İcra başçısının qızı məktəbin ərazilərini icarəyə verdi: Saatı 60 manat - FOTO/VİDEO
Yeni Yasamalın Ə.Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə dövlət vəsaiti hesabına tikilən idman kompleksi icarəyə verilib.
"Qaynarinfo" xəbər verir ki, məktəbin direktoru Gülnar Qurbanova tərəfindən şagirdlər və kollektivi üçün tikilən idman kompleksi özəlləşdirilərək, adı açıqlanmayan fərdi sahibkara icarəyə verilib.
Kompleks futbol, voleybol və digər idman növləri üzrə fəaliyyət göstərir. 1 saat icarə haqqı 60 manat təşkil edir.
Bununla belə, məktəbin qarşısında müəllimlərin avtomobillərinin saxlanması üçün nəzərdə tutulan avtodayanacaq parklanma sahəsi kimi ətrafda yaşayan şəxslərə aylıq 30 manata (bir avtomobil üçün) icarəyə verilib.
Məktəb direktoru bunun üçün sözügedən dayanacağa nəzarətçi də təyin edib.
Əraziyə avtomobillərin dəqiq sayını bilmək və təhlükəsizliyini təmin etmək üçün kamera belə quraşdırılıb.
Qeyd edək ki, 5 ildir sözügedən məktəbin direktoru təyin edilən Gülnar Qurbanova Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun qızıdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1641 Tarix: 31 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"
Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz. "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib. Onun sözlərin
7 oktyabrElza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi
Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, mülki iddiaya Yasamal rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb. Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudo
7 oktyabrMaye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər
7 oktyabrNaxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Milyonlarla dövlət vəsaitini mənimsəməkdə ittiham olunan Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmov ona təyin edilmiş 4 il 6 aylıq şərti həbs cəzasının azaldılması üçün Naxçıvan Ali Məhkəməsinə müraciət edib. -ın əldə etdiyi məlumata görə, o, vurulmu
8 oktyabr