Bakıda məhkəmədə dava: Qətldə təqsirləndirilən idmançı öldürdüyü şəxsin anasına təpik vurdu
Bakıda "Berlin pub"da qətl törətməkdə təqsirləndirilərək 15 il azadlıqdan məhrum olan idmançı Əli Abbasov Bakı Apellyasiya Məhkəməsində qətlə yetirilmiş Bəxtiyar Nəsibovun anasına xəsarət yetirib.
Sonxeber.az xəbər verir ki, bu barədə "Trend"ə B.Nəsibovun anası Nəzakət Bayramova məlumat verib.
O bildirib ki, hadisə mayın 17-də saat 11:40 radələrində Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında baş verib.
"Binanın 1-ci mərtəbəsində məhkum Abbasov Əli Allahverdi oğlu təpiklə qarnımdan vuraraq mənə xəsarət yetirdi.
Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçiriləcək məhkəmə iclas zalına gətirilərkən Əli Abbasov məhkəmə zalının qarşısında qəfildən çevrilərək mənim qarın nahiyəmə təpiklə ağır zərbə endirdi. Bu azmış kimi, onun dost-tanışları da məni itələyərək yıxdı və nalayiq söyüşlərlə təhqir etdilər.
Mən ağır xəsarət aldım. Məhkəməyə çağırış əsasında təcili tibbi yardım gəldi, ilkin tibbi yardım göstərdi. Amma vəziyyətim ağır olduğu üçün məni xəstəxanaya yerləşdiriblər. Hazırda xəsarətlərim ağır olduğundan xəstəxanada müalicə alıram", - o deyib.
N. Bayramova məsələ ilə bağlı Yasamal Rayon Prokurorluğuna müraciət edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2484 Tarix: 17 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib. Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərl
8 oktyabrSüni intellekt əmlak bazarında: Dəqiq hesablama apara biləcək?
Ədliyyə Nazirliyi daşınmaz əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi üçün süni intellekt əsaslı yeni rəqəmsal xidməti istifadəyə verib. Sistem əmlakın xüsusiyyətlərini və bazardakı məlumatları təhlil edərək onun təxmini qiymətini müəyyənləşdirir. Bəs süni intellekt mənzilin sahəsi, yerləşdiyi ərazi
8 oktyabrSəbuhi Əliyevə vəzifə verildi - Dosye
Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa
8 oktyabrSumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərlənib - İDDİA
Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra onların səhhətində ciddi ağırlaşmaların yarandığı iddia olunur. -a istinadən xəbər verir ki, yayılan məlumata görə, iynədən sonra uşaqlarda qıcolma, göyərmə və digər kəskin əks-təsirlər müşahidə olunub. İddialar
9 oktyabrŞənbə günü yağış yağacaq, şimşək çaxacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayi
9 oktyabr