"Qaçqınkom"da 97 minlik təmir - 6 manatlıq şirkət iri məbləğli tenderləri necə qazanır?
Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsi mərkəzi aparatda və yerli bölmələrdə aparılacaq cari təmir işləri ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Simmetriya" MMC olub. Komitə ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 97 526,33 AZN təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Simmetriya" MMC 18 noyabr 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 6 AZN olan şirkətin hüquqi ünvanı Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Ağa Xəqani oğludur.
"Simmetriya" MMC 21 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində heç bir məlumata rast gəlinmir. Ağa Ağayev də populyar sahibkar deyil. Onun haqqında heç bir məlumat yoxdur.
Buna baxmayaraq, Məcburi Köçkünlərin və Qaçqınların İşləri üzrə Dövlət Komitəsi vaxtaşırı bu şirkətlə satınalma müqaviləsi imzalayır. Təkcə 2022-ci ildə qurumla şirkət arasında imzalanan müqavilələrin maliyyə dəyəri 821 043, 38 AZN təşkil edir.
6 manatlıq və adına heç bir yerdə rast gəlinməyən şirkətin iri məbləğli tenderləri qazanması bir qədər şübhəli görünür. Üstəlik Məcburi Köçkünlərin və Qaçqınların İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi tenderlərin qeyri-şəffaflığı haqqında mediada kifayət qədər faktlara rast gəlinir. Bu isə "Simmetriya" MMC tender əməliyyatlarında iştirak üçün təsis edildiyi qənaətini yaradır.
Məcburi Köşkünlərin və Qaçqınların İşləri zürə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir. O, 2018-ci ildən bu vəzifədədir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1061 Tarix: 15 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
Cəbrayılda Dağmaşanlı kəndi ərazisində ikinci mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonu ərazisində baş verən partlayış zamanı xəsarət alan 1966-c
9 oktyabrCəbrayılda mina partlayışı: Xəsarət alan var
İşğaldan azad edilmiş Cəbrayıl rayonu, Dağmaşanlı kəndi ərazisində 2026-cı il oktyabrın 8-də mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. 200-ci il təvəllüdlü Cəbrayı
8 oktyabrSabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind
8 oktyabrPaytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq
Bakı şəhərinin Nizami rayonu, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsindəki yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. -ın əldə etdiyi məlumata görə, qeyd olunan yol qovşağında oktyabrın 9-u saat 23:00-dan oktyabrın 10-u saat 07:00-dək, oktyabrın 10-
9 oktyabrBakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur
Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur. Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfran
9 oktyabrSüni intellekt əmlak bazarında: Dəqiq hesablama apara biləcək?
Ədliyyə Nazirliyi daşınmaz əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi üçün süni intellekt əsaslı yeni rəqəmsal xidməti istifadəyə verib. Sistem əmlakın xüsusiyyətlərini və bazardakı məlumatları təhlil edərək onun təxmini qiymətini müəyyənləşdirir. Bəs süni intellekt mənzilin sahəsi, yerləşdiyi ərazi
8 oktyabrMəktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq
Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Belə ki, monitorinqlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçü
9 oktyabr