Ukraynalı siyasətçilər Azərbaycanın müstəqilliyini nümunə göstəriblər
Ukrayna Ali Radasının hakim Xalqın Xidmətçisi partiyasından deputatı Yuri Kamelçuk deyir ki, hazırda güclü Azərbaycan bu tarixi yolda müstəqilliklərini əldə etmək istəyən xalqlara tarixi nümunədir.
Deputat "Report"un Şərqi Avropa bürosuna açıqlamasında bildirib ki, 28 may 1918-ci il tarixində Azərbaycan şərqdə birinci olaraq öz müstəqilliyini elan edib:
"Amma 2 ildən sonra Sovet İttifaqı Azərbaycanın ərazisini işğal etdi. Lakin Azərbaycan 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa edə bildi. Bu, öz müstəqilliklərini müəyyənləşdirən digər ölkələr üçün bir nümunədir. Bu, bütün müstəqillikləri uğrunda mübarizə aparan millətlər üçün bir nümunədir. Azərbaycan bir çox ölkələrə və millətlərə əsl nümunədir. Bu müstəqilliklərə mane olan işğalçılar və terroristlər cəzalandırılmalıdırlar. Bütün ölkələr, xalqlar müstəqilliklərini dinc yaşamalıdırlar. Bütün ölkələr, xalqlar öz ölkələrində öz azadlıqlarını yaşamalıdırlar".
Ali Radanın digər deputatı Yaroslav Yurçişin də "Report"un Şərqi Avropa bürosuna deyib ki, Azərbaycanın 105 il bundan əvvəl uğurla müstəqilliyini elan etməsi, 1991-ci ildə sovet işğalına son qoyaraq bunu yenidən elan etməsi digər sovet ölkələri üçün də dəqiq göstəricidir ki, ölkələr öz müstəqilliklərini uğurla təsdiq edə bilərlər:
"Azərbaycanın uğurlu yol keçməsi bütün Sovet ittifaqından ayrılan ölkələr üçün bir nümunədir ki, uğurla müstəqilliyini möhkəmlədə və təsdiqləyə bilər. Azərbaycan bir nümunədir ki, digər keçmiş sovet ölkələri də özünün geosiyasi və suveren rolunu dünyanın yenidən qurulmasında göstərə bilər. Arzu edirəm bu birinci 105 illik olsun və bundan sonra Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı daha çox bəhrə gətirsin", - deyə, o, əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb