"Nikol Paşinyan və havadarları anlamalıdır ki, Ermənistanın sülh müqaviləsindən imtina şansı yoxdur" - DEPUTAT
"Ermənistanın Azərbaycanın şərtləri ilə hazırlanan sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, Nikol Paşinyanın sonuncu açıqlamasından aydın olur ki, artıq o da anlayır ki, bizim şərtlərimizlə razılaşmağa və sülh müqaviləsini imzalamağa məcburdur:
"Ermənistanın iqtisadiyyatı demək olar ki, çöküb, demoqrafik vəziyyət isə günü-gündən pisləşməkdədir. Artıq Ermənistan vətəndaşlarının ölkəsinə olan sevgisi və inamı itib. İnsanlar yaşamaq üçün başqa dövlətlərə üz tuturlar. Bu gün dövlət və xalq birliyi Ermənistan üçün yad bir cümlədir. Bir neçə gün öncə Paşinyanın oğlu Aşotik Paşinyanın 44 gün Vətən müharibəsində övladlarını itirən qadınlar tərəfindən qaçırılması buna sübutdur. Ermənistan vətəndaşları mövcud vəziyyətdən xilas yolunu Azərbaycanla sülh müaviləsinin imzalanmasında görür. Artıq bunu açıq-aşkar dilə də gətirirlər".
Deputat vurğulayıb ki, heç kəsə sirr deyil ki, bəzi qüvvələr Azərbaycan-Ermənistan arasında imzalanacaq sülh müqaviləsindən narahatdır:
"Onlar hər yolla regionda vəziyyəti gərginləşdirərək sülh müqaviləsinin imzalanmasına maneə olmağa çalışırlar. Hətta onlar Qarabağdakı terrorçuları belə silahlandırmaqdan çəkinmirlər.
Bu gün Azərbaycanın bütün cəhdləri regionda sülhün və əminamanlığın bərpasına yönəlib. Təəssüf ki, bunu Ermənistana aid etmək olmaz. Hər kəsə məlumdur ki, Nikol Paşinyan regionda vəziyyətin gərgin qalmasında maraqlı olan qüvvələrin əlində oyuncaqdır. Onlar nəyi sifariş verirsə Nikol Paşinyanda onu icra edir. Amma Nikol Paşinyan və havadarları anlamalıdır ki, Ermənistanın sülh müqaviləsindən imtina şansı yoxdur. Gec-tez Azərbaycan şərtləri əsasında hazırlanan sülh müqaviləsi imzalanacaq. Çünki sülh müqaviləsindən imtina Ermənistanın bir ölkə kimi yer üzündən silinməsindən səbəb ola bilər".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Pensiyalar bu tarixdə ödəniləcək
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Qızılın qiymətində yeni göstəricilər
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Mehriban Rəhimliyə hökm oxundu
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi