DİN-dən saxlanılan narkotacirlə bağlı iddialara cavab
Daxili İşlər Nazirliyi (DİN) Ağdaş sakininin iddialarına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Sonxeber.az-a verilən məlumata görə, bəzi sosial şəbəkə səhifələrində Ağdaş rayon sakini Bəsti Məmmədova oğlunun narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayət işi barədə iddialar səsləndirib:
"Ağdaş rayonunun Maşad kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş İlham Məmmədovun üzərində narkotik vasitə saxlamasına dair polis şöbəsinə əməliyyat məlumatı daxil olub və keçirilmiş tədbirlər nəticəsində o, şübhəli şəxs qismində saxlanılıb.
İlham Məmmədov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərib qaçmağa çalışıb, özünü ətrafdakı kolluq əraziyə atıb. Buna baxmayaraq, onun bu cəhdinin qarşısı alınıb və saxlanılaraq şöbəyə gətirilib. Hüquqlarını müdafiə edən vəkilin də iştirakı ilə İlham Məmmədovun üzərində şəxsi axtarış aparılarkən 9,18 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Araşdırma zamanı saxlanılan şəxsin bir neçə nəfər rayon sakininə narkotik vasitə satması da məlum olub və həmin şəxslər müəyyən edilərək izahatlarının alınması üçün istintaqa cəlb olunublar. Onlar ifadələrində narkotik vasitəni İlham Məmmədovdan pul qarşılığında aldıqlarını bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 234.2-ci (qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə cinayət işi başlanılıb və rayon məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri daha sonra Şəki Apelliyasiya Məhkəməsi tərəfindən ev dustaqlığı ilə əvəz olunub.
Onun saxlanılan zaman yıxılaraq sağlamlığına yüngül zərər vuran xəsarətlər alması ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunaraq müvafiq rəy alınıb. İlham Məmmədova qarşı fiziki güc tətbiq olunması ilə bağlı iddialar təsdiqini tapmadığından Ağdaş Rayon Prokurorluğu tərəfindən cinayət işinin başlanılması barədə qərar rədd edilib və həmin qərar rayon məhkəməsi tərəfindən də qüvvədə saxlanılıb.
Ağdaş RPŞ-də İlham Məmmədov barəsində cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib, hazırda məhkəmə baxışındadır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1188 Tarix: 17 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səbuhi Əliyevə vəzifə verildi
Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa
8 oktyabrQəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı
Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al
8 oktyabrMənzil almaq sərfəlidir, yoxsa kirayə? - Ekspertdən CAVAB
Bakıda həm mənzil qiymətlərinin, həm də kirayə haqlarının yüksək olması və mənzil kreditləri üzrə xərclərin artması vətəndaşların mənzil seçimi ilə bağlı qərarlarını çətinləşdirir. Xüsusilə orta gəlirli ailələr üçün mənzil almaqla uzunmüddətli kirayədə qalmaq arasında seçim edərkən aylıq ödənişlər, ilki
8 oktyabrNigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
"AİD Group" xaricdə təhsil şirkətinin həbsdə olan faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb. -ın "Qafqazinfo"ya istinadən məlumatına görə, məhkəmə təqsirləndirilən şəxsin müraciəti əsasınd
8 oktyabrŞənbə günü yağış yağacaq, şimşək çaxacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayi
9 oktyabrCəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
Cəbrayılda Dağmaşanlı kəndi ərazisində ikinci mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonu ərazisində baş verən partlayış zamanı xəsarət alan 1966-c
9 oktyabrBakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur
Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur. Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfran
9 oktyabr