Sahibə Qafarova Serbiyanın Baş naziri ilə görüşüb

Sahibə Qafarova Serbiyanın Baş naziri ilə görüşübSerbiyada rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkənin Baş naziri Ana Brnabiç ilə görüşüb.

Sonxeber.az xəbər verir ki, Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayan Baş nazir deyib ki, dost ölkələrimiz arasında əlaqələr uğurla inkişaf edir.

O, Azərbaycanın Serbiya üçün çox böyük əhəmiyyətə malik ölkə olduğunu qeyd edib: "Müsbət siyasi dialoq və qarşılıqlı səfərlər bu əlaqələrin daha da dərinləşməsinə imkan verir".

Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə ötən il baş tutan səfərini və Azərbaycanın dövlət başçısı ilə görüşünü məmnunluqla xatırlayaraq, səfərin nəticələrinin uğurlu olduğunu diqqətə çatdırıb.

O, ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan münasibətlərin, o cümlədən, enerji sektorunda əməkdaşlığın önəmini qeyd edərək, deyib ki, enerji təhlükəsizliyi məsələsi milli təhlükəsizlik baxımından olduqca vacibdir. Baş nazir, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu vurğulayıb.

Ana Brnabiç, Azərbaycan və Serbiyanın bir çox məsələlərdə, o cümlədən, suverenlik və ərazi bütövlüyü məsələlərində həmrəylik nümayiş etdirdiyini və bir-birinə qarşılıqlı dəstək verdiyini ifadə edib.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Milli Məclisin sədri Sahibə Qafarova dost və strateji tərəfdaş olan ölkələrimiz arasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolunu qeyd edib.

Spiker, bu kontekstdə xüsusilə Prezident İlham Əliyevin 2022-ci ilin noyabrında Serbiyaya rəsmi, həmçinin Prezident Aleksandr Vuçiçin 2018-ci ilin mayında Azərbaycana rəsmi və 2022-ci ilin dekabrında işgüzar səfərlərinin önəmini diqqətə çatdırıb.

Görüşdə Milli Məclisin sədri qeyd edib ki, yüksək səviyyəli siyasi təmaslar ikitərəfli gündəliyin digər sahələrində də əməkdaşlığın inkişafı üçün güclü əsaslar yaradır. O, iqtisadiyyat və ticarət sahələrini əhatə edən münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirib. Spiker deyib ki, Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyəti iqtisadi əlaqələri daha da dərinləşdirməyə imkan verəcək. Enerji sektoru əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensiala malik olan sahələrdən biridir. O, Azərbaycanın uğurlu enerji siyasəti haqqında məlumat verib.

Milli Məclisin sədri deyib ki, Azərbaycan və Serbiya arasında ikitərəfli və çoxtərəfli münasibətlərdə müsbət amillərdən biri də qanunverici orqanlar arasında əlaqələrdir. O, qarşılıqlı səfərlərin bu əməkdaşlığın inkişafına təkan verdiyini deyib.

Bu səfərin Azərbaycan Milli Məclisinin sədri qismində Serbiyaya ilk səfər olduğunu deyən spiker Sahibə Qafarova, bir neçə gün əvvəl Serbiya Milli Assambleyasının sədri Vladimir Orliçin Milli Məclisin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün ölkəmizə səfər etdiyini məmnunluqla xatırladıb. Sahibə Qafarova parlamentlərimiz arasında bir sıra beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlığı daha da inkişaf etdirmək üçün yaxşı imkanlar olduğunu da diqqətə çatdırıb. Milli Məclisin sədri, Azərbaycan və Serbiya parlamentləri arasında imzalanan anlaşma memorandumunun münasibətlərin daha da genişlənməsinə xidmət edəcəyinə inamını ifadə edib.

Milli Məclisin sədri görüşdə həmçinin regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri barədə də məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 852   Tarix: 26 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

98 saylı bağçada azyaşlı ilə bağlı ŞOK İDDİA - araşdırma başladı - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda 98 saylı uşaq bağçasında baş verdiyi bildirilən hadisə ciddi suallar yaradıb. Bağçaya gedən azyaşlının qanında psixotrop maddənin aşkarlanması ilə bağlı iddia araşdırmaya səbəb olub. Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılıb və bağçanın fəaliyyətində bir sıra nöqsanla

8 oktyabr
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib və çıxış edib. Sammitdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi

8 oktyabr
.

Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı

Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al

8 oktyabr
.

Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi

Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, mülki iddiaya Yasamal rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb. Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudo

7 oktyabr
.

Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı

Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib. Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərl

8 oktyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

7 oktyabr
.

Bu marşrutların hərəkət sxemləri dəyişdirildi

Paytaxtın Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) -a verilən məlumata görə, məhdudiyyət səbəbindən 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkə

8 oktyabr
.

Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında oktyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var

7 oktyabr
.

Sabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind

8 oktyabr