"İkinci Dünya müharibəsində SSRİ-nin qələbə qazanmasında azərbaycanlılar böyük qəhrəmanlıq göstərmişdilər" -Deputat

"İkinci Dünya müharibəsində SSRİ-nin qələbə qazanmasında azərbaycanlılar böyük qəhrəmanlıq göstərmişdilər" -Deputat"Faşist Almaniyasının 1941-ci ildə SSRİ-yə qarşı müharibəyə başlamasından dərhal sonra Azərbaycanın minlərlə oğul və qızları könüllü olaraq hərbi komissarlıqlara müraciət edərək cəbhəyə yollandılar. Evdar qadınlar, yeniyetmələr, yaşlı insanlar da səfərbər olaraq istehsalatda işləməyə başladılar. Azərbaycanda 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, 11 milli qvardiya yaradıldı".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.
"İkinci Dünya müharibəsində SSRİ-nin qələbə qazanmasında azərbaycanlılar böyük qəhrəmanlıq göstərmişdilər" -DeputatO qeyd edib ki, azərbaycanlılardan ibarət yaradılmış milli deviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçərək böyük qəhrəmanlıqlar nümayiş etdiriblər:

"1941-1945-ci illərdə İkinci Dünya müharibəsində ümumilikdə 600 mindən çox azərbaycanlı döyüşlərdə iştirak etmişdir. 170 mindən çox əsgər və zabitlərimiz SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunublar. Azərbaycanlılardan ibarət yaradılmış milli deviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçərək böyük qəhrəmanlıqlar nümayiş etdiriblər. İgid övladlarımız Moskvanın, Leninqradın, eləcə də yüzlərlə şəhər və kəndlərin azad olunmasında böyük rəşadət göstəriblər. Polşanın, Yunanıstanın, Çexiyanln və digər ölkələrin azad olunmasında iştirak ediblər.
İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş həmvətənlərimizin adları dillərdə əzbər olmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanovun, eləcə də Sovet İttifaqı Qəhramanı adına layiq görülmüş qəhrəman həmvətənlərimizin göstərdikləri qəhrəmanlıqlar tarixə düşmüşdür.
Ziya Bünyadovun başçılıq etdiyi bölük Polşada qeyri bərabər döyüşdə düşmənə qalib gəlib və bu qəhrəmanlığına görə həmyerlimizə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Faşizm ilə mübarizədə 121 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb ki, onlardan da 43 nəfəri azərbaycanlı olub, eləcə də 30 nəfər "Şöhrət" ordeninin tam üç dərəcəsinə layiq görülüb və onların da 15 nəfəri azərbaycanlı olub.
1941-1945-ci illərdə İkinci Dünya müharibəsində SSRİ nin qalib gəlməsində Azərbaycanda hasil olan neftin və azərbaycanlı neftçilərin müstəsna əhəmiyyəti olmuşdur. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə yeni aviasiya benzini almaq üçün texnologiya hazırlanmış və 300-dən çox mühüm ixtira işlənib ərsəyə gətirilmişdir. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunmuşdur ki, bu da SSRİ də istehsal olunan neftin 71,4 faizini təşkil edirdi. Müharibə dövründə hər 5 təyyarədən, 5 tankdan 4-ü Bakı benzini ilə işləyirdi. 1941-1945-ci il müharibəsində Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən, benzinin 80 faizindən çoxu Azərbaycanda hasil olunmuşdur.
1941-1945-ci illərdə İkinci Dünya müharibəsində arxa cəbhədə də azərbaycanlılar böyük qəhrəmanlıqlar göstərmişdir. Bakıdakı müəssisələrin gücünün 95 faizi hərbi texnika, hərbi silah sursat istehsalına yönəlirdi. Azərbaycanda bütün sahələr cəbhə üçün işləyirdi. Qadın və qızlarımız cəbhədəki əsgərlər üçün gecə gündüz isti əlcək və paltar toxuyurdular" ,- deyə o bildirib.

