Evləriniz məcburi sığortalanmalıdır - İyunun 1-dən CƏRİMƏ OLUNACAQSINIZ!
Azərbaycanda iyunun 1-dən daşınmaz əmlakın icbari sığortası ilə bağlı yeni sistem fəaliyyətə başlayacaq. Bu sistemə görə, daşınmaz əmlakın icbari sığortası müqavilələri elektron olacaq. Bildirilir ki, icbari sığorta müqaviləsinin bağlanmadığı təqdirdə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə ediləcək.
Bununla bağlı iqtisadçı ekspert Eldəniz Əmirov AZXEBER.COM-a açıqlama verib.
O, daşınmaz əmlakın İcbari sığortasına birmənalı yanaşmağın doğru olmadığını deyir:
"Düşünürəm ki, daşınmaz əmlakın icbari sığortası məcburi olmamalıdır. Daşınmaz əmlakın növündən və yerləşdiyi yerdən asılı olaraq fərqlər qoyulmalıdır.
Məsələn, biri dağ kəndində digər evlərdən 1 km uzaqda ev tikib onun sığorta etdirilməsi bu insanın eyni zamanda hüququnun pozulmasıdır. Bu əmlak mənimdir, sığortalatırda bilərəm, sığortalatdırmaya da. Bəzi hallarda avtomobilləri misal gətirilər, ancaq avtomobilin sığortası üçüncü şəxsə qarşıdır. Bir mənzilin yanması belə başqa birinə zərər verməyəcəksə, onun məcburi şəkildə sığorta olunması doğru deyil. Sıx məskunlaşma zamanı mənzillərin sığortalamasının daha doğru olduğunu hesab edirəm".
İqtisadçı ekspertin sözlərinə görə, təkcə yerləşdiyi yerə görə sığorta haqqının fərqlənməsi deyil, ümumən məcburi sığortanın özünün konteksinə yenidən baxmaq lazımdır:
"Ödənilən sığorta haqqı 15 min, 20 min, 25 min manat həcmindədir. Bakı şəhərində bir mənzilin yanması zamanı dəyən xərc, onun sığorta xərci ilə müqayisədə çox azdır. Ona görə də hesab edirəm ki, sığorta məbləğlərinə yenidən baxmağa ehtiyac var. Eyni zamanda mənzillərin yerləşmə yerindən asılı olaraq diferensial yanaşma tətbiq olunmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Mehriban Rəhimliyə hökm oxundu
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Aqşin Fatehə ağır itki