"Ermənistan Xarici İşlər Nazirliyinin yeganə yolu qərbdən kömək hədəfləyən məzlum bəyanatlara qalıb" - DEPUTAT

"Ermənistan Xarici İşlər Nazirliyinin yeganə yolu qərbdən kömək hədəfləyən məzlum bəyanatlara qalıb" - DEPUTATÖtən gün qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında mühəndis texnikası cəlb etməklə Şuşa və Xocavənd rayonları istiqamətində döyüş mövqelərinə təminat yolunun çəkilməsi məqsədilə torpaq yolda genişləndirmə və təmir-bərpa işləri görməyə cəhd ediblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə təmasların növbəti mərhələsi, Kişineu görüşü ərəfəsində Ermənistanın və separatçıların yenidən aktivləşməsi həm İrəvanın, həm də Xankəndidəki qondarma rejimin çarəsizliyin ifadəsidir. Hər kəsə bəllidir ki, Azərbaycanın sülh müqaviləsi ilə bağlı şərtləri dəyişməzdir və heç bir güc mərkəzi də bu şərtlərdə hansısa formada korreksiya edə bilməz. İlk olaraq ona görə ki, Cənab İlham Əliyevin mövqeyi beynəlxalq hüququn prinsiplərini ehtiva edən şərtlərinə qarşı çıxmaq əslində elə BMT Nizamnaməsinə qarşı çıxmaq olar ki, heç bir beynəlxalq subyekt belə bir riskə cəhd etməz".

Bu sözlər Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, qərb enerji təhlükəsizliyində müstəsna rol oynayan Azərbaycanı və güvənilir tərəfdaş, eyni zamanda da qlobal siyasi oyunçu olan cənab İlham Əliyevi qarşısına almaq niyyətində deyil.

"Azərbaycan siyasi və iqtisadi cəhətdən tam müstəqildir və bu, Bakıya imkan verir ki, istənilən mümkün xarici təsiri neytrallaşdırsın.Ermənistan vəziyyətin ciddiliyinin fərqindədir və başa düşür ki, Qarabağ məsələsində söz sahibi deyil, bu, Azərbaycanın daxili işidir. Müqavimət göstərmək əbəsdir, buna İrəvanın nə gücü, nə imkanı, nə də nüfuzu yoxdur. Ermənistan Xarici İşlər Nazirliyinin yeganə yolu qərbdən kömək hədəfləyən məzlum bəyanatlara qalıb. Eyni zamanda separatçılar da sonlarının gəldiyinin fərqindədir və bu mənada daşımalarla, yaxud "mövqelərində" hərəkətlənmə ilə sadəcə öz qiymətlərini daha baha göstərməyə çalışırlar. Amma bunun Bakı üçün əhəmiyyəti varmı? Cənab İlham Əliyevin mövqeyi qətidir, dərhal qondarma qurum və vəzifələrdən imtina edilməzsə, lazımi addımlar atılacaq, yox Azərbaycanın məsləhətinə əməl edərlərsə, amnistiya mümkündür. Ermənistan və separatçılar bu bəyanatı fərqli donda ajiotaja çevirmək istəsələr də Vaşinqtondan gələn bəyanat onların ümidini qırdı. ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirdi ki, - "biz amnistiya məsələsinə baxılması ilə bağlı Prezident Əliyevin son fikirlərini alqışlayırıq".

Belə bir situasiyada, təbii ki, Ermənistanın manevr imkanları geniş deyil. Hətta Makron amili belə İrəvana hansısa formada dividend gətirə bilməz, ən çoxu prosesi uzada bilər. Prosesin uzanması ssenarisinə isə Bakı hazırdır. Cənab Prezident Laçında açıq formada ifadə etdi ki, "Onlar bizim şərtlərimizi qəbul etməlidirlər. Delimitasiya istəmirlərsə, olmasın delimitasiya. Onda nə olacaq, harada desək, sərhəd də orada olacaq. Onlar bilirlər ki, biz bunu edə bilərik. Heç kim onlara kömək etməz, nə Avropadan gələn pensiyaya çıxmış Fransa polisləri, nə də başqaları, heç kim".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 725   Tarix: 05 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"3 yaşlı uşağım bağçada ağlayanda bıçağı qızdıraraq əlinə basıb" - Video

Bakıda üç yaşlı uşağın Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən 273 saylı bağçada şiddətə məruz qaldığı iddia olunur. "Qafqazinfo" Xəzər TV-yə istinadən xəbər verir ki, azyaşlının valideyni Aygün Adıgözəlova bağçanın tərbiyəçi-müəlliminin bıçağı qızdıraraq uşağın əl nahiyəsin

28 aprel
.

Azərbaycan-Ukrayna əlaqələrinin inkişaf perspektivləri

Azərbaycan və Ukrayna arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq müasir beynəlxalq münasibətlər sistemində diqqətçəkən tərəfdaşlıq modellərindən birinə çevrilmişdir. Bu əlaqələrin inkişafı yalnız iki dövlətin milli maraqlarının uzlaşması ilə deyil, həm də regional və qloba

27 aprel
.

Abituriyentlərə şad xəbər - İmtahanda əlavə vaxt veriləcək

"2027-ci ildə tam orta təhsil səviyyəsində (11 illik) buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi nəzərdə tutulur. Bu çərçivədə abituriyentlərə 15 dəqiqə əlavə vaxt verilməsi nəzərdə tutulur". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM

27 aprel
.

Yüksək bal toplayan müəllimlər direktor ola biləcək

"Bu il direktorların işə qəbul imtahanında olan əsas dəyişiklik namizədlərin yüksək bal toplayan müəllimlər arasından seçilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirdiyi brifinqdə bildirib

28 aprel
.

"Ermənistan konkret kilometr ölçüsü ilə irəliləyişi vurğulaması, prosesin simvolik mərhələdən praktik fazaya keçdiyini göstərir" - ŞƏRH

"Yaxın vaxtlarda Ermənistan və Azərbaycan delimitasiya prosesini davam etdirəcəklər". Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yaradılması münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib. O qeyd edib ki, Bakı və İrəvan indiyədə

27 aprel
.

Küləyə görə bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, Mərkəzi

27 aprel
.

Robotlar müəllimləri əvəz etsə, nəticə nə olar? - AÇIQLAMA

Süni intellekt və robot texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə bir çox peşələrin gələcəyi müzakirə olunur. Ən çox diqqət çəkən sahələrdən biri isə təhsildir. Son illər ağıllı proqramlar, virtual müəllimlər və avtomatlaşdırılmış dərs sistemləri məktəblərdə getdikcə daha çox tətbiq edilir. B

28 aprel
.

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 3-də və daha sonrakı tarixlərdə, eləcə də iyun, iyul, avqust və sentyabr aylarında kağız daşıyıcılar vasitəsilə keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. xəbər verir ki, bu barədə DİM məluma

27 aprel
.

Dələduzluq qurbanı olan şəxs pulunu geri almaq üçün hansı addımları atmalıdır? - AÇIQLAMA

Müasir dövrdə dələduzluq halları həm onlayn platformalarda, həm də gündəlik münasibətlərdə daha çox rast gəlinən hüquq pozuntularından biridir. Vətəndaşlar bəzən saxta elanlar, yalan vədlər, investisiya təklifləri, borc adı ilə pul alma halları və digər üsullarla maddi ziyana məruz qalırlar. Bəs görəsə

28 aprel