Əliyevin diplomatik döyüşü: Brüssel masasında nələr var?

Əliyevin diplomatik döyüşü: Brüssel masasında nələr var?Əliyev və Paşinyanın Brüssel görüşünə iki istiqamət üzrə baxmaq olar:

1. Siyasi mərkəzlərin vasitəçilik uğrunda mübarizəsi;
2. Tərəflərin gedişləri və gözlənilən nəticələr;

Bakı-İrəvan münasibətləri üzərindən vasitəçilik mübarizəsində Qərb Rusiya ilə rəqabətdə olsa da, öz daxilində də toqquşur. Vaşinqton, Brüssel, Paris: bu üç platforma arasında Brüssel əsas masadır, Vaşinqton bu formatı dəstəkləyir, lakin prosesə geosiyasi və regional maraqları kontekstində yanaşan Paris əvvəlcə bu formatı mənimsəyə çalışsa da, nəticə əldə edə bilmədiyi üçün özünün təşəbbüskarı olduğu format yaratmaq niyyətindədir, Kişinyovda planlaşdırılan görüş də bundan qaynaqlanır;

Vaşinqtondan sonra, Moskva və Kişinyovdan öncə keçirilən Brüssel görüşü Rusiya ilə yanaşı, Fransanın da önə çıxmaq cəhdlərinə qarşı gediş hesab oluna bilər. Burada Aİ rəhbərliyinin marağı təşəbbüskarı olduqları formatın davamlılığını saxlamaqdırsa, ABŞ-ın istəyi Vaşinqtonda başlanan prosesin Brüsseldə gücləndirilməsidir.

Və həm Moskva, həm də Kişinyova əli güclü getmək istəyən Bakı da görüşdə maraqlı tərəfdir, Brüssel formatında razılaşdırılan məsələlərin yenidən aktuallaşması, xüsusilə Qarabağın daxili işimiz olduğuna dair beynəlxalq mövqeyin möhkəmlənməsi baxımından.

Kim hansı gedişi edəcək?

Görüşdə konkret nəticənin əldə olunacağından daha çox, tərəflərin hansı gedişi edəcəyi gözləntisi var.

Əliyevin gündəliyi bəllidir: ərazi bütövlüyünün tanınması; Ermənistanla sülh müqaviləsi və Qarabağdakı ermənilərlə təmaslar məsələsinin bir-birindən ayrılması;

Bu, Brüssel formatında bundan əvvəl müzakirə edilən və razılaşdırılan məsələlərdir. Və bəllidir ki, bugünkü görüşdə sonuncu dəfə sülh sazişinin hazırlanması üzrə razılaşdırılan məsələlər yenidən gündəmə gələcək.

Lakin əvvəlki görüşlərdən fərqli olaraq Bakı iki məsələ üzərindən xüsusilə dayana bilər:

Birincisi, Qarabağdakı erməni əhalisi ilə təmasların qurulmasında separatçılar faktorudur: Əliyev erməni əhalisinin reinteqrasiyası ilə bağlı təkliflərin qəbul edilməməsi və separatçıların prosesin qarşısını alması faktını gündəmə gətirə, İrəvanın "Bakı-Xankəndi formatı"nın yaradılması və separatçıları "tərəfə" çevirmək oyununa qarşı gediş edə, həmçinin suverenliyimizə qarşı təhdid yaradan separatçıların legitim hədəf olduğu mövqeyini gücləndirə bilər bilər;

İkincisi, sərhədin delimitasiyası prosesində işğal altındakı 8 kəndin qaytarılmasını irəli sürə bilər: Ermənistandakı Aİ missiyasının Bakının istəyi ilə anklavlara baş çəkməsi, xüsusi nümayəndə Tovio Klaarın bir neçə gün öncə "Azərbaycanın tələb etdiyi kəndlərlə bağlı məsələ Ermənistanla delimitasiya çərçivəsində həll olunmalıdır" sözləri arxa planda bu prosesin getdiyi ehtimalını önə çıxarır;

Bu iki məsələdə Ermənistanın mövqeyinin zəifləməsi Moskva və Kişinyov görüşü öncəsi Azərbaycan üçün əhəmiyyətlidir.

Paşinyan gündəliyi dəyişməyə çalışacaq:

- mümkündür ki, erməni baş nazir sərhədin delimitasiyası üçün öncə "təhlükəsizliyin təmin edilməsi" məsələsini masada aktuallaşdıracaq;
- "güzgü prinsipi"nin – orduların sərhəd xəttindən geri çəkilməsinin əhəmiyyətini irəli sürəcək;
- və bu gedişini Aİ-nin müşahidə missiyasının "səmərəli fəaliyyəti"nin təmin edilməsinin vacibliyi üzərindən etməklə Brüsselin dəstəyini qazanmağa çalışacaq;

Nikol Qarabağ və 8 kənd məsələsindən maksimum yayınmaq, bunu Kişinyov görüşünə saxlamaq və Fransanın dəstəyi ilə mövqeyini gücləndirmək cəhdi edə bilər. Ermənistan xüsusilə Türkiyədə hakimiyyətin dəyişə biləcəyi, Azərbaycanın əlinin zəifləməsi perspektivindən yararlanmaq imkanının yaranacağını düşünür.

Lakin rəsmi Bakı Kişinyov görüşünə tam razılıq verməyib və bu görüşün olub-olmaması Brüsseldən çıxacaq nəticədən, nə əldə edib-etməməyimizdən asılı olacaq.

Publika.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1441   Tarix: 14 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr