Lerikdə Mərakeş çəyirtkələri yayılıb - FOTO
Lerik rayonunun bəzi ərazilərində Mərakeş çəyirtkəsinin yayılması taxıl sahələri üçün təhlükə yaradıb.
Sonxeber.az report-a istinadən xəbər verir ki, çəyirtkə sürüləri rayonun Blaband kənd ərazi dairəsinə daxil Barzavu və Ambu kəndlərində yayılıb.
Bu isə 100 hektarlarla taxıl və əkin sahələri üçün yaranan təhlükəyə çevrilib.
Sakinlərin sözlərinə görə, 10 gün əvvəl örüş sahələrində böcək yayıldığı üçün bitki mühafizəsi idarəsinə məlumat verilib.
Əraziyə mütəxəssislər tərəfindən baxış keçirilib və bu zaman əkin sahələrinin yaxınlığında Mərakeş çəyirtikələrinə rast gəlinib.
Artıq ərazidə yerli sakinlərin də köməyindən istifadə olunmaqla dərmanlama işlərinə başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin rəisi Ceyhun İbrahimov çəyirtkələrin əkin sahələrinə yayılmasının qarşısının alınması ilə bağlı mübarizə tədbirlərinə başlanıldığını bildirib.
Onun sözlərinə görə, mübarizə tədbirləri xüsusi avtomobillərə quraşdırılan ultra kiçik həcmli müasir və yüksək manevr qabiliyyətinə malik "AU 8115 M" çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsi ilə həyata keçirilir.
C.İbrahimov qeyd edib ki, Mərakeş çəyirtikələrinin bu ərazidə yayılmasının səbəbi isə keçən ilki nəsildən olan yetkin fərdlərin miqrasiya edərək gəlib bu ərazidə yumurta qoyması və artmasıdır: "Müşahidə nəticəsində buradakı çəyirtkələrin 2–3 yaşlarında olduğu müəyyənləşib. Onların ən təhlükəli dövrü isə 5 yaşından sonra başlayır. Onlar əsasən 5-6 yaşdan sonra, yəni qanad əmələ gətirdikdən sonra uzaq məsafələrə uçaraq miqrasiya edirlər. Həmin bu çəyirtikələr miqrasiya edən çəyirikə növüdür".
Qeyd edək ki, Blaband kənd ərazi dairəsinə daxil olan ərazidə 300 hektar əkin sahəsi var. Hazırda 50 hektara yaxın əkin sahəsində ziyanvericilərə qarşı mübarizə tədbirləri aparılır.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 902 Tarix: 01 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aqşin Fatehə ağır itki
Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!
7 oktyabrCəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama
"Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabınd
8 oktyabrBakının altı rayonunda su niyə hələ də verilməyib?
Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı ilə bağlı məlumat verilib. Suyun verilişini
7 oktyabrİlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?
Dənizkənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsinin növbəti iclası keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı
7 oktyabrElza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi
Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, mülki iddiaya Yasamal rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb. Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudo
7 oktyabrQəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı
Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al
8 oktyabr