İranın Güney Azərbaycanı parçalamaq siyasəti - VİDEO

İranın Güney Azərbaycanı parçalamaq siyasəti - VİDEOGüney Azərbaycanın inzibati-ərazi bölgüsündə vaxtaşırı dəyişikliklərin ayrı-ayrı təşəbbüslərin nəticəsi deyil, İran hakimiyyətinin məqsədli siyasətinin təzahürü olduğunu düşünməyə ciddi tarixi-ictimai əsaslar var. Belə ki, Gülüstan və Türkmənçay müqavilələrindən sonra 280 min kvadrat kilometr ərazisi olan Güney Azərbaycan bu gün müxtəlif ostanlara parçalanıb və yalnız kiçik bir hissəsi Azərbaycan adını saxlayıb. Bu da son təqribən yüz ildə Güney Azərbaycan türklərinə qarşı ayrı-seçkilik və assimilyasiya siyasətinin bilavasitə nəticəsidir.

Bu barədə "Azad İran" "Youtube" kanalında təqdim olunan süjetdə bildirilir.

Bildirilir ki, pəhləvilərin hakimiyyətə gəldiyi 1925-ci ilə qədər Güney Azərbaycanın coğrafi bütövlüyü az-çox qorunub saxlanmışdı.

"Qacarlar dönəmində, 1907-ci ildə qəbul olunmuş "Əyalət və vilayətlərin təşkili qanunu"na əsasən, İranda cəmi 4 əyalət vardı: Azərbaycan, Kerman və Bəluçistan, Fars və Xorasan. Azərbaycan əyaləti özünün iqtisadi, mədəni, elmi potensialına və coğrafi mövqeyinə görə aparıcı əyalət sayılırdı və ölkənin vəliəhdi bir qayda olaraq burada – Təbrizdə otururdu. Lakin Rza şahın dövründə – 1937-ci ildə 10-cu çağırış İran parlamenti inzibati bölgü haqqında yeni qanun qəbul etdi və İran ərazisi 6 ostana və 50 şəhristana bölündü. Həmin vaxtdan etibarən Güney Azərbaycan ərazisinin parçalanması siyasəti ardıcıl şəkildə həyata keçirildi.

Bu siyasət İslam Respublikası dönəmində də davam etdirildi. İnqilaba qədər ölkə ərazisi 14 ostana bölünürdüsə, molla rejiminin dövründə onların sayı əvvəlcə 28-ə, sonra 31-ə çatdırıldı. Bu dəyişikliklər gedişində Həmədan, Zəncan, Qəzvin, Ərdəbil kimi Azərbaycan torpaqları ayrıca əyalətə çevrildi, Ərak, Savə və digər bölgələr başqa ostanların tərkibinə verildi. Həmin proses, göründüyü kimi, bu gün də davam etməkdədir. Azərbaycan adının olmadığı inzibati-ərazi vahidlərinin yaradılması paniranist məfkurənin Azərbaycan türk varlığını və kimliyini unutdurmaq üçün istifadə etdiyi məkrli vasitələrdən biridir və müxtəlif sosial-iqtisadi bəhanələr altında mərhələli şəkildə həyata keçirilir".

Ətraflı süjetdə:


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1450   Tarix: 27 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr