Azərbaycanda şirkət sahibi olmaq üçün nə etmək lazımdır?

Azərbaycanda şirkət sahibi olmaq üçün nə etmək lazımdır?Öz işini qurmaq arzusu, istəyi çoxumuzda var. "Bircə şirkəti rəsmiləşdirib işə başlamaq qalır" deyənlər də az deyil.

Bəs rəsmi bir şirkətə sahib olmaq üçün hansı prosesi keçməliyik?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Biznes konsultant Vüsal Səlimov deyir ki, hər hansı rüsum ödəmədən 3 gün ərzində onlayn şəkildə şirkətimizi rəsmiləşdirə bilərik. Bunun üçün ilk olaraq Dövlət Vergi Xidmətinin nəzdində olan qurumlarda onlayn şəkildə qeydiyyatdan keçməliyik:

"Qeydiyyat zamanı sahibkar "ASAN İmza" almalı, yaratmaq istədiyi şirkətin adı, nizamnamə kapitalı, hüquqi ünvanı, direktor, sahibkar, yaxud sahibkarlar və s. bu kimi məlumatları əlavə etməlidir. O qədər də çox informasiya istənilmir. Vergi orqanı 3 gün ərzində müraciətinizə baxır. Daxil etdiyiniz məlumatda hər hansı uyğunsuzluq yoxdursa, bu müddətdə şirkətinizin qeydiyyatdan keçməsi ilə bağlı sizə bildiriş gəlir. Hər hansı uyğunsuzluq varsa, imtina verirlər, səbəbini də sizə bildirirlər. Onları aradan qaldırırsınız, qeydiyyata alırlar. Uyğunsuzluq nə ilə bağlı ola bilər? Məsələn, şirkətinizə vermək istədiyiniz ad əvvəlcə başqa şəxslər tərəfindən istifadə olunubsa, imtina olunur. Yaxud hüquqi ünvan müəyyən edilmədikdə imtina verilir".

Şirkətinizin qeydiyyatdan keçməsi ilə bağlı sizə bildiriş gəldisə, Vergi Ödəyicilərinin İdentifikasiya Nömrəsi (VÖEN), reyestrdən çıxarış, Nizamnamə sənədləri onlayn formada sizin artıq Dövlət Vergi Xidmətinin elektron sistemindəki şəxsi kabinetinizə gəlir.

Növbəti görüləcək iş isə möhür əldə etməkdir. V.Səlimov bunun da asan proses olduğunu deyir:

"Bütün şirkətlərin möhürü olmalıdır, bu, dövlətin tələbidir. VÖEN-i olan fiziki şəxslər üçün möhür tələb olunmur, amma ala bilərlər. Bundan sonra direktor, yaxud fərdi sahibkar (Fərdi sahibkar VÖEN-i olan fiziki şəxsdir) mətbəə xidməti göstərən şirkətlərə öz hüquqi sənədlərini təqdim etməklə hətta bir gündən də az müddətdə möhür əldə edir".

Daha sonra isə bank hesabı açmaq mərhələsi gəlir. Biznes konsultant bəzi banklarda onlayn hesab aça bilməyin mümkünlüyünü bildirdi:

"Şəxsi kabinetiniz vasitəsilə bank hesabı açmaq üçün Dövlət vergi Xidmətinə ərizə göndərirsiniz. Hansı bankda hesab açmaq istədiyinizi qeyd edirsiniz. 1-2 gün ərzində Dövlət Vergi Xidməti "Şəhadətnamə Dublikatı"nı qeyd etdiyiniz banka göndərir. Bundan sonra banka yaxınlaşıb hesab açırsınız. Hazırda bəzi banklar onlayn formada da bank hesabı açılması xidməti göstərirlər".

Biznes konsultantın sözlərinə görə, paralel şəkildə icarə müqaviləsini də hazırlamaq olar:

"Təsdiq forması – hər iki tərəfin - icarə verən və icarəyə götürənin imzası, möhürü – hazır olduqdan sonra obyekti, öz biznes subyektinizi adınıza qeydiyyatdan keçirirsiniz, obyektə kod alırsınız".

Bu prosesləri uğurla tamamladınızsa, şirkət olaraq rəsmi fəaliyyətə başlaya bilirsiniz. V.Səlimov deyir ki, qeydiyyat məsələləri kifayət qədər asandır və getdikcə daha da asanlaşır:
"Şirkətin istiqamətindən asılı olaraq lisenziya lazımdırsa, onun da əldə edilməsi prosedurları ildən-ilə sadələşdirilir".

Şirkətlər böyüdükcə mikro biznesdən iri bizneslərə çevrilə bilirlər. Sahibkarlıq subyektləri ölçüsünə görə, kateqoriyalara bölünür. Əgər illik dövriyyə 200 min manatadəkdirsə, mikro sahibkar hesab edilirsiniz. 200 min manatdan 3 milyon manat arasındadırsa, kiçik sahibkarsınız. 3-30 milyon arası dövriyyə isə sizi orta sahibkar edir. 30 milyondan yuxarı olduqda isə artıq iri sahibkar sayılırsınız.

Mikro, kiçik və orta biznesləri götürsək, onlara dövlət tərəfindən təqdim edilən hər hansı güzəşt və imkanlar varmı?

V.Səlimov deyir ki, kiçik şirkətlər dövlətin müəyyən imkanlarından yararlana bilərlər:

"Hələ Dövlət Vergi Xidmətində şirkətin ilkin qeydiyyatı zamanı sizə hansı vergi ödəyici olmaq istədiyiniz barədə sual verilir. "Sadələşdirilmiş vergi", "gəlir, yaxud mənfəət vergisi" (VÖEN-i olan fiziki şəxslərdə bu vergi "gəlir vergisi", hüquqi şəxslərdə "mənfəət vergisi" adlanır), əlavə dəyər vergisi (ƏDV) var. İstədiyiniz vergi növünü seçirsiniz. Biznesə yeni başladığınız üçün sadələşdirilmiş, yaxud mənfəət (yaxud gəlir) vergisini məsləhət görərdim. Ardıcıl 12 aylıq dövriyyəsi 200 min manatadək olan şirkətlər sadələşdirilmiş vergi ödəyicisi olaraq qala bilirlər. Sadələşdirilmiş vergi növünü seçmisinizsə, bu halda dövlətin təqdim etdiyi vergi güzəştindən istifadə edə bilirsiniz. O şirkətlər həmin dövr ərzində olan dövriyyələrinin 2 faizini ödəməklə vergi öhdəliklərini icra edirlər. Gəlir və ya mənfəət vergisini seçdikdə mikro sahibkarsınızsa, yeni yaradılmış şirkətsinizsə, cari maliyyə ilində (ardıcıl 12 ay yox) dövriyyəniz 200 min manatdan azdırsa, Vergi Məcəlləsinə görə nəzərdə tutulmuş 20 faizlik mənfəət vergisinin 75 faizindən azad olunmaq hüquqları əldə edirsiniz".

Bizneslər başqa hansı imkanlardan yararlana bilərlər? V.Səlimov deyir ki, bu, kiçik və orta bizneslərə görə dəyişir:

"Kiçik bizneslərin müəyyən qədər fəaliyyət dövrü varsa, bir tarixçəsi formalaşıbsa, dövriyyəsi kiçik olsa belə, banklardan kredit əldə edə bilirlər. Kreditləşmədə kiçik bizneslər üçün banklar tərəfindən xüsusi güzəştlər nəzərdə tutulmur. Mikro bizneslərin kredit götürmək imkanı kiçik bizneslərlə müqayisədə daha azdır. Orta bizneslər üçün bankların kredit, güzəşt imkanları kiçik bizneslərlə müqayisədə daha çoxdur. Çünki şirkət böyükdür və daha etibarlı təəssüratı yaradır. Dövlət tərəfindən müəyyən strukturlar yaradılıb ki, onlar daha çox mikro, kiçik və orta bizneslərin kredit almasına, onların inkişafına dəstək üçün işlər görürlər. Onlardan biri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və onun nəzdində olan bir çox strukturlardır".

Hazır şirkətlər də satılır. Bu prosesləri keçək, yoxsa hazır alaq? V.Səlimov bunun bizneslərə görə dəyişdiyini dedi:

"Elə biznes növləri var ki, orada hazır biznesi almaq daha yaxşıdır, nəinki özün qurmaq. Məsələn, hansısa dövlət tenderinə girəcək şirkət istəyirsinizsə, almaq daha yaxşıdır. Çünki tenderlərdə tələb olur ki, şirkətin bazarda həmin istiqamət üzrə müəyyən qədər fəaliyyəti olsun. Bu halda siz yeni şirkət qeydiyyatdan keçirməklə tenderi uda bilməzsiniz. Ona görə də bu halda hazır biznes almaq daha məsləhətdir. Nəzərə almaq lazımdır ki, hazır bizneslərin qiyməti baha olur".

V.Səlimov biznesə başlamaq istəyənlərə bir neçə tövsiyə də verdi:

"Sənədləşmədən öncə bir biznes planınız olsun. Başlayacağınız biznes haqqında tam dolğun məlumata sahib olun. Çünki kənardan görünən biznes prosesləri, onların idarəetməsi ilə biznesin içində olduqda gördükləriniz kifayət qədər fərqli olur. Pul qazanmaqdan danışırıqsa, sadə, daha rahat biznes sahəsi yoxdur. Hər bir biznes sahəsinin özünəməxsus çətinlikləri var".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 825   Tarix: 21 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind

9 oktyabr
.

Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı

Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al

8 oktyabr
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib və çıxış edib. Sammitdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi

8 oktyabr
.

Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA

Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər

7 oktyabr
.

Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil almaq istəyənlər üçün əsas suallardan biri yalnız qiymətin nə qədər olması deyil, hansı ərazidən ev almağın daha sərfəli olmasıdır. Eyni büdcə ilə şəhərin müxtəlif ərazilərində həm mənzilin sahəsi, həm nəqliyyat imkanları, həm də gələcəkdə həmin əmlakın dəyərinin artması baxımından cidd

8 oktyabr
.

Süni intellekt əmlak bazarında: Dəqiq hesablama apara biləcək?

Ədliyyə Nazirliyi daşınmaz əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi üçün süni intellekt əsaslı yeni rəqəmsal xidməti istifadəyə verib. Sistem əmlakın xüsusiyyətlərini və bazardakı məlumatları təhlil edərək onun təxmini qiymətini müəyyənləşdirir. Bəs süni intellekt mənzilin sahəsi, yerləşdiyi ərazi

8 oktyabr
.

Psixotrop dərman iddiası olan bağçanın direktoru işdən çıxarıldı - Yenilənib

Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Hazırda onun vəzifəsinin müvvəqqəti olaraq başqasına tapşırıldığı bildirilir. *. Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) "Qafqazinfo"y

7 oktyabr
.

Sumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərlənib - İDDİA

Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra onların səhhətində ciddi ağırlaşmaların yarandığı iddia olunur. -a istinadən xəbər verir ki, yayılan məlumata görə, iynədən sonra uşaqlarda qıcolma, göyərmə və digər kəskin əks-təsirlər müşahidə olunub. İddialar

9 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr