DYP sosial şəbəkə istifadəçilərinə müraciət edib - FOTO
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi sosial şəbəkə istifadəçilərinə müraciət edib.
İdarənin rəsmisi polis mayoru Araz Əsgərli BAKU.WS-ə bildirib ki, bəzi insanlar müxtəlif formalarda avtomobillərin iştirakı ilə, xüsusən də keçmiş illərdə qeydə alınan qanun pozuntularının, avtoxuliqanlıq əməllərinin video materiallarını müxtəlif sosial şəbəkə platformalarında yerləşdirməklə paylaşımlar edirlər, cəmiyyətdə çaşqınlıqlar yaradırlar:
"Təəssüf hissi ilə bildiririk ki, onlar əks-təbliğat işləri aparmaqla qanunsuz hərəkətləri bilərəkdən və ya məsuliyyətini düzgün formada dərk etmədən, xüsusən də gənc nəsilə neqativ hərəkətləri nümunə kimi təqdim edirlər. Həmin şəxslər sosial şəbəkə hesablarında izləyici yığmaq üçün qayda pozuntularını çəkərək və ya əldə edərək onları dırnaq arası "qəhrəmanlıq" kimi təqdim etməklə cəmiyyətdə yalnış hərəkətləri aşıladıqlarını unutmamlıdırlar.
Belə xoşagəlməz hərəkətlərin təbliği cəmiyyətin və dövlətin qanunla qorunan maraqları baxımından yolverilməzdir. Qanununun aliliyi prinsipinə sadiq qalmaqla və ictimai asayişin, eləcə də vətəndaşlarımızın təhlükəsizliyinin qorunması üçün maarifləndirici, təsiredici imkanları olan daha kreativ videoların paylaşılmasını tövsiyyə edirik.
Cəmiyyətimiz üçün yersiz aqressiya və hüquqpozama hərəkətlərinin təbliğatını aparan şəxsləri məsuliyyətli olmağa çağırırıq. İstənilən bloqerə, cəmiyyətdə nüfuz sahibi olan, həmçinin ictimaiyyətin müsbət mənada qəbul etdiyi, həyat tərzi və davranışları ilə cəmiyyətə örnək ola biləcək şəxslərə isə bütün imkanlarımızdan istifadə etməklə dəstək ola biləcəyimizi də hər zaman vurğuladığımız kimi, bir daha xatırlatmağı da faydalı hesab edirik".
"Gəlin, həmrəylik nümayiş etdirib ölkəmizdə yaşayan hər bir şəxsə qanunlara və qaydalara hörmətlə yanaşıb, məsuliyyətli vətəndaş olmağı və təhlükəsizlik mədəniyyətini təbliğ edək!", - DYP rəsmisi vurğulayıb.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1438 Tarix: 24 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xəzərdə yeni ada yarandı - Dəniz sürətlə geri çəkilir
Xəzər dənizinin şimal hissəsinin bəzi əraziləri Aral dənizində baş verənlərə bənzər vəziyyətlə üzləşə bilər. Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi və insanların su ehtiyatlarından istifadəsi regiona təzyiqi artırır. Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews" yazıb. Xəzər dəniz
9 oktyabrCəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
Cəbrayılda Dağmaşanlı kəndi ərazisində ikinci mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonu ərazisində baş verən partlayış zamanı xəsarət alan 1966-c
9 oktyabrBakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur
Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur. Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfran
9 oktyabrBakının altı rayonunda su niyə hələ də verilməyib?
Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı ilə bağlı məlumat verilib. Suyun verilişini
7 oktyabrMəleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"nun məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş. Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaş
8 oktyabrİlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?
Dənizkənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsinin növbəti iclası keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı
7 oktyabrNoyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
8 oktyabrSəbuhi Əliyevə vəzifə verildi
Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa
8 oktyabr