Məktəb bufeti və toylarda zəhərlənmə halları: İnsanlar özünü necə qoruya bilər? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Məktəb bufeti və toylarda zəhərlənmə halları: İnsanlar özünü necə qoruya bilər? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMəktəb bufetində şagirdlərin, ardınca toy mərasimində onlarla insanın zəhərlənməsi qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Gəncədə məktəb bufetində zəhərlənmə hadisəsindən sonra obyektin fəaliyyəti məhdudlaşdırılıb, Kürdəmir rayonunda isə toy mərasimindən sonra 92 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib. Belə hallarda məsuliyyət yalnız qidanı hazırlayan və təqdim edən şəxslərlə məhdudlaşmır.

Məhsulların saxlanma şəraiti, hazırlanma prosesi, şəxsi gigiyena, qidaların temperatur rejiminə uyğun qorunması və istehlakçıların seçimləri də mühüm rol oynayır. AQTA da şadlıq saraylarını yüksək risk qrupuna aid qida obyektləri kimi qiymətləndirir. Bəs məktəb bufetlərində, restoran və şadlıq saraylarında qida zəhərlənməsi riskindən qorunmaq üçün insanlar nələrə diqqət etməlidir? İstehlakçı şübhəli qida ilə qarşılaşdıqda necə davranmalıdır?
Məktəb bufeti və toylarda zəhərlənmə halları: İnsanlar özünü necə qoruya bilər? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov Sonxeber.az-a açıqlamasında bildirdi ki, məktəb bufetləri və toy kimi kütləvi tədbirlərdə qida zəhərlənmələrinin qarşısını almaq üçün əsas məsuliyyət həm qida hazırlayan müəssisələrin, həm də istehlakçıların üzərinə düşür. Xüsusilə çoxsaylı insanlara eyni vaxtda yemək təqdim edildiyi üçün kiçik bir gigiyena pozuntusu belə çoxlu sayda insanın zəhərlənməsinə səbəb ola bilər. Onun sözlərinə görə, istehlakçı ilk növbədə qidanın hazırlanma və saxlanma şəraitinə diqqət etməlidir: "İsti yeməklər isti, soyuq məhsullar isə soyuq şəraitdə saxlanılmalıdır. Ət, toyuq, balıq, yumurta, mayonezli salatlar, kremli şirniyyatlar və süd məhsulları temperatur rejiminə xüsusilə həssasdır. Bu məhsullar otaq temperaturunda uzun müddət qaldıqda bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yaranır. Toylarda və digər kütləvi tədbirlərdə süfrədə saatlarla qalan salatlar, qəlyanaltılar, kremli məhsullar və bişmiş ət yeməklərinə daha ehtiyatlı yanaşmaq lazımdır. Qoxusu, dadı və görünüşü normal olan qida da təhlükəli ola bilər. Yəni yalnız məhsulun xarab olub-olmadığını görünüşə əsasən müəyyən etmək düzgün deyil.

Məktəb bufetlərində isə valideynlər uşaqlara gigiyena qaydalarını öyrətməli, açıqda saxlanılan, qablaşdırılması və mənşəyi şübhəli olan məhsullardan uzaq durmalarını tövsiyə etməlidirlər. Qida qəbulundan əvvəl əllərin yuyulması da ən sadə və effektiv qorunma tədbirlərindəndir.

Digər tərəfdən, zəhərlənmələrin qarşısının alınması yalnız istehlakçının diqqətindən asılı deyil. Qidanın hazırlanması, bişirilməsi, saxlanması, daşınması və təqdim olunmasının bütün mərhələlərində gigiyena və temperatur tələblərinə ciddi əməl edilməlidir. Məktəb bufetləri və kütləvi iaşə obyektləri mütəmadi nəzarətdə saxlanılmalı, işçilərin şəxsi gigiyenası, su və avadanlıqların təmizliyi, xammalın mənşəyi və məhsulların yararlılıq müddəti yoxlanılmalıdır.

