Yayda metronun iş vaxtı artırılacaqmı? - RƏSMİ AÇIQLAMA
Bakı Metropoliteninin bayram günlərində və mühüm idman yarışları zamanı gec saatlarda da işlədiyi hər kəsə məlumdur. Yay mövsümündə necə, onun iş saatını uzatmaq mümkündürmü?
Axı isti günlərdə qatarların hərəkət qrafikində belə dəyişiklik edilir, interval uzadılır. Üstəlik, istirahət mövsümündə istər şəhərin qonaqları, istərsə də paytaxt sakinləri axşam və gecə saatlarında çöldə olmaq, gəzişmək, asudə vaxtı əyləncə ilə doldurmaq istəyirlər.
Sonxeber.az xəbər verir ki, "yenisabah.az"a danışan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bunun mümkün olmadığını bildirib:
"Hazırda Nazirlər Kabinetinin təsdiq etdiyi "Metropolitendən istifadə qaydaları"na görə, metropoliten səhər saat 6-dan gecə saat 12-yə qədər işləyir. Bu, artıq normativ tələbdir. İstisnalar Bakıda keçirilən kütləvi tədbirlər və digər əhəmiyyətli məsələlər zamanı olur.
Metropoliten mövcud vəziyyətdə sərnişinlərin rahatlığını təmin etmək, insanların mənzil başına rahat çatması məqsədilə bunu edir. Lakin bu hal adi günlərdə davamlı olmur.
Bəzi nüanslar var, əgər məsələ araşdırılsa, uzunmüddətli monitorinq aparılmalıdır, digər məsələlər müzakirə olunmalıdır.
Dünyada bu təcrübənin müxtəlif nümunələrini görürük, amma Bakı üçün belə məsələlər gündəmdə olsa, ona xüsusi baxılacaq.
Bir daha qeyd edim ki, hüquqi-normativ aktlara, xüsusilə metropolitendən istifadə qaydalarına görə iş saatı səhər 6-dan gecə 12-yə qədərdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1343 Tarix: 11 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind
8 oktyabrXəzərdə yeni ada yarandı - Dəniz sürətlə geri çəkilir
Xəzər dənizinin şimal hissəsinin bəzi əraziləri Aral dənizində baş verənlərə bənzər vəziyyətlə üzləşə bilər. Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi və insanların su ehtiyatlarından istifadəsi regiona təzyiqi artırır. Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews" yazıb. Xəzər dəniz
9 oktyabrSəbuhi Əliyevə vəzifə verildi - Dosye
Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa
8 oktyabrHadrutun işğaldan azad olunmasından 6 il ötür
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind
9 oktyabrMəktəbli forması ilə bağlı monitorinqlər keçirilir: Məqsəd nədir?
Məktəblərdə vahid geyim formalarına dair monitorinqlərin keçirilməsi müəyyən edilmiş qaydalara əməl olunmasına nəzarət baxımından əhəmiyyətlidir. xəbər verir ki, məktəbli forması şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almağa, bərabərliyin qorunmasına və nizam-intizamın gücləndirilməsin
9 oktyabrMəleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"nun məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş. Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaş
8 oktyabr