NATO və Rusiya arasında olan Azərbaycan: Düzgün balansı saxlamaq mümkün olacaqmı?

NATO və Rusiya arasında olan Azərbaycan: Düzgün balansı saxlamaq mümkün olacaqmı?Azərbaycan Qərb və onun hərbi gücü NATO üçün əhəmiyyətlidir. Ancaq rəsmi Bakı təhlükəsizlik qayğıları və regionda Rusiya ilə həmsərhəd olmasından dolayı rəsmi Moskva ilə əməkdaşlığın ruhunu da zədələməkdən qaçır.

"Kaspi" qəzeti Azərbaycan-NATO əlaqələrindən bəhs edən məqalə dərc edib. Məqalədə deyilir:

ABŞ Prezidenti Co Bayden 28 May - Müstəqillik Günü münasibətilə azərbaycanlı həmkarı İlham Əliyevi təbrik edib.

Təbrik məktubunda Azərbaycanla ABŞ arasındakı əməkdaşlıq Rusiya-Ukrayna müharibəsi fonunda qiymətləndirilib və Bakı-Vaşinqton əlaqələrinin təhlükəsizlik sahəsindəki perspektivinə işarələr verilib.

"Qarşıdan gələn ildə təhlükəsizlik və iqtisadi əməkdaşlığımızın dərinləşdirilməsi də daxil olmaqla, tərəfdaşlığımızı daha da gücləndirməyi həvəslə gözləyirəm", - deyə Bayden bildirib.

Bu, NATO və onun lideri ABŞ-nin rəsmi Bakı ilə münasibətlərinin xarakterini fərqli şəkildə səciyyələndirməyə imkan verir. Bunu internet resurslarında çıxan məlumatlarda da sezmək olur. Azərbaycan-NATO əməkdaşlığının kökləri daha sağlam və dərindir.

Həmin dərinliklərdə "üzmək" üçün Azərbaycanın iki mühüm sənədində əks olunan müddəalara nəzər salmaq lazımdır.

Bunlar çox mühüm və Azərbaycanın NATO ilə münasibətlərinin rəngini açan xarakterə malikdir. Söhbət Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasından və Hərbi Doktrinasından gedir.

Belə ki, Konsepsiya dövlətin müstəqilliyini, ərazi bütövlüyünü və demokratik inkişaf yolunu, strateji seçimi kimi Avroatlantik məkana inteqrasiyasını, bununla yanaşı tarazlaşdırılmış xarici siyasətin çoxşaxəliliyini vurğulayır. Azərbaycanın bu tutumu onu Avroatlantik təhlükəsizlik arxitekturasının ayrılmaz bir halqası halına gətirir.

Hərbi Doktrinada isə qeyd edilir ki, Azərbaycan yerləşdiyi regionun da daxil olduğu Avroatlantik məkanda təhlükəsizlik sisteminin yaradılması üzrə səyləri dəstəkləyir, NATO ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlığı davam etdirir.

Bunlar Azərbaycanın NATO-nun çətiri altındakı regionlarda təhlükəsizliyə öz töhfəsini verməsi ilə nəticələnir. Alyans isə rəsmi Bakının bu mövqeyini qiymətləndirir, onun milli maraqlarını dəstəkləmək məcburiyyətində qalır.

Əks tezislər mənasızdır

Bəli, sual oluna bilər ki, bəs Azərbaycan Qərb və onun hərbi gücü NATO üçün bu qədər əhəmiyyətlidirsə, onda niyə ikili mövqelərlə üzləşir? Bunun çox sadə bir açıqlaması var. Qərbin özündə ikitirəlik var, məsələn, bir qisim Azərbaycanı, Türkiyəni strateji tərəfdaş hesab etsə də, digəri özünün şəbəkəsi altında fəaliyyət göstərən şəxslərə əks tezislər ötürür və beləcə münasibətlərə neqativ fonlar verilməyə cəhdlər olur.

Bunlar münasibətlərə o qədər də təsir etmir, mənasızdır, çünki strateji şəkilləndirmədə Azərbaycanla NATO daha da irəliyə doğru gedən əməkdaşlıq modeli qururlar. Hətta Alyans öz üzvü olan Türkiyənin Cənubi Qafqaz regionundakı hərbi-siyasi mövcudiyyətini böyük ölçüdə müsbət qiymətləndirir.

