Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023" keçirilib

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023" keçirilibUlu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023" keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Gənclər və İdman Nazirliyinin dəstəyi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO), Azərbaycan Yelkə Federasiyasının (SFA) və "Xəzər" Yelkənli Qayıqlar İdman Klubunun birgə təşkilatçılığı ilə "Baku Sailing Regatta-2023" keçirilib.

"Xəzər bizi səsləyir" devizi ilə Bakı buxtasında (Yaxt klub ərazisində) təşkil olunan Regatta çərçivəsində yarışlara 26 mayda start verilib və üç gün, yəni 28 mayadək davam edib.

Ümumilikdə 39 yelkənçinin iştirak etdiyi mübarizədə idmançılar altı sinif ("Optimist", "Optimist Qızlar", "Optimist Junior", "ILCA 4", "ILCA 6", "ILCA 7") üzrə yarışıblar. Onlar arasında Gürcüstandan olan yelkənçilər də olub. Yarışlar yerli və Türkiyənin peşəkar hakimlərinin iştirakı ilə baş tutub.

Yelkənçilərin final günündəki mübarizəsini Gənclər və İdman naziri Fərid Qayıbov, Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədr müavinləri Nəzrəddin Əhmədzadə və Zaur Nağıyev, Azərbaycan DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəisi Rövşən Eyyubov, Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Mr Ser Miang NG də izləyiblər.

Yarışı daha yaxından izləmək məqsədilə şəhər sakinləri və turistlər üçün də "Yaxt Klub"da əlverişli şərait yaradılıb. Həmçinin, Dənizkənarı Milli Parkda həm böyüklər, həm də uşaqların böyük marağına səbəb olan müxtəlif əyləncəli proqramlar təşkil edilib.

Regattaya "Windsurfing Baku" idman klubunun idmançıları da xüsusi rəng qatıblar.

Qalib yelkənçilərin təntənəli mükafatlandırılması mərasimində çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov, ASCO sədrinin müavini Zaur Nağıyev, Azərbaycan Yelkən Federasiyasının vitse-prezidenti Burcu Algon Giorgianni idmançıları təbrik edib, onlara uğurlar arzulayıblar.

Çıxışçılar Ümummilli lider Heydər Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi dəstək və qayğıdan danışaraq qeyd ediblər ki, Ulu öndərin təməlini qoyduğu idman siyasətini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Bu sahədə qazanılan nailiyyətlər sayəsində ölkəmiz beynəlxalq səviyyədə nüfuzlu dövlətlərdən biri kimi qəbul olunur. Sevindirici və qürurverici haldır ki, beynəlxalq yarışlarda uğur qazanan, Azərbaycanı layiqincə təmsil edən idmançılar sırasında yelkənçilər də var.

Çıxışlardan sonra yarışın nəticələri elan olunub, qaliblərə sertifikat və kuboklar təqdim edilib.

Xatırladaq ki, Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Baku Sailing Regatta" üçüncü dəfədir ki, təşkil olunur.
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023" keçirilibUlu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023" keçirilibUlu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023" keçirilibUlu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023" keçirilibUlu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023" keçirilibUlu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023" keçirilibUlu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023" keçirilibUlu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023" keçirilibUlu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023" keçirilibUlu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023" keçirilibUlu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023" keçirilibUlu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023" keçirilibUlu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023" keçirilibUlu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023" keçirilibUlu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023" keçirilibUlu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023" keçirilibUlu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023" keçirilibUlu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023" keçirilibUlu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023" keçirilibUlu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023" keçirilib


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1069   Tarix: 28 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr