Ulu Öndər prokurorluq orqanlarına hər zaman diqqət və qayğı göstərib

Ulu Öndər prokurorluq orqanlarına hər zaman diqqət və qayğı göstəribÜmummilli lider Heydər Əliyev çoxşaxəli fəaliyyəti dövründə bütün digər hüquq-mühafizə orqanlarına olduğu kimi, prokurorluq orqanlarına da hər zaman diqqət və qayğı göstərmişdir. Bu diqqət və qayğının bəhrəsini prokurorluq işçiləri bu gün də hiss edirlər.

Əvvəlcə onu qeyd edim ki, Azərbaycan Prokurorluğu bir əsrə yaxın müddət, 80 il ərzində dövlətin etibarlı dayaqlarından biri kimi fəaliyyət göstərsə də, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsinə dövlət tərəfindən heç bir təşəbbüs göstərilməmiş, bununla əlaqədar hər hansı rəsmi tədbir görülməmişdir. Yalnız ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamından sonra hər ilin 1 oktyabr tarixinin prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunmasına başlanılmışdır ki, bu da təkcə tarixi reallığın bərpa olunması deyil, həmçinin hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğun roluna rəsmi münasibətin və dövlət qayğısının yüksək səviyyədə təzahürüdür. Ümummilli liderin 28 noyabr 1998-ci il tarixdə Prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda prokurorluğun fəaliyyətini istiqamətləndirən: "...Azərbaycan Prokurorluğunda sağlam mənəvi mühit yaratmaq lazımdır. Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan nə qədər yaxşı işləyirsə işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir, bizim tələbimiz isə qanundur, qanunun aliliyidir, mənəviyyatın da hamısı qanunun içərisindədir. Prokurorluq peşəsi ağır, çətin peşədir, amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır, buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram..." kimi dəyərli kəlamlarını hər bir prokurorluq işçisi xidməti fəaliyyətində daim rəhbər tutur.

Hər kəsə, o cümlədən hər bir prokurorluq işçisinə məlumdur ki, prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını və qanunvericilik bazasını dahi rəhbərimizin təşəbbüsü əsasında 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmişdir. Yeni qəbul edilmiş Konstitusiya ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmaqla yanaşı, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edildiyini özündə dəqiq əks etdirdi. Ali qanunumuzda ilk dəfə olaraq respublikanın dövlət quruluşu sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil edilən prokurorluq orqanlarının statusu, təşkili, fəaliyyət istiqamətləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir.

Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 7 dekabr 1999-cu il tarixdə "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi isə qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmaqla bərabər, prokurorluq orqanlarının daha da demokratikləşməsini, qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etmişdir. Bundan sonra, beynəlxalq hüquq normalarına, demokratik prinsiplərə və milli ənənələrə uyğun hazırlanmış "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında", "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında", "Prokurorluğun rəsmi emblemi haqqında" Azərbaycan Respublikası Qanunlarının və digər normativ-hüquqi aktların qəbul edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesi dövrün tələblərinə və beynəlxalq standartlara cavab verən səviyyəyə yüksəlmişdir. Ümummilli liderin prokurorluq işçilərinin rifahının yaxşılaşdırılmasına xidmət edən "Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" 8 oktyabr 2002-ci il tarixli Sərəncamı isə hər bir prokurorluq işçisində böyük ruh yüksəkliyinin yaranmasına səbəb olmuşdur.

Göründüyü kimi, Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin və xalqın maraqlarına, qanunun aliliyinin təmin edilməsinə və insan hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici və maddi-sosial bazanın yaradılması ulu öndərin ölkəmizdə bütün sahələrdə, o cümlədən prokurorluqla bağlı həyata keçirdiyi ardıcıl və çoxşaxəli islahatlar, prokurorluğa göstərdiyi böyük dəstək və qayğı sayəsində mümkün olmuşdur. Sonsuz minnətdarlıq hissi ilə qeyd olunmalıdır ki, əsası müasir Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən qoyulan bütün hüquq-mühafizə orqanlarına, o cümlədən prokurorluğa hərtərəfli diqqət və qayğı göstərilməsi ənənəsi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də davam etdirilir.

Xüsusi vurğulanmalıdır ki, Prokurorluq orqanlarının müasir dövrün tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Prezidentin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" mühüm əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.

