"23 ay ömür sürməsinə baxmayaraq AXC Azərbaycanın müstəqilliyini dünyaya tanıtdı" -Kamilə Əliyeva

"23 ay ömür sürməsinə baxmayaraq AXC Azərbaycanın müstəqilliyini dünyaya tanıtdı" -Kamilə Əliyeva"23 ay ömür sürməsinə baxmayaraq AXC Azərbaycanın müstəqilliyini dünyaya tanıtdı"

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

Deputat qeyd edib ki, Azərbaycan xalqı müstəqil, azad yaşamaq uğrunda mücadilə apardı və öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut etdi:

"Qədim zamanlardan Azərbaycanın böyük dövlətçilik ənənələri olmuşdur. Azərbaycan tarixin müəyyən dövrlərində güclü inkişaf yolu keçərək böyük torpaqlara sahib olub.Zaman keçdikcə işğalçı qüvvələr torpaqlarımızı işğal edib, müstəqilliyimiz əlimizdən alınmışdır. XX əsrin əvvəllərində Çar imperiyasının dağılması nəticəsində, o vaxtki mütəfəkkir ziyalılarımız 1918-ci il mayın 28-də müsəlman şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini yaratdı və müstəqilliyini elan etdi. Lakin bu müdtəqil dövlətimizin də ömrü uzun sürmədi. Cəmi 23 ay yaşayan AXC daşnaq- bolşevik quldurlarının və daxi limizdəki xainlərin hərbi təcavüzü nəticəsində süquta uğradı. 23 ay ömür sürməsinə baxmayaraq AXC Azərbaycanın müstəqilliyini dünyaya tanıtdı. Azərbaycan xalqı müstəqil, azad yaşamaq uğrunda mücadilə apardı və öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut etdi. Mövcud olduğu qısa zamanda AXC Azərbaycanın ilk parlamentini, hökumətini yaratdı. Dövlət atributları təsis edildi. Dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Parlamentdə milli müstəqilliyin gücləndirilməsi, ölkədə siyasi, iqtisadi inkişafın təmin edilməsi, demokratik prinsiplərin bərqərar olması istiqamətində mühüm qərarlar qəbul edildi.
AXC bütün ölkə vətəndaşlarına eyni hüququ verərək dini, irqi bərabərsizliyi aradan qaldırdı. Qısa müddət ərzində Milli Ordu quruldu və Qafqaz İslam Ordusu ilə Bakı və ətraf ərazilər işğaldan azad edildi .
AXC-nin xarici siyasətinin əsası dünya birliyi tərəfindən Azərbaycanın tanıdılması olmuşdur. Bunun üçün Paris Sülh Konfransına Cənubi Qafqazda yeni bir müstəqil dövlətin qurulduğu barədə rəsmi məlumatlar göndərildi. Şərq xüsusiyyətlərini, xalqın milli mədəniyyətini, Avropanın demokratik dəyərlərini özündə birləşdirən bir dövlət quruldu. AXC xalqın milli şüurunu özünə qaytardı, Azərbaycan xalqının müstəqil, azad yaşamağa layiq bir xalq olduğunu nümayiş etdirdi.
1918-ci ildə qəbul edilmiş qərara əsasən təhsil ana dilində aparılmağa başladı. 1919-cu ilin sentyabrında Parlamentdə Bakı şəhərində universitet açmaq barədə qərar qəbul edildi. Azərbaycan Dövlət Universitetinin Nizamnaməsi təsdiq olundu və fəaliyyətə başlaması ilə milli kadrların hazlrlanması istiqamətində mühüm addım atıldı. Universitetlə yanaşı digər ali və orta təhsil müəssisələrinin yaradılması uçun hazırlıqlar aparıldı.
AXC ədliyyə sahəsinə də xüsusi diqqət ayırırdı. Cümhuriyyətin yarandığı 28 may 1918-cı ildə ədliyyə Nazirliyi təsis edildi.
Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi "Müstəqilliyi qorumaq, saxlamaq, o müstəqilliyi əldə etməkdən qat qat çətindir". Azərbaycan Xalq Cümhuriyyəti də bu müstəqilliyi qoruyub saxlaya bilmədi.
1991-ci ildə Azərbaycan xalqı yenidən müstəqil dövlət qurmağı bacardı. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilmiş və Azərbaycan Respublikası AXC nin varisi olduğunu təsbit etmişdir. Azərbaycan XX əsrin ortalarında yenidən müstəqillik əldə etsə də ölkədə ağır vəziyyət hökm sürürdü. Azərbaycan parçalanmaq təhlükəsi ilə üz üzə qalmışdı. Hakimiyyətdə olanların səriştəsizliyi, digər tərəfdən Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi müstəqilliyimizi itirmək təhlükəsini yaratmışdır. Belə çətin bir vəziyyətdə xalqın haqlı tələbi və təkidi ilə ulu öndər hakimiyyətə gəldi. Heydər Əliyev Azərbaycan dövlətçiliyini qorumaq üçün qətiyyətli tədbirlər gördü. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və Azərbaycan dövlətinin xilaskarı oldu. Ümummilli lider Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı. Azərbaycan dövlətinin müstəqilliyinin qorunması üçün ümummilli lider dəfələrlə ölümlə üz üzə qaldı, lakin heç vaxt bu yoldan dönmədi, hər zaman bu müqəddəs amal uğrunda çalışdı.
