Putin rusiyalı hərbçiləri Baxmutun alınması ilə əlaqədar olaraq təbrik edib

Putin rusiyalı hərbçiləri Baxmutun alınması ilə əlaqədar olaraq təbrik edib"Bütün fərqlənən döyüşçülər dövlət mükafatlarına təqdim ediləcək..."

"Baxmut uğrunda döyüş Donbasın azad edilməsində ən miqyaslı döyüşlərdən biri olub..."

"Bu, həqiqətə uyğun deyil, bizim bölmələrimiz Baxmutda döyüşləri davam etdirir..."

Putin "Vaqner qrupu" özəl hərbi şirkətinin əməkdaşları və Rusiya ordusunu Artyomovsk (Baxmut) şəhərinin alınması ilə əlaqədar olaraq təbrik edib .

Bu barədə SİTA agentliyi Kremlin mətbuat xidmətinin məlumatından iqtibas gətirib

"Putin "Vaqner"in hücum dəstələrini, həmçinin onlara lazımi dəstək göstərmiş və cinahlardan müdafiə etmiş Rusiya Silahlı Qüvvələri bölmələrinin bütün hərbi qulluqçularını Artyomovskun azad edilməsi üzrə əməliyyatın başa çatması ilə əlaqədar olaraq təbrik edir...Bütün fərqlənənlər dövlət mükafatlarına təqdim ediləcək", - məlumatda deyilir.

SİTA həmçinin Rusiya Müdafiə Nazirliyi mətbuat xidmətinin Baxmutun alınması haqqında məlumatını dərc edib.

"Artyomovsk taktiki istiqamətdə "Vaqner"in həmlə dəstələrinin hücum əməliyyatları nəticəsində və Cənub qoşun qruplaşmasının artilleriyası və aviasiyasının dəstəyilə Artyomovsk şəhərinin azad edilməsi başa çatdırılıb", - məlumatda deyilir.

"Artyomovsk (Baxmut) şəhəri "DXR"-in şimalında yerləşir.

O, Ukraynanın Donbasda qoşun qruplaşmasının təchizatı üçün mühüm nəqliyyat qovşağı, Ukrayna Silahlı Qüvvələrinin güclü forpostu olub.

Baxmut uğrunda döyüş 2014-cü ildən Donbasın "azad edilməsi" müddətində ən miqyaslı döyüşlərdən biri olub.

Döyüşlərdən əvvəl şəhərdə 72 min sakin yaşayıb", - SİTA-nın məlumatında deyilir.

Dünən Ukrayna Müdafiə Nazirliyi Priqojinin Donetsk vilayətinin Baxmut şəhərinin alınması ilə bağlı bəyanatını təkzib edib.

Nazir müavini Anna Malyarın sözlərinə görə, Ukrayna qoşunları "bu rayonun müəyyən sənayə və infrastruktur obyektlərinə və özəl sektoruna nəzarət edir".

Baxmutun Rusiya qoşunları tərəfindən alınmasını USQ Şərq qoşun qruplaşmasının spikeri Sergey Çerevı da təsdiq eyməyib.

"Bu, həqiqətə uyğun deyil. Bizim bölmələrimiz Baxmutda döyüşləri davam etdirir", - "Reuters" agentliyi Çerevının sözlərindən iqtibas gətirir.

Moderator.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2063   Tarix: 21 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Pentaqon İrana qarşı mümkün hücumlar planı hazırlayır

"The Atlantic" məlumatlı mənbələrə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Pentaqona ABŞ-da keçiriləcək ara seçkilərdən əvvəl İran hədəflərinə zərbə endirmək üçün variantlar hazırlamağı tapşırıb. xəbər verir ki, jurnalın mənbələrinə görə, Ağ Ev Pentaqondan ar

8 oktyabr
.

Vanuatuda 6,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib

Sakit okeanın cənub-qərb hissəsində yerləşən ada dövləti Vanuatunun sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilib. Sunami təhlükəsi elan edilib. Zəlzələnin episentri təxminən 13,

8 oktyabr
.

Finlandiyada pensiya yaşı 70-ə qaldırıla bilər

Finlandiyanın Maliyyə Nazirliyi ölkədə sosial təminat sistemində genişmiqyaslı islahatların aparılmasını, dövlət xidmətləri və müavinətlərin azaldılmasını, pensiya yaşının isə 70-ə çatdırılmasını təklif edib. Bu barədə "Yle" tele-radio şirkəti nazirliyin təqdim etdiyi islahat layihəsinə istinadə

7 oktyabr
.

Aİ ölkələri Rusiyanın müdafiə sektorunu əhatə edən 22-ci sanksiyalar paketini razılaşdırıblar

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyanın müdafiə sektoru ilə əlaqəli 1,5 mindən çox şirkət və fiziki şəxsin daxil olacağı 22-ci sanksiyalar paketini razılaşdırıblar. "Report" xəbər verir ki, bu barədə TASS-a Avropadan olan mənbə bildirib. "Səfirlər 1500-dən çox müəssisə v

7 oktyabr
.

ABŞ-İran müharibəsində gərginlik artır: Hörmüz boğazında tankerə hücum

ABŞ və İran arasında davam edən hərbi qarşıdurmada gərginlik yenidən yüksəlib. Reuters-ə istinadən xəbər verir ki, son hadisələr əsasən Hörmüz boğazında baş verən hücumlar, ABŞ-ın hərbi hazırlığı və Tehranla Vaşinqton arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqları ətrafında cərəyan edir. Hörmüz boğazında

7 oktyabr
.

Rubio: Rusiya və Ukrayna strateji dalandadır

ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, hazırda Rusiya-Ukrayna münaqişəsinin danışıqlar yolu ilə nizamlanması perspektivləri görünmür. "Report" xəbər verir ki, bu barədə Rubio "Kathimerini" nəşrinə bildirib. Onun sözlərinə görə, hazırda tərəflər təhlükələrlə dolu "stratej

8 oktyabr
.

İran və Oman razılığa gəliblər

Oman və İran Hörmüz boğazından təhlükəsiz tranzit marşrutları barədə razılığa gəliblər və yaxın gələcəkdə təkliflərini beynəlxalq səviyyədə təqdim edəcəklər. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagai bildirib. Baqayın sözlərinə görə, "İran və Oman arasında məsləhətləşm

8 oktyabr
.

SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR

Pakistan Səudiyyə Ərəbistanının Yəməndəki husilərə qarşı həyata keçirdiyi hərbi əməliyyatlara rəsmən qoşulub. xəbər verir ki, bu barədə "The New York Times" nəşri yüksəkrütbəli mənbəyə istinadən məlumat yayıb. Pakistan Silahlı Qüvvələrinin yüksəkvəzifəli nümayəndəsi bildirib ki, ölkənin hərb

8 oktyabr
.

Politico: "AB böyük itkilərlə nəticələnə biləcək hibrid hücuma hazırlaşır"

Politico-nun Brüsseldən hazırladığı analitik yazıda bildirilir ki, Avropa Birliyinin 27 ölkəsinin diplomatları son həftələrdə çoxsaylı insan itkisinə səbəb ola biləcək böyük hibrid hücum ssenarisinə hazırlıq məsələsini müzakirə edirlər. Politico-ya istinadən xəbər verir ki, söhbət yalnız kiberhücumda

7 oktyabr