İndoneziyanın müdafiə naziri Ukrayna ilə bağlı sülh planını açıqlayıb
İndoneziyanın müdafiə naziri Prabovo Subianto Ukraynadakı münaqişənin sülh yolu ilə həlli planını, o cümlədən, atəşkəs, silahsızlaşdırılmış zonanın yaradılması və BMT sülhməramlılarının yerləşdirilməsi ilə bağlı təkliflər irəli sürüb.
Nazir bu təşəbbüsü Sinqapurda davam edən "Shangri-La Dialogue" təhlükəsizlik konfransındakı çıxışında səsləndirib.
İndoneziya planının birinci bəndinə əsasən hər iki tərəf dərhal atəşkəs elan etməlidir. İkincisi – tərəflər yeni silahsızlaşdırılmış zona yaratmaq üçün hazırkı mövqelərindən 15 km geri çəkilməlidir.
Nazir əlavə edib ki, bundan sonra beynəlxalq sülhməramlı qüvvələr silahsızlaşdırılmış zonaya tez bir zamanda yerləşdirilməlidir.
O, həmçinin hesab edir ki, sakinlərin əksəriyyətinin iradəsini obyektiv şəkildə təsdiqləmək üçün BMT mübahisəli ərazilərdə referendum təşkil etməli və keçirməlidir.
Subianto belə ərazilər dedikdə nə nəzərdə tutulduğunu dəqiqləşdirməyib. Onun sözlərinə görə, İndoneziya bütün bu proseslərdə iştirak etməyə, o cümlədən BMT-nin sülhməramlı missiyası çərçivəsində öz ordusunu göndərməyə hazırdır.
Report.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 976 Tarix: 03 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Litva ordusu ABŞ-dən döyüş dronları alıb
Litva Silahlı Qüvvələri "Switchblade 600" döyüş dronlarının ilk partiyasını alıb. "Report" xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Dronları Litvaya ABŞ-nin "AeroVironment" şirkəti tədarük edir. "Switchblade 600"
7 oktyabrİran Hörmüz boğazına nəzarəti tamamilə itirib - Rubio
İran Hörmüz boğazına nəzarəti tam itirib. "Al-Jazeera" telekanalının məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, İran nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşma əldə etmək üçün yaranmış "bir çox imkanlardan" istifadə edə bilməyib. O, Yunanıstand
7 oktyabrTramp Vitkoffun İran məsələsinin həlli üzərində işlədiyini bildirib
ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffun İran böhranının həlli üçün fəal şəkildə çalışdığını açıqlayıb. xəbər verir ki, Tramp Texasda keçirilən seçki kampaniyası mitinqində çıxış edərkən bildirib ki, "O, İranla razılaşma üzərində işləyir". Onun sözlərinə görə, İran tərəf
8 oktyabrCümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək...
Günəşdə baş verən aktivlik Yer kürəsində maqnit qasırğasına səbəb ola bilər. xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, cümə günü Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğası gözlənilir. Mütəxəssislərin hesablamaların
7 oktyabrRus ordusu Annopolyeni işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Annopolye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
8 oktyabr