Deputat qeyd edib ki, Prezident cənab İlham Əliyev hər il Qələbə Günündə xalqımızın qəhrəman oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general - mayoru Həzi Aslanovun abidəsini ziyarət edir, müharibə veteranları ilə görüşür, onları bayram münasibətilə təbrik edir:

"İkinci Dünya müharibəsində SSRİ-nin faşizm üzərində qələbə qazanmasında istər ön cəbhədə vuruşan, istərsə də arxa cəbhədə çalışan azərbaycanlılar böyük qəhrəmanlıq və şücaət göstərmişdilər.
Hər il 9 May tarixi - faşizm üzərində Qələbə respublikamızda təntənə ilə qeyd olunur. Prezident cənab İlham Əliyev hər il Qələbə Günündə xalqımızın qəhrəman oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general - mayoru Həzi Aslanovun abidəsini ziyarət edir, müharibə veteranları ilə görüşür, onları bayram münasibətilə təbrik edir. Qələbə bayramı ərəfəsində Prezident cənab İlham Əliyevin müharibə veteranlarının sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncamlar imzalaması ənənə halını alıb.
Ulu öndər Heydər Əliyev 1941-1945-ci illərdə azərbaycanlıların İkinci Dünya müharibəsində göstərdikləri qəhtrəmanlıqları yüksək qiymətləndirmiş, Azərbaycan vətəndaşlarının Qələbənin əldə olunmasında böyük fədakarlıq göstərdiklərini vurğulamış, müharibə veteranlarına qayğı və diqqət göstərilməsi hər birimizin borcu olduğunu qeyd etmişdir".


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 2005   Tarix: 09 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin növbəti məhkəməsi keçirilib

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorl

20 fevral 2025
.

İsrailə 12 mindən çox raket atılıb

Son altı ayda İsrail Müdafiə Qüvvələri (IDF) ölkə ərazisinə Suriyadan 35, Livandan 3100 və Qəzza zolağından 9100 min (cəmi 12 235) raket atıldığını qeydə alıb. Bu barədə ordunun mətbuat xidmətinin altı aylıq müharibənin nəticələrinə görə yaydığı xülasədə deyilir. Mətbuat xidməti məlumatların dəqiq v

7 aprel 2024
.

İsrail ordusu: Livandan ölkəyə raketlər və zərbə PUA-ları buraxılıb

İsrailin Müdafiə Ordusu Livandan "Hizbullah" tərəfindən ölkə ərazisinə üç raket və iki hücum pilotsuz uçuş aparatı atışını qeydə alıb. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. "Livandan İsrailə uçan 3 raketin yaşayış olmayan əraziyə düşdüyü qey

14 aprel 2024
.

İran İsrailə qanadlı raketlər atıb

İran İsrailə qanadlı raketlər atıb. "Report" xəbər verir ki, "Al-Arabiya" telekanalı iddia edib

14 aprel 2024
.

Rusiyaya kütləvi dron hücumu: Dörd PUA Moskvaya yaxınlaşarkən məhv edilib

Rusiyada ən kütləvi dron hücumlardan biri ötən gecə baş verib. Ümumilikdə, ölkənin səkkiz rayonunda 35 PUA və bir S-200 raketi məhv edilib. Dörd PUA Moskvaya yaxınlaşarkən vurulub. Slavyansk şəhərindəki neft emalı zavodunda pilotsuz uçuş aparatının partlaması nəticəsində bir nəfər ölüb. Kaluqa vilayətini

17 mart 2024
.

İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zərbələr endirib

İsrail ordusu PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq "Hizbullah"ın Livandakı hədəflərinə zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələr

14 aprel 2024
.

DƏHŞƏTLİ GÖRÜNTÜ: İranın atdığı raket İsrail vətəndaşını vurdu - ANBAAN VİDEO

Sosial şəbəkədə dəhşətli görüntülər yayılıb. bildirir ki, İranın ötən gecə atdığı raketlərdən biri səmanı şəkən İsrail vətəndaşını vurub. Sözügedən vieonu təqdim edirik:

14 aprel 2024
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyndən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 28-i saat 18:30-da Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətind

28 avqust 2024
.

Rusiya Kuraxoveni atəşə tutub, 16 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kuraxove şəhərini atəşə tutması nəticəsində 16 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının (VHA) sədri Vadım Filaşkin teleqramda bildirib. "Bu gün nahar saatlarında Kuraxove atəşə tutulu

3 mart 2024