Əgər bir neçə nəfərdə eyni yeməkdən sonra ürəkbulanma, qusma, ishal, qarın ağrısı və ya hərarət yaranırsa, bunu adi mədə narahatlığı kimi qiymətləndirmək olmaz. Tibbi yardıma müraciət etmək və şübhəli qida barədə aidiyyəti qurumlara məlumat vermək vacibdir. Xüsusilə uşaqlarda, yaşlılarda və xroniki xəstəliyi olan şəxslərdə susuzlaşma daha sürətli və təhlükəli inkişaf edə bilər.

Əsas prinsip sadədir: təhlükəsiz xammal + düzgün bişirmə + soyuq zəncirə və temperatur rejiminə əməl + şəxsi gigiyena + düzgün saxlanma. Bu qaydalar qorunduqda həm məktəb bufetlərində, həm də toy və digər kütləvi tədbirlərdə qida zəhərlənməsi riskini ciddi şəkildə azaltmaq mümkündür.

Sağlam qidalanaraq sağlam yaşayın!".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 205   Tarix: 06 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat

Abşeron rayonunda tələbənin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Yaqub Məmmədovun (soyad şərtidir - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökm

6 oktyabr
.

Bəzi şəxslərə pulsuz hüquqi yardım göstəriləcək

Azərbaycanda bir sıra şəxslərə pulsuz hüquqi yardım göstəriləcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Qanun layihəsinə əsasən, pulsuz hüquq

5 oktyabr
.

Zəlzələ, sel, daşqın... İnsanlar niyə mənzillərini sığortalamaq istəmir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Zəlzələ, sel, daşqın və digər təbii fəlakətlər nəticəsində mənzillərə ciddi ziyan dəyməsi insanlara əmlak sığortasının əhəmiyyətini bir daha xatırladır. Buna baxmayaraq, bir çox vətəndaş hələ də öz mənzilini sığortalamağa maraq göstərmir. Sığorta ödənişlərinə inamsızlıq, sığortanın mahiyyəti barədə kifayə

6 oktyabr
.

Bu şəxsləri kommunal xərclərlə bağlı SEVİNDİRƏCƏK QƏRAR - Baş nazir imzaladı

Nazirlər Kabineti "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında"

6 oktyabr
.

Qızlar "kişi peşələri"nə üz tutur: Əmək bazarında nələr dəyişəcək?

Son dövrlərdə peşə təhsilinə maraq göstərən qızların sayında artım müşahidə olunur. Əmək bazarında praktiki bacarıqlara və müxtəlif peşələr üzrə ixtisaslı kadrlara tələbatın yüksəlməsi, eləcə də peşə təhsilinin məşğulluq imkanları yaratması bu marağın artmasına təsir edən amillər sırasında göstəril

6 oktyabr
.

Sabah intensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağışın intensivləşəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi yerlərdə qısamüddətə güclü olacağı ehtimalı var. Günün ikinci yarısından yağış tədricə

6 oktyabr
.

Azərbaycan Universitetinin dərs otağına yağış suları damıb

"Kiçik tutumlu auditoriyalardan birində su sızması olub". Bu barədə -in sorğusuna cavab olaraq Azərbaycan Universitetinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, aidiyyəti şöbə tərəfindən həmin auditoriyaya baxış keçirilib və yaranmış vəziyyətlə bağlı tədbirlər görülür:. "Videoda

6 oktyabr
.

Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Gecə və səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperatur

5 oktyabr
.

Maaş və pensiyalar artacaq: Qiymətlər də bahalaşa bilər? - Ekspertdən AÇIQLAMA

Gələn il maaş və pensiyaların artırılması əhalinin gəlirlərinin yüksəlməsinə və alıcılıq qabiliyyətinin yaxşılaşmasına şərait yarada bilər. Bununla yanaşı, əhalinin gəlirlərinin artması istehlak tələbinin yüksəlməsinə səbəb olmaqla, təklifin tələbi tam qarşılamadığı halda bəzi məhsul və xidmətlərin qiymətlərin

6 oktyabr