Bu dəyərləndirmə Azərbaycana olan münasibətin pozitiv axara doğru sürüşdürülməsinə səbəb olur və NATO-nun iki nəhəngi - ABŞ və Böyük Britaniyanın münasibəti də burada xüsusi rol oynayır.

Vaşinqton-London ikilisi üçün Xəzər amili
Vaşinqton-London ikilisi üçün Xəzər dənizinin təhlükəsizliyi, Azərbaycanın quru sərhədlərinin əmin əllərdə olması vacibdir. Çünki ölkəmizin yerləşdiyi coğrafiya Şərq-Qərb geosiyasi marşrutunda mühüm əlaqələndirici teldir.

Britaniya "gizli əl"dir, ABŞ isə onun maraqlarına xidmət edən supergüc. Buna görə də Azərbaycanın rəsmi Vaşinqonla əməkdaşlıq xəttindəki hərbi cəhətlər daha aşkar şəkildə görünür.

ABŞ Azərbaycanın hərbi dəniz təhlükəsizliyi üçün imkanlarını artırır. Vaşinqton Rusiya-Ukrayna müharibəsi səbəbilə yaranan çatların regiondakı maraqlarına xələl gətirməməsi üçün dəridən-qabıqdan çıxır. ABŞ-nin mövqeyi NATO-nun Azərbaycan üçün artan maraqlarına yeni elementlər gətirir. Məsələn, indi hərbi dəniz əməliyyatlarının keçirilməsi üçün hazırlıqlarda rəsmi Bakıya dəstək verilir.

Bundan əlavə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin sualtı əməliyyatları və sahilyanı kəşfiyyatı həyata keçirmək imkanları NATO-nun dəstəyi ilə mütənasib şəkildə qurulur.

Azərbaycan təhlükəsizlik qayğıları və şimal küləkləri

Bununla belə, Azərbaycan təhlükəsizlik qayğıları və regionda Rusiya ilə həmsərhəd olmasından dolayı rəsmi Moskva ilə əməkdaşlığın ruhunu da zədələməkdən qaçır. Çünki qlobal vəziyyət mürəkkəbdir. Üstəgəl Rusiyanın regiondakı təsir imkanları tam yox olmayıb. Həm də Kremlin Bakı ilə əməkdaşlığı dərinləşdirmək planları Azərbaycanın yararınadır.

Azərbaycan iki güc – NATO və Rusiya arasında düzgün balansı saxlamağa çalışır. Regionda İranın artan təxribatları da Bakını daha incə siyasət yürütməyə təşviq edir.

Azərbaycanın düşünülmüş balansı Qərb-Rusiya qarşıdurması, buna qarışan Çin amili arasında sıxılmamaq üçündür. Hərçənd ki, Bakı milli-təhlükəsizlik maraqlarından irəli gələn mövqeyini bütün platformalarda açıq şəkildə ifadə edir.

Türkiyənin də hərbi-siyasi dəstəyi Bakı üçün əlavə stimuldur. Bu, bir yerə qədər Qərbdə narahatlıq yaratsa da, bəlli nöqtədən sonra NATO-nun maraqlarını əks etdirir.

Çünki NATO-nun regiondakı aktiv üzvü Türkiyədir. Türkiyə Alyansın Cənubi Qafqazda Rusiyanın maraqlarına qarşı tarazlayıcı gücüdür.

NATO ilə əməkdaşlıq məqbul variantlar üzrə gedir

Azərbaycanın Ermənistan üzərindəki qələbədən sonra NATO ilə əməkdaşlığı məqbul variantlar üzrə gedir. Perspektiv təhlükəsizlik baxımından daha yaxşı proqnozlar vəd edir. Əməkdaşlıqdakı yeni mərhələ əsas istiqamətlər üzrə bacarıqları və qarşılıqlı fəaliyyəti irəliyə doğru aparacaq.

Hesab etmək olar ki, Azərbaycan-NATO qarşılıqlı ehtiyacları gələcək missiyalar üçün bir sıra imkanlar hazırlayacaq.

Lakin Azərbaycan Qərbin "Rusiyadan uzaqlaş, mənə tərəf əyil" tezisləri ilə razı olmayacaq. Çünki praktiki balans siyasəti Azərbaycanın xarici kursunun təməlidir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1252   Tarix: 27 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr