YAP İdarə Heyətinin iclası keçirilib
Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı partiyanın rayon (şəhər) təşkilatlarının təqdimatlarına baxılması və cari məsələlər çıxarılıb.
Sonxeber.az xəbər verir ki, iclasda ilk olaraq YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Mehman oğlu Əmirəslanovun səhhəti ilə bağlı vəzifəsindən azad edilməsi barədə ərizəsinə baxılıb və müvafiq qərar qəbul olunub.
Sonra YAP Gəncə şəhər təşkilatının sədri vəzifəsinə partiyanın İdarə Heyətinin üzvü Bayram Mirazim oğlu Aslanovun və YAP Hacıqabul rayon təşkilatının sədri vəzifəsinə İsmayıl Hüseyn oğlu İbrahimovun təyin olunması məsələsinə baxılıb. YAP İdarə Heyətinin üzvləri Hikmət Məmmədov, Musa Quliyev, Pərvin Kərimzadə, Amin İsmayılov, Asif Əsgərli, Tofiq Cahangirov və Elmar Qasımov çıxış edərək hər iki şəxsin namizədliyini dəstəklədikləri bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Müzakirələrdən sonra Bayram Mirazim oğlu Aslanovun YAP Gəncə şəhər təşkilatının sədri, İsmayıl Hüseyn oğlu İbrahimovun isə partiyanın Hacıqabul rayon təşkilatının sədri vəzifəsinə təyin olunması haqqında qərar qəbul olunub. Bayram Aslanov və İsmayıl İbrahimov çıxış edərək təşəkkürlərini bildirib və göstərilən etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.
İdarə Heyətinin iclasında Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına da baxılıb. YAP İdarə Heyətinin üzvləri Bahar Muradova və Elmar Qasımov çıxış edərək məsələyə münasibət bildiriblər. 15 nəfərin partiyanın nüfuzuna xələl gətirən hərəkətlərinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub.
Cari məsələlərlə bağlı müzakirələr zamanı isə YAP İdarə Heyətinin üzvləri Musa Quliyev, Tahir Mirkişili, Kamal Cəfərov və Elmar Qasımov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Qızılın qiymətində yeni göstəricilər
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Gündə minimum addım sayı təyin edildi
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR
Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA