Sahibə Qafarova Belarus Respublikası Milli Məclisinin nümayəndə heyəti ilə görüşüb
Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarova parlamentin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Belarus Respublikası Milli Məclisinin Respublika Şurasının sədr müavini Valeri Belski və Nümayəndələr Palatasının sədr müavini Valeri Mitskeviç ilə görüşüb.
Sonxeber.az xəbər verir ki, Sahibə Qafarova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi ilə bağlı Milli Məclisin xüsusi iclasında iştiraklarına və iclasda söylədikləri səmimi sözlərə görə hər iki vitse-spikerə minnətdarlığını bildirib.
Qonaqlar bu əlamətdar iclasa dəvətə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini ifadə ediblər. Qeyd olunub ki, dünya miqyaslı siyasi xadim Heydər Əliyevin əziz xatirəsi Belarusda da böyük ehtiramla yad edilir.
Söhbət zamanı Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin dövlətçilik təcrübəsi barədə danışılıb, onun Azərbaycanın müstəqilliyinin qorunması və inkişaf etdirilməsi sahəsində gördüyü işlər xüsusi vurğulanıb.
Bildirilib ki, Ulu Öndər həm keçmiş Sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycana böyük uğurla rəhbərlik edib. Azərbaycan xalqı onun müstəqilliyini əbədi və dönməz edən böyük oğlunun xatirəsini həmişə ehtiramla yad edir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən regional və beynəlxalq layihələr bu gün də öz bəhrəsini verməkdədir. Ulu Öndərin müəyyən etdiyi yol bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi qüdrətinin gücləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun artması istiqamətində mühüm addımlar atılır.
Söhbət zamanı ölkələrimizin parlamentlərarası əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyi qeyd olunub, bu baxımdan parlament dostluq qruplarının əhəmiyyəti xüsusi vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Qızılın qiymətində yeni göstəricilər
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Gündə minimum addım sayı təyin edildi
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR
Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA