Pərvin Abıyevanı hansı cəza gözləyir?
Aktrisa Pərvin Abıyeva barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edib. Buna səbəbsə aktrisanın külli miqdarda vergi borcunun olmasıdır. Belə ki, hazırda onun 9 686 manat vergi borcu var.
Bəs, külli miqdarda vergi borcu olan Pərvin Abıyevanı hansı cəza gözləyir?
Məsələyə Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev aydınlıq gətirib.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, əgər Abıyeva gəlirlərini qəsdən azaldıbsa və yaxud sənədləri saxtalaşdırıbsa, onda ona cinayət işi açıla bilər:
"Yox, əgər söhbət sadəcə hesablanmış vergini ödəməməkdən gedirsə, onda Vergi Xidməti onun ölkədən çıxışına "stop" qoya bilər. Bu, praktikada ən çox rast gəlinən haldır. Burada ikinci addım kimi Abıyevanın bank hesabları dondurula bilər. Bu zaman hesabdakı pullardan vergi borcları avtomatik olaraq çıxılır. Bank hesabı yoxdursa, onda Vergi Xidməti icra vərəqəsi yaza bilər. Qeyd edək ki, bu səlahiyyət vergi orqanlarına yeni verilib. Və bu icra həmin şəxsin əmlakına yönəldilir".
Əsabəli Mustafayev təəssüflə bildirib ki, Azərbaycanda belə bir hal formalaşıb ki, bəziləri gəlirlərini gizlətmək və vergidən yayınmaq üçün adına heç bir əmlak sənədləşdirmir:
"Belə vəziyyətdə isə Vergi Xidməti pulun Abıyevadan tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər. Bu müraciətdən sonra məhkəmə müvafiq qərar çıxarır. Əgər məhkəmənin bu qərarı da icra olunmasa, onda o şəxs barədə əvvəlcə İnzibati Xətalar Məcəlləsinə əsasən iş başlanılır. Burada həm həbs var, həm də cərimə. Əgər məhkəmənin bu qərarı da icrasız qalarsa, onda məhkəmə qərarının icra olunmaması ilə bağlı cinayət işi başlana bilər. Burada isə ancaq həbs cəzası var".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Murad Dadaşov inanılmaz dərəcədə ARIQLADI - FOTO
Xalq artisti. Xəzər TV-nin prezidenti Murad Dadaşovdan xəbər var. -a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Murad Dadaşovun yeni fotosu yayılıb. Fotodan Muradın inanılmaz dərəcədə arıqlaması diqqət çəkib. lakin izləyiciləri onun əvvəlki görünüşün daha çox yaraşdığını qeyd edib. Həmin fotonu təqdi
7 sentyabr 2021Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama
Xəbər verdiyimiz kimi, əməkdar artist Yaqub Zurufçu koronavirusdan vəfat edib. Digər sənətçi Səyyad Əlizadənin də vəziyyəti ağırdır, suni tənəffüs aparatına qoşulub. Bəs, görəsən iki sənətçi peyvənddən sonra yoluxub?. xəbər verir ki, Y.Zurufçunun xanımı Aynur Zurufçu " "a mərhumun peyvənd olunduğun
15 sentyabr 2021Ağadadaş Ağayev yenə Türkiyəyə getdi: "Dualarınıza ehtiyacım var"
Xalq artisti Ağadadaş Ağayev yenidən Türkiyəyə xəstəxanaya yollanıb. xəbər verir ki, müğənni bu haqda özü məlumat yayıb. O, İstanbulda xəstəxanada olduğunu vurğulayb:. "Yoxlamalar üçün gəldim, müayinədən keçdim. Bir həftə sonra nəticələr deyiləcək. Dualarınıza hər zamankı kimi ehtiyacım var"
11 sentyabr 2021"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"
"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə
9 sentyabr 2021Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?
Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən
16 sentyabr 2021Aygün Kazımova koronavirusa yoluxub
Xalq artisti Aygün Kazımova koronavirusa yoluxub. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib. Müğənni xəstəliyi ağır keçirdiyini bildirib:. "Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim ço
8 sentyabr 2021Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?
"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı
3 sentyabr 2021Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO
Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd
2 sentyabr 2021