xəzər dənizinin şimal hissəsinin bəzi əraziləri Aral dənizində baş verənlərə bənzər vəziyyətlə üzləşə bilər. Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi və insanların su ehtiyatlarından istifadəsi regiona təzyiqi artırır. Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews" yazıb. Xəzər dəniz

9 oktyabr
.

"Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..."

"Bakıda sinif yoldaşını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməni məsuliyyətdən yayındırmaq istəyirlər". xəbər verir ki, bunu -a açıqlamasında qətlə yetirilən 2012-ci il təvəllüdlü A.Ağayevin əmisi Zöhrab Ağayev deyib. O iddia edib ki, qətli törətməkdə şübhəli bilinən A.Hüseynovun yaxınlar

8 oktyabr