Hesablama Palatası büdcənin icrası ilə bağlı qeyd və təkliflərini açıqlayıb

Hesablama Palatası büdcənin icrası ilə bağlı qeyd və təkliflərini açıqlayıb2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı təqdim olunan sənədlərin siyahısı əvvəlki illərlə müqayisədə nisbətən artırılıb, izah və məlumatların keyfiyyətinin yüksəldilməsi istiqamətində addımlar atılıb.

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında, "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

"Məlumatlılığın artırılması fonunda mövcud qanunvericilik, qabaqcıl təcrübə, həmçinin qarşıdakı dövr üçün bəyan edilən hədəflər nəzərə alınmaqla, Hesablama Palatası "Büdcə zərfi"ndə bir sıra məsələlərdə dəyişikliklərin zəruri olduğu qənaətindədir. Belə ki, büdcə-vergi siyasətinin icrasının nəticələrinin konkret tədbirlər və kəmiyyət hədəfləri, vergi güzəştlərinin səmərəliliyinin müqayisəli qiymətləndirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinə yönəldilən vəsaitlər və uzlaşma barədə məlumatların büdcə sənədləşməsinə daxil edilməsi fiskal siyasətin icrasının nəticəliliyinin ölçülməsinə, beynəlxalq qiymətləndirilmələrdə mövqeyimizə müsbət təsir edər.

Ötən il icra edilən ölkənin əsas maliyyə sənədi xarakterinə görə əvvəlki sənədlərdən yeni məsuliyyət normalarının icrası baxımından fərqlənir. Bu ilk növbədə Cənab Prezidentin tapşırığı ilə işğaldan azad edilən torpaqların yenidən qurulmasının, həmçinin 2022-ci ildə ölkənin sosial-iqtisadi inkişaf strategiyasının (yeni strateji sənədinin) ilk ilinin icrasının maliyyə qaynağının dövlət büdcəsi olması ilə əlaqəlidir. Bu, xarakteri və hədəfləri baxımından yeni sənəd hesab olunur. İlk dəfədir ki, strateji sənədin maliyyə tutumluluğu açıq şəkildə müəyyən edilib.

Hesabat ilində fiskal çərçivənin lövbəri olan büdcə qaydasına əməl edilib. Belə ki, 2022-ci ilin sonuna büdcə qaydasının 1-ci göstəricisi - icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbəti üzrə faktiki göstərici hədəflənən maksimal kəsirdən az olub. Büdcə qaydasının digər göstəricisi - dövlət borcunun ÜDM-ə nisbətidir. Bu nisbət üzrə də hədəfə əməl olunub.

Neftin qiymətinin yüksək olması nəticəsində xərclənmiş dövlət büdcəsinin neft gəlirləri əvvəlki ilə nisbətən 13,2% artaraq 15,3 milyard manata çatsa da, cəmi gəlirlərdə payı 1,3 faiz bəndi azalıb", - deyə sədr bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1215   Tarix: 31 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil almaq istəyənlər üçün əsas suallardan biri yalnız qiymətin nə qədər olması deyil, hansı ərazidən ev almağın daha sərfəli olmasıdır. Eyni büdcə ilə şəhərin müxtəlif ərazilərində həm mənzilin sahəsi, həm nəqliyyat imkanları, həm də gələcəkdə həmin əmlakın dəyərinin artması baxımından cidd

8 oktyabr
.

98 saylı bağçada azyaşlı ilə bağlı ŞOK İDDİA - araşdırma başladı - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda 98 saylı uşaq bağçasında baş verdiyi bildirilən hadisə ciddi suallar yaradıb. Bağçaya gedən azyaşlının qanında psixotrop maddənin aşkarlanması ilə bağlı iddia araşdırmaya səbəb olub. Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılıb və bağçanın fəaliyyətində bir sıra nöqsanla

8 oktyabr
.

"Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"

Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz. "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib. Onun sözlərin

7 oktyabr
.

Universitet seçimi: Reytinq önəmlidir, yoxsa gələcək iş imkanı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitet seçimi abituriyentin qarşısında duran ən vacib qərarlardan biridir. Bu seçim zamanı yalnız universitetin reytinqinə diqqət yetirmək gələcək karyera üçün kifayət etmir. İxtisasın əmək bazarında tələbatı, məzun olduqdan sonra iş imkanları və həmin sahədə inkişaf perspektivləri də nəzərə alınmalıdır

7 oktyabr
.

Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi

Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, mülki iddiaya Yasamal rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb. Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudo

7 oktyabr
.

Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA

Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər

7 oktyabr
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib və çıxış edib. Sammitdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi

8 oktyabr
.

Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR

Milyonlarla dövlət vəsaitini mənimsəməkdə ittiham olunan Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmov ona təyin edilmiş 4 il 6 aylıq şərti həbs cəzasının azaldılması üçün Naxçıvan Ali Məhkəməsinə müraciət edib. -ın əldə etdiyi məlumata görə, o, vurulmu

8 oktyabr
.

Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür

Gürcüstana səfər planlaşdıran vətəndaşlar üçün səyahət sığortasının əldə olunması artıq daha rahat və sürətli şəkildə həyata keçirilə bilər. "SIGORTA online" platforması Gürcüstana səfər edənlərə sərhəd tələblərinə uyğun səyahət sığortasını tam onlayn formada təqdim edir. İstifadəçilər sığort

7 oktyabr