"Nar" 5G sürətini Sumqayıta gətirdi!
"Nar" ultra sürətli 5G texnologiyasını Sumqayıt şəhərində test rejimində təqdim edir. Bununla da, "Nar" 5G texnologiyasını paytaxtdan kənara gətirən ilk mobil operator olub. Abunəçilər 5G texnologiyasını dəstəkləyən şəxsi mobil telefonları ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsi 34 ünvanında yerləşən "Nar" mağazasında şəbəkəyə qoşula və ya mağazada şəbəkəyə qoşulmuş cihazlardan istifadə edərək 5G sürətini sınaqdan keçirə bilərlər.
İlk dəfə 5G şəbəkəsinə qoşulan "Nar" abunəçiləri *775#YES şifrəsini yığmaqla 10GB həcmində pulsuz 5G internet paketi əldə edə bilərlər ki, bu da onlara gün ərzində həmin ərazidə 5G sürətini sınaqdan keçirməyə imkan verəcək.
"Abunəçilərimiz üçün mümkün ən yaxşı rəqəmsal təcrübəni təmin etmək üçün ilk dəfə olaraq paytaxtdan kənarda-Sumqayıtda 5G texnologiyasını təqdim etməkdən qürur duyuruq. Əminik ki, bu yenilik müştərilərimizə yeni rəqəmsal imkanları araşdırmaq üçün əla fürsət yaradacaq", - deyə "Nar"ın Baş İcraçı direktoru Qunnar Panke bildirib.
Qeyd edək ki, hal-hazırda keyfiyyətli və kəsintisiz "Nar" şəbəkəsi ölkə ərazisinin 98%-ni, əhalinin isə 99%-ni əhatə edir.
"Nar" hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar" son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 880 Tarix: 17 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib. Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərl
8 oktyabrSüni intellekt əmlak bazarında: Dəqiq hesablama apara biləcək?
Ədliyyə Nazirliyi daşınmaz əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi üçün süni intellekt əsaslı yeni rəqəmsal xidməti istifadəyə verib. Sistem əmlakın xüsusiyyətlərini və bazardakı məlumatları təhlil edərək onun təxmini qiymətini müəyyənləşdirir. Bəs süni intellekt mənzilin sahəsi, yerləşdiyi ərazi
8 oktyabrSəbuhi Əliyevə vəzifə verildi - Dosye
Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa
8 oktyabrSumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərlənib - İDDİA
Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra onların səhhətində ciddi ağırlaşmaların yarandığı iddia olunur. -a istinadən xəbər verir ki, yayılan məlumata görə, iynədən sonra uşaqlarda qıcolma, göyərmə və digər kəskin əks-təsirlər müşahidə olunub. İddialar
9 oktyabrŞənbə günü yağış yağacaq, şimşək çaxacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayi
9 oktyabr