Prokurorluğa, eləcə də prokurorluq əməkdaşlarına 1993-cü ildən göstərilən xüsusi diqqət və qayğını qədirbilənliklə yüksək dəyərləndirən bütün prokurorluq, o cümlədən Hərbi Prokurorluq əməkdaşları, xidməti vəzifələrini layiqincə icra etmək üçün var güclərini səfərbər etmişdirlər ki, "Heydər Əliyev İli" ötən illərdə əldə olunan nailiyyətlərdən də artıq uğurlarla yadda qalsın. Sözsüz ki, bu, ulu öndər Heydər Əliyevə olan sonsuz sevgidən irəli gəlir və əminəm ki, bu sevgi daimi olacaqdır.

Elmir Süleymanlı

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsinin rəisi

Respublika Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə polkovniki, magistr.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1230   Tarix: 12 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"NEW MED KLINIKA"da şəfa tapmaq olarmı?

Ölkədə özəl tibb sektorunda şəffaflıq və qanunlara əməl olunması dəfələrlə gündəmə gətirilsə də, bəzi klinikalar görünən odur ki, bu tələbləri açıq şəkildə görməzdən gəlməkdə davam edir. "NEW MED KLINIKA" ilə bağlı daxil olan məlumatlar isə vəziyyətin düşündüyümüzdən daha ciddi olduğunu göstərir.İddialar

27 aprel
.

Yüksək bal toplayan müəllimlər direktor ola biləcək

"Bu il direktorların işə qəbul imtahanında olan əsas dəyişiklik namizədlərin yüksək bal toplayan müəllimlər arasından seçilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirdiyi brifinqdə bildirib

28 aprel
.

Cıdır Atçılıq Mərkəzi təmirə bağlanır

Bakıda yerləşən Cıdır Atçılıq Mərkəzi təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, mərkəzin ərazisində yenidənqurma və abadlıq işlərinə start verilib. Aparılacaq işlər çərçivəsində bəzi köhnə anbarların sökülməsi nəzərdə tutulur. Artıq ərazidə bu istiqamətdə hazırlıq və qismən söküntü işlərinin aparıldığın

28 aprel
.

Azərbaycanlı polkovnik Ukraynada vəfat etdi

Uzun illərdir Ukraynada yaşayan, bu ölkədə müxtəlif vəzifələrdə işləmiş polkovnik Mürşüd Xəlilov vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Mübariz Aslanov məlumat yayıb. Mürşüd Xəlilov 30 ildən çoxdur ki, Ukraynada yaşayırmış və bu ölkənin hüquq-mühafizə orqanlarında yüksək vəzifələrd

29 aprel
.

Aprelin son günündə hava necə olacaq?

Azərbaycanda aprelin 30-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanı

29 aprel
.

Bakıda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR

Bakı şəhərində səkilər, həyətlər, park və bağların abadlaşdırılması və təmiri ilə bağlı işlər görüləcək. -in əldə etdiyi məlumata görə, layihəni "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC icra edəcək. Görüləcək işlərin ümumi dəyəri təxminən 65 milyon manata yaxındır. Layihə çərçivəsində səkiləri

29 aprel
.

Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı QƏRAR VERDİ

Ali Məhkəmədə ATV-nin məşhur aparıcısı Zaur Baxşəliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb. "Teleqraf"a istinadən xəbər verir ki, məhkəmə şikayəti təmin etməyib. Aparıcı ilə bağlı bəraət qərarı qüvvədə saxlanılıb. Qeyd edək ki, Z.Baxşəliyevə qarşı Cinayət Məcəlləsini

28 aprel
.

Kürdə suyun səviyyəsi artdı, Sabirabadda körpü sıradan çıxdı (FOTO)

Sabirabadın Ulacalı kəndində Kür çayında suyun səviyyəsinin artması fəsadlara səbəb olub. APA-nın məlumatına görə, son günlər yağan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsi artmaqdadır. Nəticədə Sabirabadın Ulacalı və Qruzma kəndlərini birləşdirən panton körpü sıradan çıxıb. Kəndlə

29 aprel
.

Şəhla müəllimə işdən çıxıb? - Vəkilindən açıqlama

"İdrak" Liseyində silahlı insidentdə xəsarət alan müəllim Şəhla Kamilova işdən ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı yayıb. Bununla yanaşı, insidenti törədən 10-cu sinif şagirdi Ə.Ş.-nin ailəsi ilə "İdrak" Liseyinin rəhbəri Mönsüm Alışovun oğlu İdris Alışo

28 aprel