Heydər Əliyev Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyən etdi. Ümummilli lider Heydər Əliyev 1993- cü ildə Prezident seçildikdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı. Dünyanın siyasi arenasında Heydər Əliyev şəxsiyyəti, sözü və siyasəti Azərbaycanın nüfuzunu artırdı. Xarici təzyiqlərə baxmayaraq Ümummilli Lider Heydər Əliyev bir sıra beynəlxalq iqtisadi layihələri reallaşdırdı. Regionda baş verən çətin geosiyasi vəziyyətə baxmayaraq Heydər Əliyevə olan etibar, bu dahi şəxsiyyətin qətiyyətinə inam nəticəsində xarici dövlət başçıları və nəhəng şirkətlər Azərbaycanla "Əsrin müqaviləsi" adlandırılan neft kontraktlarına imza atdılar.
Ümummilli Lider Heydər Əliyev dünya iqtisadiyyatını mükəmməl bilən bir şəxs idi. Heydər Əliyev iqtisadi strategiyasının nəticəsi olaraq xarici şirkətlər Azərbaycana sərmayə yatırmağa başladı. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyev izi olmasın. Sahibkarlığın inkişafına dəstəyin, sərbəst iqtisadi rəqabətin, iqtisadiyyatın modernləşməsinin əsası Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heydər Əliyev bütün fəaliyyəti dövründə xalqına arxalanmışdır. Azərbaycan xalqı da bu dahi şəxsiyyətə və Azərbaycanı ən ağır vəziyyətdən Heydər Əliyevin çıxara biləcəyinə inanırdı.
Ümummilli Lider Heydər Əliyev dərin biliyə malik polad iradəli, fenomenal yaddaşa sahib, müdrik, qətiyyətli siyasətçi, xorezmatik bir şəxsiyyət idi.
Azərbaycan dövlətinin müstəqilliyinin əsası Naxçıvanda Heydər Əliyev tərəfindən qoyulmuşdur. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də AXC -nin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının bayrağı kimi təsdiq edilmişdir. Sovet İttifaqının mövcud olduğu bir vaxtda belə bir qərarın qəbul edilməsi böyük cəsarət tələb edirdi. Bu addımı ilə Heydər Əliyev öz dövlətinə və xalqına nə qədər bağlı olduğunu, bu yoldan dönməz olduğunu bur daha göstərdi.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində Ermənistanla atəşkəsə nail olundu. Bundan sonra Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdirildi, ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Güclü Azərbaycan Ordusunun əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycanın üçrəngli bayrağı artıq Şuşada və işğaldan azad olunmuş şəhər və kəndlərimizdə dalğalanır.
Bu gün Prezident cənab İlham Əliyev Ümummilli lider Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı daha güclü demokratik dövlətə çevirmişdir. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya olunmuşdur. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində Azərbaycan xalqının rifahı, sosial vəziyyəti durmadan yüksəlir. Prezident cənab İlham Əliyevin siyasəti nəticəsində xarici dövlətlərlə bərabərtərəfli münasibətlər qurulur. Azərbaycan tək region üçün deyil, dünyada önəmli bir dövlətə çevrilmişdir. Azərbaycan Avropanın əsas enerji təchizatçılarından birinə çevrilib. Prezident cənab İlham Əliyev Azərbaycanın dövlət və milli maraqlarına xidmət edən siyasi kurs həyata keçirir. Bununla yanaşı Prezident cənab İlham Əliyevin müəllifi olduğu tolerant və multikultural dəyərlərə hörmət və qayğı bütün dünyaya bir nümunədir.
Prezident cənab İlham Əliyev hər zaman dövlətçilik ənənələrinə böyük diqqət və qayğı ilə yanaşır, hörmət və ehtiram göstərir. 2007-ci il 25 may tarixində Bakıda dövlət başçımızın təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqbal Bəyannaməsinin rəsmi açılış mərasimində Prezident cənab İlham Əliyev iştirak etmişdir. Prezident cənab İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə "AXC ili" elan edilməsi Azərbaycanın dövlətçilik tarixinə göstərilən ehtiramdan xəbər verir. 2021-ci il 15 oktyabr tarixində "Müstəqillik Günü haqqında " Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin Qanuna əsasən 28 May Müstəqillik Günü, oktyabrın 18 isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 820   Tarix: 28 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Enerji sektoru iki ölkə arasındakı strateji münasibətlərin ən həlledici sütunudur" - AÇIQLAMA

