Dövlət sifarişli yerlər niyə boş qalır? - Tələbələr niyə ödənişli təhsili seçir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dövlət sifarişli yerlər niyə boş qalır? - Tələbələr niyə ödənişli təhsili seçir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAUniversitetlərdə dövlət hesabına təhsil almaq imkanı olduğu halda bəzi dövlət sifarişli yerlərin boş qalması diqqət çəkir. 2026/2027-ci tədris ili üzrə qəbuldan sonra istifadə olunmayan dövlət sifarişli yerlər əlavə müsabiqəyə çıxarılıb və nəticədə 1 870 tələbə ödənişli əsaslarla qəbuldan dövlət sifarişi əsasında təhsilə keçib. Bəs dövlət hesabına oxumaq imkanı olduğu halda bəzi yerlər niyə boş qalır?

Tələbələri ödənişli təhsilə yönəldən əsas səbəblər nələrdir və universitetlərin təqdim etdiyi ixtisaslar gənclərin seçimləri ilə nə dərəcədə üst-üstə düşür?
Dövlət sifarişli yerlər niyə boş qalır? - Tələbələr niyə ödənişli təhsili seçir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca Sonxeber.az-a açıqlamasında bildirdi ki, universitetlərdə dövlət sifarişli yerlərin boş qalması və tələbələrin bəzən ödənişli təhsilə üstünlük verməsi ilk baxışda təəccüblü görünə bilər, lakin bunun arxasında tamamilə praktiki və iqtisadi hesablamalar dayanır. Onun sözlərinə görə, bu vəziyyətin yaranmasında ən mühüm amillərdən biri coğrafi yerləşmədir: "Dövlət sifarişli yerlərin bir hissəsi regional universitetlərin payına düşür. Bakıda yaşayan və ya başqa rayona köçmək imkanı olmayan abituriyent üçün regionda pulsuz oxumaq, elə paytaxtda ödənişli oxumaqdan daha baha başa gələ bilir. Kirayə mənzil, nəqliyyat və günlük yaşayış xərcləri toplandıqda, ailələr öz şəhərlərindəki universitetin ödənişli yerini seçməyi maliyyə baxımından daha əlverişli sayırlar. Digər tərəfdən, universitetin nüfuzu və təhsilin keyfiyyəti də həlledici rol oynayır. Gənclər üçün təkcə diplomanın pulsuz olması deyil, həmin diplomanın əmək bazarındakı çəkisi və təhsil müəssisəsinin təqdim etdiyi imkanlar vacibdir. Nüfuzlu bir ali məktəbdə ödənişli təhsil almaq, infrastrukturu və ya xarici əlaqələri zəif olan bir universitetdə pulsuz oxumaqdan daha perspektivli addım kimi dəyərləndirilir. Bununla yanaşı, gələcək karyera imkanları da seçimlərə birbaşa təsir edir. Abituriyentlər gələcəkdə yüksək gəlir gətirəcək və tələbatlı ixtisaslarda ödənişli oxumağı, perspektivi dumanlı görünen ixtisaslarda pulsuz oxumaqdan üstün tuturlar.

Böyük şəhərlərin təklif etdiyi təcrübə və iş imkanları da tələbələrin ödənişli yerləri seçməsinə təkan verir. Paytaxtda oxuyan tələbə dərslə paralel olaraq müxtəlif şirkətlərdə təcrübə keçə, şəbəkə qura və iş həyatına daha tez atıla bilir. Son olaraq, ixtisas seçimi zamanı aparılan strategiya və keçid ballarının paylanması da dövlət sifarişli yerlərin boş qalmasına gətirib çıxarır. Nəticə etibarilə, müasir abituriyent və onun ailəsi təhsilə sadəcə pulsuz diplom almaq fürsəti kimi deyil, gələcəyə yatırılan uzunmüddətli və mənfəətli bir sərmayə kimi baxır".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 142   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

7 oktyabr
.

"Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"

Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz. "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib. Onun sözlərin

7 oktyabr
.

İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Dənizkənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsinin növbəti iclası keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı

7 oktyabr
.

Məktəb bufeti və toylarda zəhərlənmə halları: İnsanlar özünü necə qoruya bilər? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Məktəb bufetində şagirdlərin, ardınca toy mərasimində onlarla insanın zəhərlənməsi qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Gəncədə məktəb bufetində zəhərlənmə hadisəsindən sonra obyektin fəaliyyəti məhdudlaşdırılıb, Kürdəmir rayonunda isə toy mərasimindən sonra 92 nəfər zəhərlənmə şübhəs

6 oktyabr
.

Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlərdə münasibətlərdə yaş fərqi və evli şəxslərlə münasibət qurmaq kimi mövzular daha çox diqqət çəkir. Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin özündən iki dəfə böyük münasibətdə olduğu kişi tərəfindən öldürülməsi bu mövzunu yenidən gündəmə gətirdi. Bəzən gənc qadınların özlərində

8 oktyabr
.

Universitet seçimi: Reytinq önəmlidir, yoxsa gələcək iş imkanı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitet seçimi abituriyentin qarşısında duran ən vacib qərarlardan biridir. Bu seçim zamanı yalnız universitetin reytinqinə diqqət yetirmək gələcək karyera üçün kifayət etmir. İxtisasın əmək bazarında tələbatı, məzun olduqdan sonra iş imkanları və həmin sahədə inkişaf perspektivləri də nəzərə alınmalıdır

7 oktyabr
.

Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA

Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər

7 oktyabr
.

Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?

Hər il Azərbaycanda istilik mövsümü noyabrın 15-dən etibarən başlayır. Bu isə sakinlərin bir qisminin narazılığına səbəb olur. Sakinlər istilik mövsümünün noyabrın 1-dən başlamasını istəyirlər. Maraqlıdır, bəs görəsən, istilik mövsümü təyin olunan vaxtdan əvvəl başlaya bilərmi?. Məsələ ilə bağlı -a açıqlamasınd

7 oktyabr
.

Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı

Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib. Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərl

8 oktyabr