Moskvada liderlərin görüşü: Putin Azərbaycan Prezidentinə təşəkkür etdi - YENİLƏNİR + FOTO/VİDEO
"Avrasiya İqtisadi Birliyi çərçivəsində indiki işimizə qoşulmaq qərarına gəldiyinə görə Azərbaycan Prezidentinə təşəkkür etmək istərdim".
Kremlin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.
O, qeyd edib ki, Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir.
"Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir, onlar mütərəqqi, üstəlik, bərabərlik prinsipləri əsasında, bir-birinin maraqları nəzərə alınmaqla və 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik qarşıqlıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq inkişaf edir. Biz hamımız buna çox sevinirik", - deyə Rusiya lideri bəyan edib.
Putin görüş zamanı ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin Rusiyada da layiqincə qeyd olunduğunu xatırladıb.
"Bu il Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. Həm Sovet İttifaqının, həm də müstəqil Azərbaycanın böyük siyasi xadiminə münasibətimizi bilirsiniz. O, görkəmli siyasi xadimdir, ölkələrimizin tarixində birləşdirici şəxsiyyətdir. O da məlumdur ki, biz bu yubileyi Rusiyada layiqincə qeyd edirik. Həm Dövlət Dumasında, həm də Federasiya Şurasında sərgilər keçirilib, televiziyada sənədli filmlər nümayiş etdirilib. Rusiya Federasiyasının bölgələrində də bir çox tədbirlər baş tutub", - deyə prezident Putin vurğulayıb.
20:07
Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü başlayıb.
Bu barədə AZƏRTAC məlumat yayıb.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











7 gün qarpız yedi: orqanizminə necə təsir etdi?
Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş - Xankəndidə söküntü həyata keçiriləcək
Sınaq sürüşü zamanı 15 milyonluq lüks avtomobillə vurub qaçdı - VİDEO
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu
"BakıKart"ın qiyməti ARTDI
Elvin Cəfərquliyev İngiltərə Premyer Liqasında?
Nazir 2 min manat maaş alan müəllimlərin sayını açıqladı
Həkimlər səhər beyni oyatmağın sadə üsullarını açıqlayıblar
Emin Əmrullayev: Artıq bütün müəllimlər sertifikasiyadan keçib
Azərbaycanda bu şəxslərin evləri pulsuz TƏMİR OLUNACAQ
"Milyonlarla dövlət vəsaiti xərclənən dərsliklər şagirdlərin yaş psixologiyasına zidd mexanizmlərlə doldurulub" - AÇIQLAMA
İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi
Səssiz qatil: 2050 ssenarisi 24 il əvvəl gerçəkləşdi - Zaman cədvəli pozuldu
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - "Kababı sevir, yallı gedir" (VİDEO)
İyulun ilk gününün hava proqnozu