Vilyam Hacıyevin əmlakları ilə bağlı QƏRAR VERİLDİ

Vilyam Hacıyevin əmlakları ilə bağlı QƏRAR VERİLDİİmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi ilə bağlı əmlakın müsadirə olunma qərarından ailə üzvləri tərəfindən verilmiş kassasiya şikayətinə baxılıb.

Sonxeber.az apa-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub.

Məhkəmə məhkum şəxsin ailə üzvlərinin şikayətini əsassız sayıb. Dəyəri 5 milyon manatdan artıq qiymətləndirilən əmlakların dövlət nəfinə müsadirəsi qərarı qüvvədə saxlanılıb. Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova 5 milyon 218 min manatlıq mənzilləri və 2 minik avtomobilinin, oğlu Məhəmməd Hacıyev isə 126 000 manatlıq "Land Rover" markalı avtomobilin müsadirədən azad olunmasını istəyirdi.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib.
Hökmə əsasən, üzərinə həbs qoyulmuş 5 344 000 manatlıq əmlak dövlət nəfinə müsadirə olunub.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1447   Tarix: 24 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

WUF13-də iştirak üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) iştirak üçün 175 ölkəni təmsil edən 23 350 nəfər qeydiyyatdan keçib. xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır"

29 aprel
.

Küləyə görə bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, Mərkəzi

27 aprel
.

10 yaşlı Eldarı maşınla vurub öldürən əsgərlikdən məzuniyyətə gəlibmiş

Marneuli-Bolnisi magistralının Kolayır kəndi ərazisində avtomobillə 10 yaşlı azərbaycanlı Eldar Hüseynovu vuraraq öldürən sürücü saxlanılıb. "Qafqazinfo" portalına istinadən xəbər verir ki, hadisədən sonra 19 yaşlı sürücü gecə saatlarında polis tərəfindən tutulub. Məlumata görə, qəzanı törədə

29 aprel
.

Qar yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Aprelin 28-dən 30-u səhərədək Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı

27 aprel
.

Yüksək bal toplayan müəllimlər direktor ola biləcək

"Bu il direktorların işə qəbul imtahanında olan əsas dəyişiklik namizədlərin yüksək bal toplayan müəllimlər arasından seçilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirdiyi brifinqdə bildirib

28 aprel
.

Bu şəxslərin 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən görüləcək işlərin siyahısı açıqlanıb. Qaynarinfo xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir v

28 aprel
.

Aprelin son günündə hava necə olacaq?

Azərbaycanda aprelin 30-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanı

29 aprel
.

Həmid Qasımov tələbəyə yüksək vəzifə verdi - FOTO

Mingəçevir şəhər təhsil sektoruna yeni müdir təyin olunub. "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rüstəm Namiq oğlu Aslanov Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri vəzifəsin

28 aprel
.

1 yaşlı körpə pnevmaniyadan ölüb

Bakıda 1 yaşlı körpə ölüb. "Report"a istinadən xəbər verir ki, Binəqədi rayon ərazisində aprelin 26-da 2025-ci il təvəllüdlü Ağahüseyn Elşən oğlu Əliyev müayinəyə aparıldığı xəstəxanada ölüb. Körpənin pnevmaniyadan öldüyü bildirilir. Faktla bağlı araşdırmalar aparılır

28 aprel