"Bundan sonra da dövlətinə xəyanət edən, vətənini 5-10 manata satan hər kəs ifşa edilərək layiqli cəzasını alacaq" - DEPUTAT
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikası əleyhinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində kompleks araşdırmalar davam etdirilir. Görülən tədbirlər nəticəsində üçüncü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə və Azərbaycanda terror-təxribat əməllərinin törədilməsini planlaşdırmaqda şübhəli bilinən şəxslər saxlanılaraq Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, ermənilərin ölkəmizə qarşı təxribatı davam edir:
"Ermənistan təxribatçı ölkə kimi regionda vəziyyəti gərginləşdirməyə davam edir. Bu gün Nikol Paşinyan ölkəsinə tam şəkildə rəhbərlik edə bilmir. Xalq artıq Nikol Paşinyanın yalanlarına inanmır. Buna görə də Nikol Paşinyan Qarabağda vəziyyəti gərginləşdirərək fikri ölkədaxili problemlərdən yayındırmağa çalışır. Bu gün Ermənistan danışıqlar adı ilə imitasiya ilə məşğuldur. Əlbəttə ki, bu məsələdə Ermənistanın arxalandığı ölkələr var. Həmin qüvvələr regionda vəziyyəti gərginləşdirərək Azərbaycan-Ermənsitan arasında sülh müqaviləsini imzalanmasına maneə olmağa çalışırlar. Buna sübut kimi də Brüsseldə keçirilən üçtərəfli görüş ərəfəsində Ermənistanın sərhəddə törətdiyi təxribatları misal göstərmək olar. Bilirsiniz ki, mayın 10-dan başlayaraq Ermənistan ordusu Azərbaycan mövqelərini müxtəlif atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və pilotsuz uçuş aparatları ilə atəşə tutub. Ermənistan tərəfinin təxribatları nəticəsində Azərbaycan ordusunun 2 hərbi quluqçusu şəhid olub.Təbii ki, ordumuz növbəti dəfə də şəhidlərimizin qanını yerdə qoymadı və düşmənə layiqli cavab verərək yerində otuzdurdu".
Deputat qeyd edib ki, Ermənistan və havadarları əmin olsunlar ki, ölkəmiz üzərindən oynanılan bütün oyunlardan xəbərdarıq: "Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə və Azərbaycanda terror-təxribat əməllərinin törədilməsini planlaşdırmaqda şübhəli bilinən şəxslərin ifşa edilərək saxlanılması bunu bir daha sübut edir. Bu gün Azərbaycan hüquq mühafizə orqanlarının əməkdaşları ölkəmizdəki sabitliyi tam şəkildə qoruyur, vətəndaşlarımızın firəvan və təhlükəsiz yaşayışını təmin edirlər. Bundan sonrada da vətəninə xəyanət edən, dövlətini 5-10 satan hər kəs ifşa edilərək layiqli cəzasını alacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Qızılın qiymətində yeni göstəricilər
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Gündə minimum addım sayı təyin edildi
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR
Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA