Sahibə Qafarova Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova mayın 17-də Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejakla görüşüb.
Spiker, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə qonağa təşəkkürünü bildirib. O, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin dövlətçiliyimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərdən danışıb.
Sonxeber.az xəbər verir ki, görüşdə qeyd olunub ki, Azərbaycan və Macarıstan dost ölkələrdir. Ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olub. Qarşılıqlı etimada və dəstəyə əsaslanan siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə fəal əməkdaşlıq mövcuddur.
Vurğulanıb ki, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlər və görüşlər müstəsna rol oynayır. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin bu il yanvarın 30-da Macarıstana son rəsmi səfərinin, səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlığın Dərinləşdirilməsi haqqında Birgə Bəyannamənin əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşdə həmçinin, Azərbaycanın Avropanın, o cümlədən, Macarıstanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu qeyd edilib.
Ölkələrimizin beynəlxalq və regional təşkilatlarda sıx əməkdaşlıq etdiyinin və bir-birini dəstəklədiyinin qeyd olunduğu görüşdə, həmçinin bildirilib ki, ölkələrimiz arasında yüksək səviyyəli əlaqələr qanunvericilik orqanları tərəfindən də davam etdirilir. Özünün 2021-ci ildə Macarıstana rəsmi səfərini məmnunluqla xatırlayan Milli Məclisin sədri Sahibə Qafarova, səfər və keçirdiyi görüşlər barədə xoş təəssüratlarını bölüşüb. Qeyd olunub ki, parlamentlərimizin milli nümayəndə heyətləri beynəlxalq parlament təşkilatları çərçivəsində səmərəli əməkdaşlıq edirlər.
Söhbət zamanı Azərbaycan və Macarıstan arasında humanitar, o cümlədən, təhsil sahəsində əməkdaşlıq məsələlərindən də danışılıb.
Səfərə dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejak, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasının yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb. O, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin qlobal fəaliyyəti, dost ölkələrimiz arasında münasibətlər haqqında müsbət fikirlərini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələr barədə də fikir mübadiləsi aparılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Qızılın qiymətində yeni göstəricilər
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Gündə minimum addım sayı təyin edildi
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR
Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA