"Hanı Şövkətlər, Rübabələr?!" - Zeynəb Xanlarova
Xalq artisti Zeynəb Xanlarova illər sonra Mədəniyyət Nazirliyi üçün kamera qarşısına keçib.
OLAY yazır ki, bu barədə nazirlik sosial media hesablarında paylaşım edib.
"Mədəniyyət sizinlə tanınır! Xalq artisti Zeynəb Xanlarova" başlıqlı videoda sənətçi fikirlərini belə ifadə edib:
"Mən anamı həmişə çox sevmişəm. Anama olan sevgi sənətimə də var. Onun qiymətini anam qədər bilirəm. Mənə heç kim deməyib get, oxu! Özümün həvəsim olub. Bir də atam çox istəyərdi ki, oxuyum. Bu sənət uşaq kimidir. Onu buraxdınsa, qiyməti olmayacaq. Qədrini bilmək lazımdır, bu sənəti yerə vurmaq olmaz. Xalqın sevgisini qazanmaq üçün sən gərək xalqa hörmət edəsən.
Hörmət də nədir? Balaca səsinlə də olsa, oxu. Hərdən bir su da iç, oxu, eybi yoxdur. Ancaq özün ol! Hanı Şövkətlər, hanı Saralar, hanı Rübabələr? Bunlar hamısı "mikrofon oxuyan"ları olmayıb e! Məni səhnədən dartıb çıxarmayınca yorulmuram. Səhnəyə çıxanda, mənə dünyanı verirlər. Mənim suyumdur, havamdır, elə bir qiymətli şeydir ki, ondan doya bilmirəm. Çörək yeməyə, su içməyə bilərəm, ancaq musiqisiz yaşaya bilmərəm. Mən Zeynəbəm xalqım üçün! Sizi, xalqımı sevirəm! Vətənsiz, xalqsız yaşaya bilmərəm!".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1486 Tarix: 23 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İçdiyi dərmanlar ölümünə səbəb oldu
Xaçmaz rayon sakini ehtiyatsızlığın qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, aprelin 26-sı saat 12 radələrində 1976-cı il təvəllüdlü Faiq Ələsgərov yaşadığı Hacıəlibəy kəndindəki evində ehtiyatsızlıqdan dərman preparatları qəbul edib. O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib v
29 aprel1 yaşlı körpə pnevmaniyadan ölüb
Bakıda 1 yaşlı körpə ölüb. "Report"a istinadən xəbər verir ki, Binəqədi rayon ərazisində aprelin 26-da 2025-ci il təvəllüdlü Ağahüseyn Elşən oğlu Əliyev müayinəyə aparıldığı xəstəxanada ölüb. Körpənin pnevmaniyadan öldüyü bildirilir. Faktla bağlı araşdırmalar aparılır
28 aprelLeyla Əliyeva İsmayıllı səfərindən fotolar paylaşdı
Leyla Əliyeva instaqram hesabında İsmayıllıya səfərindən fotolar paylaşıb. "Qafqazinfo" xəbər verir ki, o, səfəri çərçivəsində həmçinin İsmayıllı şəhəri Uşaq və Ailələrə Dəstək Mərkəzini ziyarət edib
27 aprelWUF13-də iştirak üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) iştirak üçün 175 ölkəni təmsil edən 23 350 nəfər qeydiyyatdan keçib. xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır"
29 aprelBu yol müvəqqəti bağlanır - Sürücülərin nəzərinə!
Sabah saat 00:00-dan Bakının Müzəffər Nərimanov küçəsindən Araz küçəsinə qədər olan hissədə (metronun "Ulduz" stansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, məhdudiyyət təmi
27 aprelYüksək bal toplayan müəllimlər direktor ola biləcək
"Bu il direktorların işə qəbul imtahanında olan əsas dəyişiklik namizədlərin yüksək bal toplayan müəllimlər arasından seçilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirdiyi brifinqdə bildirib
28 aprelQədir Xəlilova yeni vəzifə verildi
Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri vəzifəsinə yeni təyinat olub. Qaynarinfo xəbər verir ki, bu vəzifəyə hüquq elmləri üzrə fəlsəfə doktoru, dövlət idarəçiliyi sahəsində uzunmüddətli təcrübəyə malik Qədir Xəlilov təyin edilib. Qədir Xəlilov 2019-2023-cü illərd
28 aprel