Qonşunun evini 58 min manata "satdı", həbs edildi

Qonşunun evini 58 min manata "satdı", həbs edildiBakıda qonşusunun evini öz evi kimi təqdim edərək satışa çıxaran şəxsə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə 1978-ci il təvəllüdlü İlqar Hacıyev Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq- xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilib.

Məlum olub ki, İlqar Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən kompleksdə 2-ci mərtəbədəki mənzildə yaşayıb. 2021-ci ildə yuxarı mərtəbədən su sızdığı üçün ev sahibi İlkin mənzilinin açarını İlqara verib və hər hansı problem yaranarsa, dərhal müdaxilə etməsini xahiş edib. Bundan sonra İlqar qonşusuna məxsus evi sataraq pul əldə etmək qərarına gəlib. Bu məqsədlə o, bir neçə nəfərə 60 min manata təmirsiz mənzil satdığını deyib.

Bir neçə gün sonra Oqtay adlı şəxs həmin evi oğluna almaq istədiyini bildirib və İlqarla əlaqə saxlayaraq oraya gəlib. Mənzildə olarkən tərəflər 58 min manata razılaşıblar. İlqar evdə bəzi kommunal problemlərin olduğunu, həmçinin çıxarış əldə edilməli olduğunu deyib və Oqtaydan ona etibarnamə verməsini xahiş edib. O, 58 min manatın 20 mininin dərhal, 30 min manatın çıxarış əldə edilərkən, yerdə qalan 8 min manatın isə 8 ay ərzində hər dəfə 1000 manat olmaqla verilməsinə razılaşıb.

Tərəflər Nərimanov rayonu ərazisində görüşərək notariusda İlqarın adına etibarnamə veriblər. Həmin vaxt mənzilin saxta sahibinə 20 min manat ödənilib. Lakin daha sonra dələduzluq əməlinin üstü açılıb və Oqtay Məmmədov polisə müraciət edib.
Məhkəmədə İlqar Hacıyev törətdiyi əməli etiraf edib. O, əldə etdiyi 20 min manat pula avtomobil ehtiyat hissələri aldığını deyib və imkanı olmadığı üçün vəsaitin 2 min manatını geri qaytardığını bildirib.

Zərərçəkən tərəf isə İlqara verdikləri puldan 18 min manatın hələ qaytarılmadığını bildirib və ondan şikayətçi olub.

Nərimanov Rayon Məhkəməsinin 10 may tarixli hökmü ilə İlqar Hacıyevə 2 il həbs cəzası verilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1211   Tarix: 12 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kürdə suyun səviyyəsi artdı, Sabirabadda körpü sıradan çıxdı (FOTO)

Sabirabadın Ulacalı kəndində Kür çayında suyun səviyyəsinin artması fəsadlara səbəb olub. APA-nın məlumatına görə, son günlər yağan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsi artmaqdadır. Nəticədə Sabirabadın Ulacalı və Qruzma kəndlərini birləşdirən panton körpü sıradan çıxıb. Kəndlə

29 aprel
.

Həmid Qasımov tələbəyə yüksək vəzifə verdi - FOTO

Mingəçevir şəhər təhsil sektoruna yeni müdir təyin olunub. "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rüstəm Namiq oğlu Aslanov Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri vəzifəsin

28 aprel
.

Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yeni təyinat olub. -ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb. Nazirin əmri ilə Seymur Mahmudlu DSMF-nin Strateji planlaşdırma və investisiyalar departamentini

29 aprel
.

"Africa-Azerbaijan Cooperation" təşkilatının təsisçisi "Tərəqqi" medalı ilə təltif olunub

"KARVAN L MMC"-nin Baş İcraçı direktoru, "Africa-Azerbaijan Cooperation" təşkilatının təsisçisi Rəna Qəfərova sahibkarlıq sahəsində göstərdiyi uğurlu fəaliyyətə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Bu yüksək təltif, İlham Əliyev tərəfindən imzalanmış "Sahibkarlı

28 aprel
.

Sabah hava yağıntılı olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, səhər və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəy

28 aprel
.

İldə yalnız bir dəfə çıxır, min bir dərdə şəfa olduğu deyilir - VİDEO

Türkiyənin Elazığ bölgəsində xalq arasında "Şərqin bananı" adlandırılan və bir çox xəstəliyə faydalı olduğuna inanılan ışkın (yabanı ravənd) bu mövsüm yenidən satışa çıxarılıb. türk mediasına istinadən xəbər verir ki, dağlıq ərazilərdə çətin şəraitdə yığılan bu bitki mövsümün əvvəlində kiloqram

29 aprel
.

Turizm şirkətləri dövlət qurumlarından kömək istəyir - "Summer Tour"un yeni qərarı etiraz doğurdu

Azərbaycan turizm şirkətləri birgə bəyanat yayıb. xəbər verir ki, Azərbaycan turizm sektorunda fəaliyyət göstərən bir qrup şirkət Türkiyə istiqaməti üzrə satış həyata keçirən "Summer Tour Azərbaycan" MMC-nin son qərarı ilə bağlı narazılıqlarını bəyan ediblər. Bəyanatda bildirilir ki, hər turis

29 aprel
.

Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı QƏRAR VERDİ

Ali Məhkəmədə ATV-nin məşhur aparıcısı Zaur Baxşəliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb. "Teleqraf"a istinadən xəbər verir ki, məhkəmə şikayəti təmin etməyib. Aparıcı ilə bağlı bəraət qərarı qüvvədə saxlanılıb. Qeyd edək ki, Z.Baxşəliyevə qarşı Cinayət Məcəlləsini

28 aprel
.

38 yaşlı Orxanın öldüyü hadisənin - Videosu

Daxili İşlər Nazirliyinin (DİN) Baş DYP İdarəsi aprelin 26-sı paytaxtda baş vermiş ağır yol qəzasının görüntülərini yayıb. "Qafqazinfo" quruma istinadən xəbər verir ki, qəzadan əvvəl nasazlıq səbəbindən yolda məcburi dayanan sürücünün digər hərəkət iştirakçılarını xəbərdar etmək niyyəti faydası

28 aprel