HP: Səhmlərində dövlətin payı olan bəzi müəssisələrdən dividend ödənişi nəzərdə tutulmayıb
Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə əlavə artım nəzərdə tutulmayıb, Hesablama Palatası bəzi müəssisələr üzrə mənfəət olduğu halda, büdcəyə dividend ödənişi nəzərdə tutulmadığını bildirməklə, bu mədaxil mənbəyi üzrə əlavə potensial olduğu qənaətinə gəlib.
Sonxeber.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinə Hesablama Palatasının Rəyi"ndə əksini tapıb.
Qeyd edilib ki, 2023-cü ilin dövlət büdcəsinin təsdiq edilmiş gəlirlərində səhmlərində dövlətin payı olan müəssisələrdən 321,2 mln. manatın daxil olacağı nəzərdə tutulmuş, yenidən baxılma zamanı bu mədaxil mənbəyi üzrə artım proqnozlaşdırılmamışdır. Hesablama Palatasının 2023-cü ilin dövlət büdcəsinin layihəsinə Rəyində də qeyd edildiyi kimi, bəzi dövlət qeyri-maliyyə təşkilatları üzrə mənfəət olduğu halda, bu müəssisələrdən dövlət büdcəsinə dividend ödənişi nəzərdə tutulmamışdır. Hesablama Palatası bu istiqamətdə əlavə potensialın olduğunu hesab etməklə, bəzi müəssisələr üzrə ödəniş nəzərdə tutulduğu halda daxilolmanın reallaşmamasını bu istiqamətdə risk amili hesab edir: "Ümumiyyətlə, bu mənbə üzrə mövcud potensialın daha effektiv istifadəsi və proqnozlaşdırılmış dividendlərin ödənməsində mümkün risklərin minimuma endirilməsi məqsədilə, səhmlərində dövlətin payı olan müəssisələrin idarəetmə orqanları (Müşahidə Şuraları, İdarə Heyətləri və s.) ilə birgə müvafiq təhlillərin aparılmasını məqsədəuyğun hesab edirik".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ömrü 10 gün, qoparmağın cəzası bir maşın qiyməti
Qar yağacaq, dolu düşəcək - Xəbərdarlıq
Vüsalə onlarla qohum oldu
"Ermənistan konkret kilometr ölçüsü ilə irəliləyişi vurğulaması, prosesin simvolik mərhələdən praktik fazaya keçdiyini göstərir" - ŞƏRH
May ayının istirahət günləri açıqlandı
Hər gün niyə çay içməliyik? - Diyetoloqlar 5 səbəb açıqladı
Milli Qəhrəmanın gəlini onun adını daşıyan nəvəsinin fotosunu paylaşdı
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Anasının evinin pəncərəsini silərkən yıxılıb öldü
Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı
Ağcabədidə əmioğulları qətlə yetirildi - Foto - Yenilənib
Borca görə ölkədən çıxış qadağası: Yeni qaydalar prosesi necə sürətləndirir? - AÇIQLAMA
Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı QƏRAR VERDİ
Ailə daxilində tez-tez yaranan münaqişələr nədən qaynaqlanır? - AÇIQLAMA