"Türkiyə xalqı düzgün seçim edərək ölkənin parçalanmasının qarşısını aldı" - DEPUTAT
"Ərdoğanın qələbəsi Türkiyənin, Azərbaycanın və bütün Türk dünyasının qələbəsidir".
Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan böyü səs çoxluğu ilə qalib gəldi:
"Bu təkcə Rəcəb Tayyib Ərdoğanın deyil, demokratiyanın qələbəsidir. Türk xalqı tarixinin ən məsuliyyətli, şərəfli imtahanını verdi. Dünyaya demokratiya dərsi keçdi. Türkiyə xalqı düzgün seçim edərək ölkənin parçalanmasının qarşısını aldı. Bu möhtəşəm zəfər münasibəti ilə bütün Türkiyə xalqını təbrik edirəm. Bütün Türk dünyasının gözü aydın olsun. İnanıram ki, Rəcəb Tayyib Ərdoğanla Türkiyə yeni qələbələrə doğru əmin addımlarla irələyəcək".
Deputat vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğan 20 ildən çoxdur ki, dövlətinin inkişafı və uğurlu gələcəyi üçün çalışan liderdir:
"20 il ərzində Türkiyədə başda hərbi olmaqla, bütün sahələrin inkişafında böyük işlər görülüb. Türkiyə xalqı öz liderini sevir və etibar edir. Biz bunu dünən bir daha gördük. Əminliklə söyləyə bilərik ki, Rəcəb Tayyib Ərdoğanla Türkiyəni daha böyük qələbələr və uğurlar gözləyir".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1384 Tarix: 29 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı ilə bağlı məlumat verilib. Suyun verilişini
7 oktyabrNoyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
8 oktyabrŞəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Ukraynadan İtaliyaya taxıl daşıyan "Royad Məmmədov" yük gəmisinin PUA hücumuna məruz qalmasının anbaan görüntüləri yayılıb. həmin görüntüləri təqdim edir:. Xatırladaq ki, hücum nəticəsində gəminin kapitanı Rüstəm Həsənov həlak olub və aşpaz Məhəmməd Süleymanzadə isə itkin düşüb. Həmçinin on
7 oktyabrNigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
"AİD Group" xaricdə təhsil şirkətinin həbsdə olan faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb. -ın "Qafqazinfo"ya istinadən məlumatına görə, məhkəmə təqsirləndirilən şəxsin müraciəti əsasınd
8 oktyabr