14 yaşlı qızla evlənən şəxslə bağlı QƏRAR VERİLDİ
Mayın 16-da Astara Rayon Məhkəməsində 14 yaşlı qızla evləndiyinə görə barəsində cinayət işi açılmış 29 yaşlı Samir Babayevə (şərti) hökm oxunub.
Sonxeber.az "qafqazinfo"ya istinadən xəbər verir ki, S.Babayev Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinib. Ona 9 ay həbs cəzası verilib və məhkəmə zalındaca həbs edilərək cəzasını çəkəcəyi yerə göndərilib.
Araşdırmalar zamanı məlum olub ki, fəhləliklə məşğul olan Samir 2022-ci ilin sonlarında Şəmkirdə olarkən 14 yaşlı Aybikə (şərti) ilə tanış olub və onlar bir-birlərinə nömrələrini veriblər. Bundan sonra mütəmadi əlaqə saxlayıblar və qız Samirə onu qaçırmasını bildirib. Bu il yanvarın 7-də Samir Şəmkirə gedərək Aybikəni Bakıya qaçırıb, bir gün sonra isə yaşadığı Astara rayonuna aparıb və orada ər-arvad kimi yaşamağa başlayıblar.
Bir neçə gün sonra polis əməkdaşları Astaranın kəndinə gələrək Samir və Aybikəni saxlayıblar və onları Şəmkirə aparıblar.
Yeniyetmə qız ailəsinə təhvil verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3081 Tarix: 17 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib. Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərl
8 oktyabrSüni intellekt əmlak bazarında: Dəqiq hesablama apara biləcək?
Ədliyyə Nazirliyi daşınmaz əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi üçün süni intellekt əsaslı yeni rəqəmsal xidməti istifadəyə verib. Sistem əmlakın xüsusiyyətlərini və bazardakı məlumatları təhlil edərək onun təxmini qiymətini müəyyənləşdirir. Bəs süni intellekt mənzilin sahəsi, yerləşdiyi ərazi
8 oktyabrSəbuhi Əliyevə vəzifə verildi - Dosye
Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa
8 oktyabrSumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərlənib - İDDİA
Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra onların səhhətində ciddi ağırlaşmaların yarandığı iddia olunur. -a istinadən xəbər verir ki, yayılan məlumata görə, iynədən sonra uşaqlarda qıcolma, göyərmə və digər kəskin əks-təsirlər müşahidə olunub. İddialar
9 oktyabrŞənbə günü yağış yağacaq, şimşək çaxacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayi
9 oktyabr