"Honor Magic 5" və "Magic 5 Pro" təqdim edildi

"Honor Magic 5" və "Magic 5 Pro" təqdim edildiHonor şirkəti MWC 2023 sərgisindəki təqdimat tədbiri zamanı qatlana bilən Honor Magic Vs smartfonu ilə yanaşı həmçinin Honor Magic 5 smartfon seriysını da təqdim edib. Sözügedən seriyaya Magic 5 və Magic 5 Pro modelləri daxil olublar. Təqdim edilmiş bu smartfonlar xarici görünüşcə bir-birilərindən bir qədər fərqlənirlər. Smartfonlar arasında fərqlilik həmçinin onların texniki özəlliklərini də əhatə edir. İlk öncə Honor Magic 5 modelindən başlayaq. Beləliklə adi Magic 5 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 26x881224 piksel keyfiyyətli 6.73 düym OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib. Həmçinin ekrana optik barmaq izi skanı texnologiyası quraşdırılıb. Adi Magic 5 modeli kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini özündə birləşdirir.

Əsas texniki göstəricilər baxımından smartfon Snapdragon 8 Gen 2 prosessoru, 8 GB RAM, 256 GB daxili yaddaş həcmi, 54 MP (f/1.9 difraqma) + 50 MP (f/2.0 diafraqma, avtofokus, 122 dərəcə bucaq əhatəsi) + 32 MP (f/2.4 diafraqma, optik stabilizasiya, 2.5 qat optik zoom, 50 qat rəqəmsal zoom) üçlü arxa kamera, 12 MP-lik (f/2.4 diafraqma, 100 dərəcə bucaq əhatəsi) ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. İndi isə keçək Honor Magic 5 Pro smartfonuna. Magic 5 Pro modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2848x1312 piksel keyfiyyətli 6.81 düym LTPO AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı sol hissəsində ikili ön kamera üçün nəzərdə tutulmuş oval formalı çıxıntı yerləşdirilib. Onu da qeyd etmək lazımdır ki, Magic 5 Pro-nun ekranı IMAX sertifikatına sahibdir və HDR10+ kontentləri əks etdirə bilir.

Üstəlik ekrana ultrasəs texnologiyası əsasında çalışan barmaq izi skanı texnologiyası inteqrasiya edilib. Magic 5 Pro modeli IP68 standartı üzrə sudan qorunur və özündə kontaktsz ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 8 Gen 2 prosessoru, 12 GB RAM, 512 GB daxili yaddaş həcmi, 50 MP (f/1.6 diafraqma, optik stabilizasiya) + 50 MP (f/2.0 diafraqma, avtofokus, 122 dərəcə bucaq əhatəsi) + 50 MP (f/3.0 diafraqma, optik stabilizasiya, 3.5 qat optik zoom, 100 qat rəqəmsal zoom) üçlü arxa kamera, 12 MP + 3D (100 dərəcə bucaq əhatəsi) ikili ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh (Çin versiyada 5450 mAh) enerji tutumlu batareya ilə təchiz olunub. Magic 5 Pro modeli həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Qeyd etmək lazımdır ki, həm Magic 5 həm də Magic 5 Pro MagicOS 7.1 interfeysli Android 13 vasitəsilə çalışır. Smartfonlar bu ilin ikinci rübündə satışa çıxacaqlar. Magic 5 Pro modeli 899 avroya, Magic 5 Pro isə 1199 avroya satılacaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1542   Tarix: 12 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Politico: "AB böyük itkilərlə nəticələnə biləcək hibrid hücuma hazırlaşır"

Politico-nun Brüsseldən hazırladığı analitik yazıda bildirilir ki, Avropa Birliyinin 27 ölkəsinin diplomatları son həftələrdə çoxsaylı insan itkisinə səbəb ola biləcək böyük hibrid hücum ssenarisinə hazırlıq məsələsini müzakirə edirlər. Politico-ya istinadən xəbər verir ki, söhbət yalnız kiberhücumda

7 oktyabr
.

İstanbulda bina çökdü: saxlanılanlar var

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən 7 mərtəbəli binanın memarı və tikinti sahəsinin rəhbəri saxlanılıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, binanın ilk üç mərtəbəsinin çökməsi nəticəsində 2 nəfər ölüb, xilasetmə qrupları isə dağıntılar altında qala

8 oktyabr
.

ABŞ-İran müharibəsində gərginlik artır: Hörmüz boğazında tankerə hücum

ABŞ və İran arasında davam edən hərbi qarşıdurmada gərginlik yenidən yüksəlib. Reuters-ə istinadən xəbər verir ki, son hadisələr əsasən Hörmüz boğazında baş verən hücumlar, ABŞ-ın hərbi hazırlığı və Tehranla Vaşinqton arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqları ətrafında cərəyan edir. Hörmüz boğazında

7 oktyabr
.

İrəvan və Yeni Dehli Pinaka Mk-II raketlərinin istehsalını müzakirə edirlər

Ermənistan və Hindistan Ermənistanda "Pinaka Mk-II" raketlərinin istehsalını və yığılmasını təşkil etmək imkanlarını müzakirə edirlər. xəbər verir ki, bu barədə Hindistanın IDRW hərbi portalı məlumat verib. Qəzetin məlumatına görə, mümkün razılaşma iki ölkə arasında hərbi-sənaye əməkdaşlığınd

7 oktyabr
.

ABŞ İrana yenidən zərbə endirəcək? - Pentaqon hazırlıq əmrini verdi

ABŞ və İran arasında müharibə ilə bağlı gərginlik yenidən artır. Reuters-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Mərkəzi Komandanlığa İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyatların planlaşdırılmasını yekunlaşdırmaq barədə göstəriş verib. Bununla belə, ABŞ Prezidenti Donald Trampın yen

8 oktyabr
.

Rus ordusu Annopolyeni işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Annopolye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

8 oktyabr
.

Vens: "İran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır"

İran ABŞ-la müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə azaltmalıdır. "Report"un məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Reuters"ə müsahibəsində deyib. "Əgər nüvə silahı istəmirsinizsə, onda uranı niyə 60 faizə qədə

7 oktyabr
.

Rusiya Ukraynada sərnişin avtobusuna zərbə endirib: 33 nəfər ölüb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində sərnişin avtobusuna zərbə endirib, nəticədə 33 nəfər ölüb və 18 nəfər yaralanıb. xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında bildirib. "Kramatorskda içərisində sərnişinləri

8 oktyabr
.

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin yaydığı sənəddə bildirilir. Yeni sanksiyalar Rusiya maliyyə sektoruna, eləcə də "kölgə donanması" ilə əlaqəli şirkət və 12 gəmiyə qarşı yönəlib. Sanksiy

8 oktyabr