"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana reallaşdırdığı bu tarixi dövlət səfəri və Bakıda keçirilən yüksək səviyyəli strateji görüşlər iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə tamamilə yeni bir pilləyə qaldırır. Xəzərin iki sahilini birləşdirən Bakı və Aşqabad ittifaq

23 iyun
.

İlham Əliyev hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişikliyi təsdiqləyib

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər. "Report"a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklikləri imzalaması ilə mümkü

25 iyun
.

"Gənclər bilməlidirlər ki, müstəqillik təkcə əldə edilən deyil, həm də qorunub saxlanılan dəyərdir" - AÇIQLAMA

"15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin taleyini müəyyən edən ən mühüm tarixi mərhələlərdən biridir. Məhz 1993-cü ilin iyununda ölkədə dərin siyasi böhran, vətəndaş qarşıdurması təhlükəsi və dövlət idarəçiliyində yaranmış xaos fonunda xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevi

9 iyun
.

Prezident Lyayenlə təkbətək görüşdü - Fotolar

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

"Bakının Türk dünyasının əsas siyasi və mədəni platformalarından birinə çevrilməsi təsadüfi deyil" - AÇIQLAMA

Birinci Türkoloji Qurultay Türk dünyasının taleyini müəyyənləşdirən addım olub. Bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər namin

29 iyun
.

"Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir" - DEPUTAT

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə problemlər yaşanmağa başladı. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdə

10 iyun
.

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşası, daha 100-nün bərpasına dəstək verəcək. "Report" xəbər verir ki, bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyini

25 iyun
.

Azərbaycanda bir sıra qanunlar "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılıb

Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi bir sıra qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. "Report"a istinadən xəbər verir ki, söhbət Mülki Məcəllə, Vergi Məcəlləsi, Rəqabət Məcəlləsi, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında"

25 iyun
.

Hacı Həssənal Bolkiah İlham Əliyevə məktub göndərdi

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqda

11 iyun